PDF Oxu

Müsahibə

  • 1 700

Rufiz Qonaqov: "Azərbaycana qarşı heç bir təxribat baş tuta bilməz"

Rufiz Qonaqov: "Azərbaycana qarşı heç bir təxribat baş tuta bilməz"

Məlum olduğu kimi, "Reuters" Agentliyi ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanı guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə məlumat yayıb. Bu, ölkəmizdəki reallıqları təhrif etmək və onun uğurlarını gözdən salmaq cəhdidir. Həmçinin, son illər erməni lobbisi onların təsiri altında olan riyakar siyasətçilər, Azərbaycanın uğurlarından qıcıqlanan xarici anti-Azərbaycan qüvvələr və islamofob dairələr ölkəmizə qarşı total informasiya müharibəsi aparırlar. Şübhəsiz ki, bu cür dezinformasiyalar mütəmadi olaraq ölkəmizə qarşı həyata keçirlir. Onlar "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də ölkəmiz haqqında çoxsaylı yalan məlumatlar yayaraq, beynəlxalq ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışmışdılar.

"Röyters" agentliyinin yaydığı məlumatda Azərbaycanın adının riskli ölkələr siyahısına salınmasına QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqovun münasibətini öyrəndik. Müsahibimiz SİA-ya açıqlamasında bir sıra sullara aydınlıq gətirdi.

-Bu cür növbəti təxribatçı informasiyaların Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ilə bağlılığı şübhəsizdir. Görəsən, Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edənlər hansı kriterilər üzrə qiymətləndirməyə əsasən bu nəticəyə gəlmişlər?

- Bu doğurdan da, gözlənilməz bir haldır ki, niyə məhz indiki ərəfədə bu cür iddialarla çıxış edirlər!? 2013-cü ildə Azərbaycanda Prezident seçkiləridir və daha sonra ölkəmizdə Avropa Olimpiya Oyunları keçiriləcəyi ilə bağlı qərar var. Bundan əvvəl də bir neçə dəfə bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı düzgün olmayan, qeyri-obyektiv və ədalətsiz bəyanatlar səsləndiriblər. Mən düşünürəm ki, bu da tamamilə ədalətsiz bir açıqlamadır. "Reuters" kimi nüfuzlu agentliyin araşdırma aparmadan belə bir məlumat yayması böyük ədalətsizlikdir və bu, ölkə ictimaiyyətində də böyük narazılıq və hiddət doğurub. Düşünürəm ki, bu cür məlumatların yayılması təsadüfi hal deyil. Azərbaycanın həmin dövlətlərlə adı bir sırada çəkilə bilməz. Bilirik ki, Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinə ev sahibliyi edir. Ölkəmizdə "Eurovision" kimi mühüm mahnı müsabiqəsi keçirildi. Həmçinin, ölkəmizdə internet azadlığı ilə bağlı beynəlxalq konfrans və başqa mühüm tədbirlər həyata keçirildi. Azərbaycan heç bir zaman təhlükəli ölkə olmayıb. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə, bir daha sübut etdi ki, Azərbaycanda bütün qanun və qaydalara əməl olunur, Azərbaycanda heç bir təxribat hərəkətləri reallaşmır. Biz müstəqillik əldə etdiyimiz ilk illərdə ermənilərin xüsusi xidmət orqanlarının törətdiyi cinayətlər baş verirdisə, bu gün bunların heç biri yoxdur. Bir dənə də fakt deyilə bilməz ki, Azərbaycana gələn hansısa diplomata və ya insana qarşı hər hansı bir riskli hərəkət olsun, həyatı üçün hər hansı təhlükə törədilsin. Belə faktlar olmayan halda bu cür məlumatın yayılması həm gülüncdür, həm də çox acnıcaqlıdır. Bütün bunlar göstərir ki, Azərbaycana qarşı ikili standart var. Həm də bu məlumat heç bir fakta söykənmir. Bu cür məlumatların hazırlanmasında ermənilərin və ölkəmizin inkiaşfını istəməyən qüvvələrin əli var. Necə ola bilər ki, ABŞ prezidenti Corc Buşun bir neçə il qabaq Gürcüstana səfəri zamanı onun həyatına qarşı təhlükə törədildi, ancaq Gürcüstanın adı heç bir siyahıya salınmadı!? Halbuki Azərbaycana bütün dövlət başçıları gəlir, beynəlxalq tədbirlər keçirlir, ancaq heç bir mənfi hərəkət olmur. Ancaq Azərbaycanın adı yenə də bu cür siyahılara düşür. Azərbaycanı istəməyən düşmənlərimizin və bəzi Qərb siyasətçilərinin səyinin nəticəsidir ki, ölkəmizin adı bu cür siyahıya salınır. Azərbaycanda stabillik var, ölkəmiz enerji ölkəsidir və sürətlə də inkişaf edir, demokratiya istiqamətində mühüm addımlar atılır. Bu da ölkəmizə qarşı ikili standart nümayiş etdirən qüvvələri narahat edir ki, necə ola bilər ki, Azərbayacana qarşı bu qədər təxribat planlaşdırılır, ancaq orada heç bir hadisə baş vermir. Zaman çərçivəsində sübut olundu ki, Azərbaycanda çox mühüm kontraktlar reallaşdırılırdı, bu da çoxlarını narahat etdi. Mən əminəm ki, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının sayılıb-seçilən üzvü olan Azərbaycana qarşı bu cür təxribatlar baş tutmayacaq. Yəqin ki, biz QHT Əməkdaşlıq Alyansı olaraq tərkibimzidə olan bütün qurumlarla birlikdə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırcağıq.

- ABŞ-da bir gənc məktəbdə terro hadisəsi törətdi, yaşlı dustaq müvəqqəti icazə alıb ailəsini yandırdı, ümumiyyətlə, Avropada islam əleyhinə ardıcıl olaraq terror hərəkətləri törədilir. Görəsən, bu hadisələrin baş verdiyi ölkələr niyə "təhlükəli ölkələr" siyahısına daxil edilmirlər?

- Bu kimi faktların və bundan da dəhşətli faktların şahidi oluruq ki, bu cür hallar Avropada, ABŞ-da baş alıb gedir. Biz bunu hər gün Avropa mətbuatının manşetlərindən də görürük. Bəs niyə bu ölkələr riskli ölkələr siyahısına daxil edilmir!? Bu, onu göstərdi ki, dünya ölkələrinə də hələ də ikili standartlarla yanaşırlar. Necə ola bilər ki, Ermənistanda bütün parlament üzvlərini gülləbaran edirlər, ancaq bu ölkənin adı bu siyahıya düşmür!? Ancaq stabil ölkə olan, bütün diplomatların, bütün xarici vətəndaşların, turistlərin sərbəst hətəkət eydiyi Azərbaycan bu siyahıya salınır!? Bu, onu göstərir ki, bu qurumların təmsilçiləri olduqları ölkələrdə ədalətsizlik var. Onlar ədalətdən danışsalar da məsələlərə diqqətlə və ədalətlə yanaşmırlar. Onlar həm də bəzi təşkilatlara pul verib, onlardan da istifadə edirlər. Məsələ ondandır ki, Azərbaycanın inkişafı həm xaricdəki, həm də daxildəki ölkəmizin əleyhinə olan qüvvələri narahat edir.

-Bu cür dezinformasiyalar xarici şirkətlərin Azərbaycana gəlməsi, sərmayə yatırması, turistlərin Azərbaycana axınına maneə yaratmağa yönələ bilərmi?

-Əsaslı səbəblərdən biri də budur ki, Azərbaycana qoyulan sərmayələrin, turist axının qarşısı alınsın. Halbuki 20 ildir ki, ölkəmizə kifayət qədər xarici dövlətlər sərmayə qoyub, ancaq heç bir təhlükə ilə üzləşməyiblər. Gələcəkdə Azərbaycanda keçirlıməsi nəzərdə tutulan tədbirlərlə bağlı insanlarda müəyyən xof yaratmaqdan ötrü, dünya ölkələrini lərzəyə salmaqdan ötrü bu cür məlumatlar verilir. Məqsəd budur. Azərbaycana dost münasibəti olsaydı, adımız bu gün başqa siyahıda olrdı. Baxsınlar ölkəmizdə iqtisadi artıma və obyektiv qərar versinlər. Hansı ədalətdən söhbət gedir ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Dünyada ikinci bir ölkə yoxdur ki, Azərbaycanda keçirilən qədər orda beynəlxalq tədbirlər tam təhlükəsiz şəraitdə keçirilsin. Buna görə də hesab edirəm ki, "Reuters" agentliyinin bu qərarı olduqca gülünc və ədalətsizdir.

Samir Feyruzov

Digər xəbərlər