PDF Oxu

Müsahibə

  • 1 159

TANAP Avropanı asıllıqdan xilas edəcək

Vüqar Bayramlı: "TANAP yalnız Türkiyənin deyil, həmçinin, Mərkəzi-Şərqi Avropa ölkələrinin də mavi yanacaqla təminatına töhfə verəcək"

TANAP Avropanı asıllıqdan xilas edəcək

Müsahibimiz iqtisadçı Vüqar Bayramlıdır

- Vüqar müəllim, TANAP-ın tikintisi və istismarı Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, siyasi maraqlarının da müəyyən qədər reallaşdırılmasına imkan verəcəkmi?

- Azərbaycanın TANAP-la bağlı atdığı hər bir addım neft strategiyasında yeni bir mərhələnin başlanması deməkdir. Nəzərə alsaq ki, 2012- ci ildə ən mühüm hadisələrdən biri TANAP-la bağlı danışıqların başlanması, eyni zamanda, TANAP-ın inşası oldu. TANAP vasitəsilə Azərbaycan birinci mərhələdə 16 milyard kubmetr mavi qazı, ikinci mərhələdə 30 milyard mavi qazı Avropaya eləcə də, Türkiyə bazarına ixrac edəcək. Təbii ki, Azərbaycan birinci mərhələdə 3 milyard dolar gəlir əldə edəcək. Bu baxımdan, TANAP iqtisadi baxımdan Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bu, Azərbaycana Türkiyə və Avropa bazarlarına çıxmaq imkanı verir. Azərbaycan bununla mavi qaz hasilatını genişləndirəcək. Bu da imkan verəcək ki, Azərbaycan daha çox mavi qazı Avropaya, eləcə də, qonşu ölkələrin bazarın çıxara bilsin. 2012- ci ildə Azərbaycanda 27 milyard kubmetr mavi qaz hasil olmuşdur. "Şahdəniz-2" istifadəyə veriləndən sonra bu rəqəm 40 milyard kubmetr qədər artırıldı. Təbii ki, bu layihələri reallaşdırmaqla Azərbaycan istər Avropa, istərsə də region dövlətlərinin enerji bazarında söz sahibinə cevrilir. Bu, Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, həm də mavi qazın Azərbaycanın maraqlarına uyğun qiymətlərlə dünya bazarına çıxarılmasına imkan verəcək. Bir sözlə, TANAP layihəsi geosiyasi, həm də geostrateji bir layihədir. Azərbaycan geostratejliyi ondan ibarətdir ki, Azərbaycan TANAP layihəsinin reallaşdırılmasında iştirak etməklə bərabər, məhz enerji siyasətində enerji resurslarının Avropa bazarına çıxarılması deməkdir. Azərbaycan Türkiyə ilə əməkdaşlıq xəttinin qoruyub saxladığının və müdafiə etdiyini birmənalı şəkildə diqqətə çatdırır. TANAP layihəsi Türkiyə, eləcə də, Şərqi Avropanın mavi qazının təminatında həlledici bir layihədir. Bu isə Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanılması və bunun üçün mövcud ola biləcək hər hansı bir riskin aradan qaldırılması deməkdir. Bir sözlə, Azərbaycan bu layihə vasitəsiylə iqtisadi dividendlərlə yanaşı, siyasi-strateji uğurlar əldə etmiş olur. Bu layihə Azərbaycanın Avropaya inteqrasiyası deməkdir. Bu layihə vasitəsilə Azərbaycan regionda söz sahibliyini qoruyub saxlayır.

- TANAP-ın Türkiyənin ərazisindən keçməsi bu ölkəyə enerji körpüsü statusunun artmasında Azərbaycanın bir növ real dəstək verdiyinin göstəricisi sayıla bilərmi?

- Azərbaycan Türkiyə ilə əməkdaşlıq xəttinin qoruyub-saxladığını və müdafiə etdiyini, birmənalı şəkildə, hər zaman diqqətə çatdırır. Türkiyə Avropa birliyində danışıqlar aparan bir dövlətdir. Regionda kifayət qədər ciddi bir layihənin Türkiyə ərazisindən keçməsi, eləcə də, TANAP kəmərinin Avropa ölkələrinin maraqlarına uyğunluğu böyük siyasi uğurdur. Çünki bu layihə vasitəsi ilə Avropanın bir növ Rusiya mavi qazından asılılığı azalır. Türkiyə burada iqtisadi ölkə və körpü olaraq Türkiyənin Avropa birliyində mövqeyinin gücləndirilməsinə xidmət edir. Faktiki olaraq Azərbaycan TANAP layihəsini reallaşdıra bilən Türkiyəni və Avropanı mavi yanacaqla təmin edən bir ölkə kimi, Türkiyəyə real dəstək verir. Strateji baxımdan, bu layihəni həm də Türkiyənin mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirmək olar. Azərbaycan, birmənalı şəkildə, Türkiyəni dəstəkləyir və bunun üçün də xüsusi yardım edir. Bu məsələ isə, Azərbaycan üçün əhəmiyyətli bir məsələdir.

- TANAP və digər bu kimi qlobal enerji layihələrinin Avropaya ixrac olunması ölkəmizin Avropada öz biznesini inkişaf etdirmək maraqlarına nə dərəcədə imkanlar yaradır?

- Azərbaycan TANAP vasitəsilə Avropa Birliyinə yalnız inteqrasiya baxımdan deyil, eyni zamanda, bir tərəfdaş kimi əhəmiyyət kəsb edir. Həm də, Avropa Birliyi Azərbaycan üçün strateji baxımdan əhəmiyyətlidir. TANAP yalnız Türkiyənin deyil, həmçinin, Mərkəzi-Şərqi Avropa ölkələrinin mavi yanacaqla təminatına töhfə verəcək. Bu isə Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin güclənməsinə səbəb olur. Birmənalı şəkildə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolu əhəmiyyətlidir. Azərbaycan bununla Avropaya təsir imkanları əldə etməklə yanaşı, enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq.

Ruqiyyə Cəfərova

Digər xəbərlər