PDF Oxu

Müsahibə

  • 1 126

İcazəsiz aksiyalar reklam xarakterlidir

İcazəsiz aksiyalar reklam xarakterlidir

Mais Səfərli: "Müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirməsi onların gücsüzlüyündən xəbər verir"

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais müəllim, dağıdıcı müxalifət partiya sədrləri sosial şəbəkələr vasitəsi ilə qurduqları pozucu şüarlar və çağırışlar hesabına gəncləri küçələrə çıxıb qeyri-qanuni, dağıdıcı və pozucu mövqe tutmağa təhrik edirlər. Sizcə, gənclərdən bu kimi qeyri-qanuni halların törədilməsində istifadə edilməsi partiya sədrləri üçün nə dərəcədə başucalığı gətirə bilər?

- Təbii ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin yeniyetmə gənclərdən öz maraqları və məqsədləri üçün bir alət kimi istifadə etməsi qanunlara zidd bir hərəkətdir. Ümumiyyətlə, Azərbaycanda icazəsiz aksiyaların keçirilməsi yolverilməzdir. Bir sözlə, hüquq-mühafizə orqanları da ölkədə bu cür aksiyaların keçirilməsinin qarşısını alır. Müxalifət partiya sədrlərinin sosial şəbəkələr vasitəsi ilə qurduqları pozucu şüarlar və çağırışlar hesabına gəncləri küçələrə çıxıb qeyri-qanuni hərəkətlər törətməyə təhrik etmələri cəmiyyət tərəfindən müsbət qarşılanmır. Düşünürəm ki, bu cür aksiyaların təşkilatçıları da qanun çərçivəsində cəzalandırılmalıdır.

- Dağıdıcı müxalifətin əsas simaları olan İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və digərləri beynəlxalq təşkilatlara ümidlərinin azalması barədə "İctimai Palata"nın toplantısında fikirlər qeyd ediblər. Bu, onu deməyə əsas verirmi ki, artıq xarici maraqlı qüvvələr də müxalifətlə əməkdaşlıqdan imtina edir?

- Əlbəttə ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var. Yəni, xaricdə olan bəzi təşkilatlar var ki, Azərbaycanda hər hansı bir xoşagəlməz vəziyyətin yaranmasında maraqlıdır. Amma bununla yanaşı, xaricdə elə təşkilatlar da var ki, Azərbaycan iqtidarı ilə normal şəkildə münasibətlər quraraq əməkdaşlıq etmək istəyirlər. Belə təşkilatlar Azərbaycanda fəaliyyət göstərən olan digər siyasi qüvvələrlə də maraqlanırlar. Onların diqqətini daha çox Azərbaycanda cəmiyyət tərəfindən nüfuzlu hesab edilən və dəstəklənən qüvvələr cəlb edilir. Ona görə də, belə böyük beynəlxalq təşkilatlar elektoratı olmayan və seçkilərdə uduza-uduza gedən qüvvələrlə əməkdaşlıq edən deyil. Bir sözlə, müxalifət liderlərinin beynəlxalq təşkilatlara ümidlərinin azalması məhz bu məsələlər ilə bağlıdır. Zəif və cəmiyyət tərəfindən heç bir dəstəyi olmayan siyasətçilərlə beynəlxalq təşkilatlar heç bir münasibəti yaratmır və yaratmaq da istəmirlər.

- Müxalifətin dağıdıcılığa, pozuculuğa və iğtişaşlar törətməyə meyl göstərməsi xalqın dəstəyindən tamamilə məhrum olduqlarının göstəricisi sayıla bilərmi?

- Müxalifət qüvvələrinin dağıdıcılığa, pozuculuğa və iğtişaşlar törətməyə meyil göstərmələri xalqın dəstəyindən tamamilə məhrum olduqlarının göstəricisi sayıla bilər. Demək olar ki, müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirməsi onların gücsüzlüyündən xəbər verir. Çünki müxalifət qüvvələri icazəsiz aksiyalar keçirməklə özlərini reklam edərək, xarici qüvvələrin diqqətini cəlb etmək məqsədi güdürlər.

GÜLYANƏ

Digər xəbərlər