PDF Oxu

Müsahibə

  • 5 918

Satqınlar yuvası - Dağıdıcı müxalifət

Satqınlar yuvası - Dağıdıcı müxalifət

Hafiz Hacıyev: "İsa Qəmbər və atası hər zaman satqınlıq edən adamlar olublar"

Heç bir hərəkatda, birlikdə, şurada birləşə bilməyən dağıdıcı müxalifət nümayəndələri bunun səbəbini yaxşı bilirlər. Onlar bilirlər ki, hərəsi bir ölkəyə satqınlıq etməklə heç vaxt heç bir uğura nail ola bilməzlər. Lakin pul hərisliyi və milli mənafeyi düşünməmə kimi viruslar onların qanına elə hopub ki, bunun qarşısını özləri belə ala bilmirlər.

Dağıdıcı müxalifət nümayəndələrinin bir-birlərinə olan kin və nifrətinə münasibət bildirən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev suallarımızı cavablandırdı.

- "Milli Şura"nın siyahısının 28 mayda elan olunacağı bəyan edilsə də, baş tutmadı. Sizcə, müxalifətçilər yenə də bunun səbəbini öz aralarında axtaracaqlar?

- Bilirsiz, bu məsələyə daha geniş konteksdən yanaşmaq lazımdır. İlk öncə, qeyd edim ki, müxalifət xalqın içindən çıxıb, xalqın mənafeinə xidmət edən məsələlərlə məşğul olmalıdır. Lakin bu radikal müxalifət dediyimiz, isa qəmbərlər, əli kərimlilər xalqa düşmən olanlardır. Onlar öz mənafeini düşünənlər və öz istəkləri üçün mübarizə aparanlardır. Onlar xalqın mənafeini düşünmürlər. Bunlar həm də xarici qüvvələrə işləyənlərdir. Bu fikirləri əsas götürərək, deyə bilərəm ki, xarici qüvvələrin Azərbaycandakı satqınları olan və ölkəni sevməyən xarici qüvvələrə xidmət edən bu müxalifət güya "Milli Şura" təsis edilməsi və siyahısının acıqlanması ilə bağlı qərar qəbul etmişdilər. Bunlar 1918-1920 ci illərdə Azərbaycanın müstəqilliyini istəməyən və bu müstəqilliyi əlimizdən almağa çalışan bolşeviklərin nəvələridir. Onların hansı "Milli Şura"dan danışırlar. Belələri bolşeviklərdən törəyən insanlardır və xalqın mənafeyi üçün heç bir şura, birlik yarada bilməzlər. "Milli Şura" müəyyən 3-4 nəfərin arasında gedən prosesdir və bunu heç şişirtməyə dəyməz. Bu insanlar əgər düşünürlərsə, "Milli Şura" və ya başqa birliklər, şuralar yaratmaqla dövlət çevrilişi edəcəklər, dövlətə zərbə vuracaqlar, bu, yalnış fikirlər və düşüncələrdir. Onlar heç nəyə nail olmayacaqlar. Bu gün 3-4 nəfər şəxsi marağını güdən insanın hansısa şura yaratdığını elan etməsi və bu məsələni şişirtməsi tamamilə absurd bir işdir. Onlar istəyirlər ki, ictimaiyyətin diqqətini özlərinə cəlb etsinlər. Bu isə alınmır. Eldar Namazov da, İ.Qəmbər də, Ə.Kərimli də hərəsi bir dövlətə işləyir. Bunun nəticəsində də bəzisi Avropadan maliyyə aldığına və bəzisi də Rusiyadan maliyyələşdiklərinə görə aralarında razılığa gələ bilmirlər və siyahının dəqiqləşdirilməsində çətinlik çəkirlər. Çünki onları maliyyələşdirən dövlətlərin özlərinin də maraqları üst-üstdə düşmür. Siyahının dəqiqləşdirilməsi məsələsinə gəldikdə isə, qeyd edim ki, onlar istəyirlər ki, siyahıya elə adamlar salsınlar ki, həmin adamlar daha yaxşı və daha çox satqınlıq etməyi bacarsın.

- Formal da olsa, keçirilən toplantıya qədər Müsavat başqanı İsa Qəmbər "Milli Şura" ideyasını dəstəkləyirdi. Lakin İsveç səfərindən sonra İ.Qəmbər fərqli mövqe ortaya qoydu. Sizcə, fərqli düşünmə və fərqli mövqeyin ortaya qoyumasının səbəbi nədən ibarət ola bilər?

- Məlumdur ki, İ.Qəmbər ayağı sürüşkən olduğu üçün tez-tez satqınlıqla məşğul olub və indi də bu işi davam etdirir. İ.Qəmbər anadan olduğu gündən bu günə qədər satqınlıqla məşğuldur. Bu adam bir dövlətə deyil, bir neçə dövlətə satqınlıq edir. Bu adam Azərbaycanı ermənilərə də satır, ruslara da satır, Avropaya da satır, Amerikaya da satır. Son dəfə isə, İsveçə səfər edərkən, orada da bu insana çoxlu pul təklif ediblər ki, ölkənin milli mənafeinə zidd olan işlər gör və biz də sənə çoxlu maddi yardım edəcəyik. Pul adını eşidən kimi yenə də öz satqınlıq peşəsinə sadiq qalan İ.Qəmbər fikrini dəyişib. İndi ona hansı dövlət çox pul verirsə, bu adam həmin dövlətə işləyir. Məhz bu səbəblərə görə də qalıb bir neçə dövlətin arasında. Onu da deyim ki, İ.Qəmbər və atası hər zaman satqınçılıq edən adamlar olublar. Bir məsələni vurğulayım ki, bir neçə il bundan öncə, İ.Qəmbərin atası rəhmətə gedəndə mən o yasda iştirak edirdim və məlum oldu ki, İ.Qəmbər atasının başını divara vuraraq, ona deyib ki, daha sən satqınlıq etmə, indi də qoy mən satqınlıq edim. Bunun üstündə o atasına işgəncələr verirmiş. Görürsünüz, bu insanlar xarici dövlətlərə işləyən adamlardırlar.

Bu "Milli Şura" ideyasında biz bir məsələnin də şahidi olduq ki, vaxtilə Azərbaycanın torpaqlarını satan və indiyədək ölkənin əleyhinə gedən insanların hamısı gəlib bu "Milli Şura"da birləşmək istəyirlər. Bu yalançılar, satqınlar insanları inandırmağa çalışırlar ki, güya "Milli Şura" yaratmaqla hansısa böyük bir iş görəcəklər. Bu, qətiyyən belə deyil. "Milli Şura" boş bir ideyadır və bunun ətrafında aparılan müzakirələr, onun elan olunması, siyahının təsdiqlənməsinin hamısı faydasız, lazımsız məsələlərdir. Belə məsələlərə inanmaq lazım deyil. Hətta onu da bilmək lazımdır ki, 28 May Günü "Milli Şura"nı elan etmək istəyən bu insanları orada olan sadə vətəndaşlar daş-qalaq ediblər. Çünki insanlarda, vətəndaşlarda bu insanlara inam, etibar qalmayıb. Onlar bilməlidirlər ki, Azərbaycan gəncliyi, xalqımız heç vaxt imkan verməzlər ki, E.Namazov, İ.Qəmbər, Ə.Kərimli, Rüstəm İbrahimbəyov və digərləri ölkəmizdə ictimai sabitliyi pozsunlar və ya nəyəsə nail olsunlar. Bu fikri ona görə qedy edirəm ki, məndə olan məlumata görə, onlar hazırlaşırlar ki, yenə də mitinqlərə çıxsınlar. Belə ki, aksiyalara insanları, vətəndaşları cəlb etmək üçün xaricdən aldıqları pulları camaata paylamaq istəyirlər və bunun vasitəsilə də aksiya iştirakçılarının sayını artıqmağa cəhd göstərirlər. Onu da qeyd edim ki, artıq aksiyaya gələnlərin hər birinə 100 avro vəd ediblər. Görürsünüz, artıq manat yox, avro təklif edirlər. Bu isə onu göstərir ki, Avropadan Azərbaycanı sevməyən qüvvələrdən aldıqları pulları paylamaq istəyirlər. Lakin onların bu cəhdlərinin qarşısı alınacaq. Vətəndaşlar qəti şəkildə bu insanlara inanmırlar.

- "Milli Şura" ideyasını ümumi müxalifətin dəstəkləməməsi bu ideyanın Rusiyanın layihəsi olması ilə bağlı ola bilərmi?

- Təbii ki, bu məsələ yaranan gündən, bu ideya ortaya çıxandan bəri bu insanlar arasında mübahisələr dərinləşir. Bunlar oyunlar qurublar və bu oyunları oynamaqla insanlar arasında "Milli Şura" ideyasını şişirtmək istəyirlər. Şayiələr yayırlar, siyasi şoular göstərirlər, özlərini reklam edirlər. "Milli Şura" ideyasını, təbii ki, bütün müxalifət dəstəkləmədi. Dəstəkləyənlər arasında olan insanlar isə satqınlar, xəyanətkarlardır. Məsələn, AXCP sədri Ə.Kərimli, hamıya məlumdur ki, satqının, xəyanətkarın biridir. E.Namazov da, İ.Qəmbər də onun tayıdır. Belə olduğu təqdirdə, bu insanları kim dəstəkləyəcək ki?! Əlbəttə, heç kim. Ə.Kərimli özü həm də cinayətkardır. O, Əbülfəz Elçibəyi zəhərləyib öldürüb. Bunu özləri yaxşı bilirlər. Axı bu cinayətkardan xalqa heç bir xeyir gələ bilməz. Bunu bütün vətəndaşlar yaxşı bilir və belə insanları dəstəkləmirlər. Onu da qeyd edim ki, bu bolşevik nəvələri ölkədə heç nəyə nail olmayacaqlar. Torpaqlarımızı satan, millətimizin mənafeyini ayaq altına atan, vətənini sevməyən bu satqın insanlar heç nə qazanmayacaqlar.

Cahid Süleymanov

Digər xəbərlər