Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir
- Tahir müəllim, dağdıcı müxalifət fevralın 27-ni "Tələbə etirazı" günü elan edib. Həmin gün univerisitetlərdə dərslərslərə gedilməməsi və küçələrə çıxıb şuarlar səsləndirilməsi elan olunub. Bu anormal ideya gənclərə nələri verə bilər?
- Müxalifət tərəfindən fevralın 27-nin "Tələbə etirazı" günü elan olunması və həmin gün univerisitetlərə, dərslərslərə gedilməməsi və küçələrə çıxaraq şuarlar səsləndirilməsi təbii ki, mənfi bir haldır. Tələbələrin dərslərə gəlməməsi təhsil intizamını pozaraq onları bilik almaqdan məhrum edir. Bütün bu məsələlər ondan qaynaqlanır ki, müxalifət keçirdiyi icazəsiz aksiyalara yeniyetmə gəncləri bir araya yığaraq öz məqsədləri üçün bir alət kimi istifadə edə bilmədilərinə görə, bu kimi anormal yollara əl atırlar. Bu da onu göstərir ki, həmin gün oxumayan tələbələr daha çox maraqlı olacaq ki, dərslərə getməsinlər. Bir sözlə, müxalifət tərəfindən belə bir addımın atılması dərs keyfiyyətinə mənfi təsir göstərən bir amildir.
- Nəyə görə, müxalifətin gənclər siyasəti yalnız dağıdıcılığa, təhsildən yayınmağa və vətənpərvərlik ruhundan kənarda qalmağa hesablanır?
- Müxalifətin gənclər siyasəti dağıdıcılığa, təhsildən yayınmağa və vətənpərvərlik ruhundan kənarda qalmağa hesablanması ondan ibarətdir ki, müxalifət heç bir haı da təşəbbüskarlığı ələ ala bilmir. Yəni, cəmiyyətə müsbətə doğru bir ideya verə bilmir. Bu gün müxalifət qüvvələrinin bir tək istəyi var ki, o da bir müddət gündəmdə qalaraq reklam olunmaqdır. Bunun üçün də hər cür vasitə və üsüllardan istifadə edir. Hətta tələblərin həmin gün dərslərdən yayınmasına belə razı oldduğlarını bildirirlər. Təbii ki, müxalifətin bu cür düşünməsi milli ruhdan kənar da qalması deməkdir. Çünki gənclər bizim gələcəyimizdir.
- Düşünmək olarmı ki, hansısa bir anormal ideyə xüsusilə də küçələrdə hay-küy qaldırıb, dövlət əleyhinə şuarlar səsləndirməsinin arxasında daxili qüvvələrlə yanaşı, anti-Azərbaycan mövqeyli qüvvələr də dayanır?
- İlk öncə dövlət bütün Azərbaycan xalqınındır. Bəli, demək olar ki, hansısa bir anormal ideyə xüsusilə də, küçələrdə hay-küy qaldırıb, dövlət əleyhinə şuarlar səsləndirməsinin arxasında ölkəmizi istəməyən qüvvələrin dayandığını söyləmək olar. Amma birmənalı şəkil də demək olar ki, müxalifət qüvvələrinin ölkədə nə isə bir qarşı-durma yaratmaq istəyinə heç vaxt reallığa çevrilməyib.
GÜLYANƏ