PDF Oxu

Müsahibə

  • 8 349

Azərbaycanda sahibkarlığın inkişafına münbit şərait yaradılıb

Azərbaycanda sahibkarlığın inkişafına münbit şərait yaradılıb

Müsahibimiz Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayevdir

- Məmməd müəllim, məlum olduğu kimi 18 iyun 2013-cü il tarixdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayı kecirildi. Qurultayın yekdil qərarı ilə Siz yenidən növbəti 4 il müddətinə ASK-nın Prezidenti secildiniz. Bu münasibətlə Sizi təbrik edirik. Qurultayda müzakirə olunmuş digər məsələlər barədə nə deyə bilərsiniz?

- Təbrikə görə təşəkkürümü bildirirəm. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayının yekunları barədə dövrü mətbuatda geniş məlumat verilmişdir.

Ona görə də bu barədə qısaca olaraq qeyd etmək istərdim ki, İyunun 18-də Bakı biznes mərkəzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayı keçirilmişdir.

Qurultaydan əvvəl Qurultay nümayəndələri və qonaqların bir qrupu Ulu Öndər Heydər Əliyevin və tanınmış alim-oftolmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.

Qurultayda qurultay nümayəndələri ilə bərabər bir-çox Millət vəkilləri, dövlət və hökümət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif iş adamları iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaya ünvanladığı təbrik məktubunu xüsusi vurğulamaq istərdim. Hesab edirəm ki, bu məktub Azərbaycan Sahibkarlar Konfederasiyasının və ölkə sahibkarlarının son 4 ildə Azərbaycanın sosial-iqtisadi inkişafında əldə olunmuş uğurlarda fəal iştirakının nəticəsi olmaqla yanaşı, üzərimizə cox mühüm vəzifələr qoyur.

Qurultayda səslənən məruzə və cıxışlarda Azərbaycan Sahibkarlar Konfederasiyasının hesabat dövründə gördüyü işlər diqqətə catdırılmaqla yanaşı, ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublikada bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edildiyinin şahidi olduq.

Biz inanırıq ki, bu Qurultayın nəticələrini gələcək fəaliyyətimizdə də hiss edəcəyik. Bu Qurultay Azərbaycan sahibkarlığının, xüsusilə biznes mühitinin inkişafına öz töhvəsini verəcəkdir. Ölkə Prezidenti və sahibkarlar tərəfindən bizə göstərilən etimadın layiqincə doğrultmağın əsas vəzifə borcumuz olduğunu dərk edərək, ASK-nın kollektivi növbəti illərdə daha səylə calışacaqdır.

- Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının işinin gələcəkdə təkmilləşdirilməsi məqsədilə Qurultayda hansı qərarlar qəbul edildi.

- Bildiyiniz kimi, Konfederasiya Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa, habelə onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, respublikanın işəgötürənlərini ölkə daxilində və xaricdə bütün səviyyələrdə təmsil edən ictimai birlikdir.

Qeyd olunanlarla əlaqədar sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi, habelə ASK-nın gördüyü işlər barədə onların məlumatlandırılması məqsədilə ASK-nın nəzdində "Biznes Konsaltinq" MMC-nin təsis edilməsi və ASK-nın "Biznes həyatı" jurnalının nəşrinin davam etdirilməsinə ehtiyac olduğu, habelə ASK-nın Nizamnaməsinə də qismən dəyişiklik edilməsi məsələləri müzakirə olunaraq qəbul edildi.

Qurultayda habelə təşkilat məsələsinə baxılmış, konfederasiyanın prezidenti, vitse-prezidentləri, idarə heyətinin, Rəyasət Heyətinin, Təftiş komissiyasının yeni tərkibi seçilmişdir.

- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayında qarşıdan gələn Azərbaycan Respublikasının Prezidenti seckiləri ilə əlaqədar bəyanat qəbul edilmişdir . Bu barədə məlumat almaq istərdik.

- Qurultayda çoxsaylı sahibkarlar adından qarşıdan gələn Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyinin birmənalı olaraq dəstəklənməsini təklif edərək, bu barədə Qurultay adından ölkə Prezidentinin ünvanına bəyamnamə qəbul edilməsi təklif edildi.

Qeyd olundu ki, ölkə başçısının gərgin əməyi sayəsində gündən-günə sürətlənən sosial-iqtisadi tərəqqini artıq hər bir vətəndaş öz gündəlik həyatında hiss edir. Dünyanın ən aparıcı ölkələrinin ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməsi fonunda son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən, ölkənin maliyyə ehtiyatları 29 dəfədən çox artmış, enerji təhlükəsizliyi təmin edilmiş, müasir tələblərə cavab verən infrastruktur yaradılmış, bütün şəhər və kəndlərimizin siması dəyişmiş, 1 milyondan çox iş yerləri yaradılmış, ən yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa olunmuş, yoxsulluq səviyyəsi 7,8 dəfə azalaraq 6%-ə endirilmişdir.

Azərbaycanın qazandığı uğurlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar olaraq Azərbaycanımızın qazandığı bu uğurlardan böyük qürur hissi duyuruq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" strateji xəttinə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ölkəmizdə çoxminli sahibkarlar sinfinin formalaşmasına, yüzlərlə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, Azərbaycan məhsullarının xarici bazarlara ixracının artmasına, işsizliyin səviyyəsinin minimuma endirilməsinə səbəb olmuşdur.

Bu gün ölkəmizin siyasi nüfuzuna və iqtisadi qüdrətinə arxalanan iş adamları xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.

Dövlət başçısının müxtəlif tədbirlərdə, ölkəmizin demək olar ki, bütün şəhər və rayonlarında keçirdiyi görüşlərdəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, bu sahədə imzaladığı fərman və sərəncamlar biz sahibkarları işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz daha da qüdrətlənəcəkdir.

Ona görə də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının 4-cü qurultayının nümayəndələri-cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar adından ölkə başçısının yürütdüyü daxili və xarici siyasəti yüksək qiymətləndirərək, ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bu siyasətin davam etdirilməsinin alternativsiz olduğunu vurğulayaraq qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan etdik.

Qurultayın sonunda Qurultay iştirakçıları tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə bəyannamə qəbul edildi.

- Məmməd müəllim, Azərbaycanda müstəqillik elan edildikdən sonra sahibkarlıq fəaliyyəti inkişaf edərək əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır. Müasir dövrdə sahibkarlığın inkişafı barədə nə deyərdiniz ?

- Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır.

Həmin dövdə ümümilli lider H.Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.

Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosial yönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran əsas amillərdəndir.

- Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Xahiş edirik bununla bağlı ölkədə sahibkarlığın inkişaf perspektivləri barədə fikirlərinizi acıqlayın.

- Sahibkarlığa dövlət dəstəyinin bariz nümünəsi kimi, 12 fevral 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin cıxışını qeyd etmək olar. O qeyd etdi ki, "Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim secdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur."

Prezident İlham Əliyevin sədrliyi ilə kecirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin sosial – iqtisadi inkşafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı cıxışında O, qeyd etmişdir ki, "həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu, real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür".

Ötən il sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabına olmuşdur. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır ki, bu isə kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması deməkdir.

Görülmüş tədbirlərin nəticəsidir ki, 2012-ci ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyardı daxili, 8.8 milyard dolları isə xarici investorların vəsaiti olmuşdur.

Eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, bu dövrdə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.

Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı, MDB məkanında 1-ci yerdədir.

Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur ki, bu vəsaitin 83% regionlar ücün nəzərdə tutulmuşdur.

Ölkədə aparılan sosial – iqtisadi siyasətin strateji məqsədləri bazar münasuibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2013-cü ilin ötən beş ayı ərzində 22.1 milyard manatlıq və ya kecən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz cox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Məhsulun 62,7 faizi məhsul istehsalı sahələrində, 30,9 faizi xidmət sahələrində yaradılmış, hər nəfərə ümumi daxili məhsul istehsalı 2389,0 manat təşkil etmişdir. Əlavə dəyərin 52,5 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 11,0 faiz artmış, kənd təsərrüfatında artım 5,2 faiz təşkil etmişdir.

İqtisadi və sosial sahədə işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında kecən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 406,8 manata, hər bir nəfərə düşən gəlirlər isə 5,4 faiz coxalaraq 1403,2 manata catmışdır.

Bu uğurların qazanılmasında təbii ki, sahibkarların rolu danılmazdır. Həyata keçirilmiş digər tədbirlərlə yanaşı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da müəyyən işlər görmüş, iş adamlarını beynəlxalq aləmdə baş verən iqtisadi proseslər ətrafında daima maarifləndirməyə, onlara lazımı dəstək göstərməyə çalışmışdır. Belə ki, ASK həm Azərbaycanda, həm də xarici ölkələrdə (Avropa və Asiya ölkələrində) keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə bağlı sahibkarlar arasında zəruri materiallar yaymış, 2012-ci ildə 100-dən artıq sahibkarların həmin tədbirlərdə iştirakını təmin etmişdir.

Həmçinin regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, qadın sahibkarların dəstəklənməsi və sahibakarlıq fəaliyyətinin artırılması kimi vacib istiqamətdə də əməli işlər görülür.

- Məmməd müəllim, bu gün Azərbaycan Avroatlantik məkana sürətlə inteqrasiya olunmaqla rəhbərlik etdiyiniz Konfederasiyanın beynəlxalq əlaqələri də genişlənir. Ümumiyyətlə Azərbaycan Sahibkarlar Konfederasiyasının beynəlxalq əlaqəri haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sahibkarlarla,dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla o cümlədən Beynəlxalq işəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilmişdir.

Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Azərbaycandakı xarici ölkə səfirlikləri və Azərbaycanın xaricdəki səfirlikləri ilə iş, beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələr arası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan Sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, ASK üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin əsas ana xəttini təşkil edir.

Kecən müddət ətzində Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları ilə, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2012-ci il ərzində ölkə Sahibkarlarının iştirakı ilə Azərbaycanda 200-dən cox, xarici ölkələrdə 40-dan cox biznes forum və konfrans kecirilmiş, eləcə də qeyri–neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada kecirilmiş sərgilərdə Azərbaycan Sahibkarlarının iştirakı təmin edilmişdir.

Ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir keçirilmişdir.

Azərbaycan Sahibkarlar Konfederasiyası 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Biznes –Forumlarda, Vergilər Nazirliyinin keçirdiyi birgə seminarlarda, Beynəlxalq Sərgilərdə, Xarici ölkələrdən gəlmiş iş adamları ilə görüşlərdə, Azərbaycanın rayonlarında və iqtisadi zonalarında keçirilmiş tədbirlərdə, səfirliklərdə keçirilmiş qəbulda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin müzakirəsində, videokonfranslarda, məzun yarmarkalarında və digər görüşlərdə yaxından iştirak etmişdir.

Qeyd edim ki, son illər ASK dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 30-dan çox İşəgötürənlər Təşkilatları və Assosasiyaları ilə Əməkdaşlıq Müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticə verməsi istiqamətində mühüm rol oynayır.

Ötən il ərzində ASK nümayəndələri Moskvada MKPP-nın iclasında, Litvada təşkil olunan iqtisadi zonalara səfərdə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında, Türkiyədə İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci iclasında, TUSİAD-ın İstanbulda keçirilən seminarında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin Makedoniyada keçirilən toplantısında, Beynəlxalq Əmək Təşkilatının növbəti 101-ci sessiyasında iştirak etmişlər. Bu dövrdə həmçinin ASK-nın üzvləri Azərbaycan –Xorvatiya biznes forumunda, Azərbaycan-İsrail dəyirmi masasında, Azərbaycan-Bolqarıstan İşgüzar görüşündə, Azərbaycan-Ukrayna işgüzar görüşündə, Azərbaycan-Serbiya Biznes Forumunda, Azərbaycan-Almaniya İşgüzar Görüşündə və Azərbaycan-Portuqaliya Biznes Forumunda təmsil olunmuşlar.

Ötən ilin əlamətdar hadisələri sıyahısında ilk dəfə olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının Baş Katibi vəzifəsinə Azərbaycan təmsilçisinin seçilməsini xüsusi ilə vurğulamaq olar.

Səfirliklərlə fəaliyyətə gəlincə, deyə bilərik ki, müxtəlif ölkələrin keçirdiyi tədbirlədə Türkiyə, Belorusiya, Litva, Hindistan, Pakistan, Misir, İtaliya, Macarıstan, İsveçrə, İngiltərə, Almaniya, Koreya, Çin kimi ölkələrin səfirləri ilə ikitərəfli görüşlər keçirərək sahibkarlar üçün biznes imkanlarının araşdırılması və prioritet sahələr üzrə, xüsusi ilə də, qeyri-neft sektoru üzrə əməkdaşlıq sahəsində müzakirələr aparılmışdır.

Konfederasiyanın beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələrə gəlincə, Almaniyanın "Bildunqsverk der Virşaft" təşkilatı ilə birlikdə yerinə yetirilən Cənubi Qafqaz Tərəfdaşlığı layihəsini, Şərq İnvest proqramı çərçivəsində icra olunan Tvinninq və East-İnvest layihələrini qeyd etmək lazımdır. Hər bir layihə çərçivəsində təşkil olunan seminar, treyninq, təlim səfərlərində əməkdaşlarımızla yanaşı üzvlərimiz də fəal iştirak etmişdir.

Beynəlxalq əlaqələrimizin bundan sonra daha da genişləndirilməsini planlaşdırırıq. Hesab edirik ki, bu yolla azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların dünya bazarına cıxarılmasını, ölkəyə yeni texnologiyaların gətirilməsini, investisiya yatırımına nail olmaq olar.

- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən sahibkarların maraq və mənafelərinin qorunması istiqamətində nə kimi addımlar atılır?

- Bu sahədə təkliflər çoxdur, lakin onların çoxunun icrası təbii ki, uzun zaman tələb edir.

Bildiyiniz kimi, Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiya arasında 2012- 2013-cü illər üzrə bağlanmış Baş Kollektiv Saziş ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqeyini əks etdirir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, Həmkarlar İttifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində də fəal iştirak edirik. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Bununla əlaqədar 27 yanvar 2012-ci il tarixdə keçirilmiş iclasda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında "Təhlükəsiz və Sağlam əmək şəraiti" üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması haqqında Qərar imzalanmış və onun Əsasnaməsi təsdiq edilmişdir. Təhlükəsiz və Sağlam əmək şəraiti bütün səviyyələrdə sosial dialoq üçün yaxşı başlanğıc nöqtəsidir və yeni yaradılmış Şura bu istiqamətdə vacib platforma olacaq.

Konfederasiya olaraq sahibkarların maraq və mənafelərinin qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Sahibkarların ümumi problemlərinin öyrənilməsi üçün onlarla görüşlər keçirilir, aparılan sorğuların nəticələri ümumiləşdirilərək həll olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılır.

Konfederasiya həmçinin sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasında lazımı təşəbbüskarlıq göstərir.

Sahibkarlıqla məşğul olmaq üçün təkcə ilkin kapital kifayət deyil. Düşünülmüş, sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes plan da lazımdır. Konfederasiya bu sahədə sahibkarlara öz yardımını əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, perspektivli istiqamətləri müəyyən edir. Eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən göstərilən yardım əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm də onların işləməsi üçün münasib şərait yaradır.

Səmərəli idarəetməni təşkil etmək məqsədilə Konfederasiyanın yanında yaranmış 10 daimi komissiya, sahələr üzrə respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün münbit şərait yaradılmış, qanunvericilik bazası təkmilləşdirilmişdir. Təbii ki, bunlardan səmərəli istifadə olunmalıdır .

- Məmməd müəllim, ölkəmizdə sahibkarlığin inkişafı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər xüsusi önəm daşıyır. Bu sahədə hansı tədbirlər görülür?

- Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni dövrün tələblərinə cavab verən qanunvericilik bazasının yaradılması təbii ki, zəruri məsələlərdən biridir. Bu sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar əksini tapmalıdır. Bu sənədlər bir qayda olaraq ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, rəqabət mühitinin və özəl mükliyyətçilər təbəqəsinin formalaşdırılması məqsədi ilə qəbul edilmişdir.

Məlum olduğu kimi 02 iyul 2013cü il tarixdə Milli Məclisin İclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Belə bir qanunun qəbulunda məqsəd ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etməkdən ibarətdir.

Bu qanun Milli Məclisdə müzakirə olunan zaman sahibkarların maraqlarının müdafiəsi ilə bağlı bir sıra təkliflər irəli sürülmüş və bir sıra müddəalar qəbul edilmişdir.

Milli Məclisin İqtisadi Siyasət komitəsi birinci oxunuşdan sonra həmin layihə üzrə aparılmış işlər barədə ətraflı məlumat vermiş, müzakirələr zamanı deputatlar bu qanunun ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyini, sahibkarların hüquqlarının qorunmasına xidmət edəcəyini bildirərək, 10 fəsil və 38 maddədən ibarət olan qanun layihəsi ikinci və üçüncü oxunuşlarda təsdiq edilmişdir.

Belə hesab edirəm ki, həmin müzakirələr zamanı, minlərlə sahibkarlıq subyektini özündə birləşdirən, sahibkarların problemləri ilə yaxından tanış olan Azərbaycan Sahibkarlar Konfederasiyasının təkliflərinin nəzərə alınması, qanunun müzakirəsinə ASK-nın əməkdaşlarının cəlb olunması qəbul olunacaq yeni qanunun daha dolğun olmasına kömək etmiş olardı.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Respublikada 144 tədbir kecirilmişdir ki, onlardan 80-i regionlarda yerli iş adamlarının iştirakı ilə təşkil edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu bilik və bacarıqlarını artırmaq, inkişaf etmiş ölkələrdə mövcud texnologiya və işin qurulması mexanizmlrini mənimsəmək məqsədilə Almaniyada müvafiq müəssisələrdə təcrübə kecmək ücün göndərilmişlər.

Qeyd etmək lazımdır ki, hazirda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Bütün bu mühüm hüquqi-normativ və proqram sənədlərinin yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi əldə olunan nailiyyətlərin təminatcısına cevriləcəkdir.

Ölkə sahibkarlarının maarifləndirilməsi sahəsində bir çox seminar, konfrans və dəyirmi masalar keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara çatdırılması təmin edilmiş, onların ölkə daxilində və xaricdə keçirilən biznes forumlarda iştirak etmələrini imkan daxilində təmin etməyə çalışmışıq.

Bu məqsədlə Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın orqanı olan "Biznes Həyatı" jurnalı müntəzəm dərc olunur. Hesab edirik ki, bu jurnal sahibkarların maarifləndirilməsi istiqamətində öz sözünü deyəcək, sahibkarların tribunasına cevriləcəkdir.

Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.

Biznes mühitinin yaxşılaşdırılması məqsədilə vergi məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi xidmət mərkəzlərində sahibkarlara xidmət işi yaxşılaşdırılmışdır.

Konfederasiya sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkimləşdirilməsi üzrə dövlət hakimiyyəti orqanlarına təkliflər verməklə (Əmək məcəlləsinin 211-ci "Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi və 241-ci "Qadın əməyinin tətbiqi" qadağan olunan iş yerləri və işlər" maddələrinə edilən dəyişikliklər barədə) qanun və digər normativ aktların, layihələrinin hazırlanmasında və icrasında yaxından iştirak edir.

Konfederasiya Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi, Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış "İşəgötürənlər birlikləri haqqında" qanun layihələrinin qəbul olunması üçün səylər göstərir.

Sahibkarların maarifləndirilməsində ASK-nın yeniləşmiş saytı da mühüm rol oynayır. Burada sahibkarlıq fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ hüquqi aktlar, töfsiyyələr, beynəlxalq təcrübənin öyrənilməsi və s. öz əksini tapır.

- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığin inkişafı ilə bağlı daha hansı təklifləri irəli sürmək niyyətindədir?

- Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan -2020: gələcəyə baxış" inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, növbəti 10 ildə qeyri neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Qarşıda duran hədəflərə nail olunması ücün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini nəzərdə tutmuşdur.

Nəzərdə tutulan strateji hədəflərə catmaq ücün konkret icra mexanizmləri və maliyyə resursları olmaqla yanaşı əlbəttə ki, peşəkarlıq da tələb olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş istənilən məsələni həll etməyə bizə imkan vərəcəkdir.

Hesab edirik ki, "Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının başa catması ilə əlaqədar 2014-2018-ci illəri əhatə edəcək növbəti beşillik Dövlət İnkişaf Proqramı qəbul edilərkən, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətlərin yenidən hazırlanmasında ASK-nın yaxından iştirakı təmin olunacaqdır. Nəzərə almalıyıq ki, özəl sektor kecən dövr ərzində artıq dayanıqlı, güclü bir sektora cevrilmiş və görüləcək tədbirlər nəticəsində daha da güclənəcək, Azərbaycanın iqtisadi baxımdan daha da güclü ölkəyə çevirilməsində öz sözünü deyəcəkdir.

Ölkə Prezidenti tərəfindən yeni qəbul edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" da kənd təsərrüfatının bir istiqaməti olan üzümçülük və şərabçılığın kompleks inkişafına yönəlmiş və sahibkarlar ücün bu ustiqamətdə yol acılmişdır.

Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır.

Ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə post terminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər.

Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.

Biz "Sosial Partnyorluq" və "İşəgötürənlər birlikləri haqqında" qanunların qəbul ediməsini vaxtı çatmış məsələ hesab edirik.

Sahibkarlığın inkişafına yaxından dəstək verilməsi məqsədilə sahə və ərazi assosasiyalarının yaradılması bizim qarşımızda duran aktual məsələlərdəndir.

Qadın sahibkarlığın inkişaf etdirilməsi, texniki peşə təhsilinin daha da yaxşılaşdırılması, ixraca dəstək verilməsi sahəsində təkliflərimiz vardır. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul edilməsinin surətləndirilməsi də sahibkarlığın inkişafına təkan verən güclü vasitədir. Bu sahədə də tədbirlər nəzərdə tutulmuşdur.

Bunula bağlı ölkədə sahibkarlığı daha da inkişaf etdirmək üçün xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin yenidən nəzərdən keçirilməsi və sayının azaldılması, çox illik əkmələrin, o cümlədən üzüm bağlarının və çay plantasiyalarının salınması üçün investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə verilən kreditlərin güzəştli şərtlərlə ayrılması məqsədə müvafiq olardı.

Təbii ki, IV Qurultayın qərarlarının icrası olaraq Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir, ASK bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən doğma Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində və 2013-cü ildə keciriləcək Prezident seckilərində yaxından iştirak etməklə öz tövhəmizi verməyə hazırıq.

yap.org.az

Digər xəbərlər