PDF Oxu

Müsahibə

  • 1 560

"Milli şuluqların" şurum-burum klonları

"Milli şuluqların" şurum-burum klonları

Hafiz Hacıyev: "İsa Qəmbər satqın, Rüstəm İbrahimbəyov isə qoca alkaşdır"

Müsahibimiz Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir.

-Hafiz müəllim, "Milli Şura"da müxalifətin əsas simalarından olan Pənah Hüseynin, Etibar Məmmədovun, İqbal Ağazadənin təmsil olunmaması bu quruma münasibətin heç də ciddi olmamasından irəli gəlirmi?Digər tərəfdən də iddia olunur ki, bu qurum müxalifətin qurumudur. Bu gün "Milli Şura" müxalifətin adından çıxış edə bilərmi?

-"Milli Şura" satqınlar şurasıdı. Bu qondarma quruma heç kimin ehtiyacı yoxdu və qurum müxalifəti təmsil edə bilməz. Çox qəribədir ki, millilikdən təmamilə uzaq olan bir şuranı necə ola bilər ki, bəzi başıboşlar "Milli Şura" adlandırsınlar. Təbii ki, bu məsələ yaranan gündən, bu ideya ortaya çıxandan bəri bu insanlar arasında mübahisələr dərinləşib, vəziyyət isə kəskin şəkildə pisləşib. Bunlar yalanla, fırıldaqla insanlar arasında "Milli Şura" ideyasını şişirtmək istəyirlər. Şayiələr yayırlar, siyasi şoular göstərirlər, özlərini reklam edirlər. "Milli Şura" ideyasını, bütün müxalifət dəstəkləmədi və dəstəkləmir də. Dəstəkləyənlər arasında olan insanlar isə satqınlar, xəyanətkarlardır. Məsələn, AXCP sədri Ə.Kərimli, hamıya məlumdur ki, satqının, xəyanətkarın biridir. E.Namazov da, İ.Qəmbər də onun tayıdır. Belə olduğu təqdirdə, bu insanları kim dəstəkləyəcək ki?! Əlbəttə, heç kim. Ə.Kərimli özü həm də cinayətkardır. O, Əbülfəz Elçibəyi zəhərləyib öldürüb. Bunu özləri yaxşı bilirlər. Axı bu cinayətkarlardan xalqa heç bir xeyir gələ bilməz. Bunu bütün vətəndaşlar yaxşı bilir və belə insanları dəstəkləmirlər. Onu da qeyd edim ki, bu bolşevik nəvələri ölkədə heç nəyə nail olmayacaqlar. Torpaqlarımızı satan, millətimizin mənafeyini ayaq altına atan, vətənini sevməyən bu satqın insanlar heç nə qazanmayacaqlar. Bunların hamısı saxtakarlardır. Bu saxtakarlardan saxtakarlıqdan başqa heç nə gözləmək olmaz.

- Hələ də "Milli Şura"da "vahid namizəd" məsələsi həll olunmur. Çünki İsa Qəmbər namizədliyini irəli sürəcəyini sətiraltı ifadələrlə də olsa ifadə etməkdədir. Necə düşünürsünüz, sonda qalib tərəf kim olacaq? İ.Qəmbər, yoxsa R.İbrahimbəyov?

- Bu satqınlar şurasında xəyanətkarlar təmsil olunurlar. Onların hamısı satqındırlar. Satqın olduqlarına görə də heç vaxt aralarında birlik ola bilməz. İ.Qəmbər heç Əbülfəz Elçibəyin namizədliyinə razılıq vermədi, indi alkaş Rüstəm İbrahimbəyovun da namizədliyini dəstəkləmək fikrində deyil. O, artistlik edib yalandan deyib ki, səni dəstəkləyirəm. Lakin bu fikri tezliklə geri götürəcək. Rüstəm İbrahimbəyov qoca bir alkaşdır. O alkaş heç bir işində uğur qazanmayıb, bundan sonra da uğur qazanan deyil. Onların heç bir perspektivi olmadığına görə, artıq bir-birlərini qırırlar. İçlərində çox böyük parçalanmalar var. Onların arasında anormal proseslər davam edəcək. Bu "Milli Şura" ideyasında biz bir məsələnin də şahidi olduq ki, vaxtilə Azərbaycanın torpaqlarını satan və indiyədək ölkənin əleyhinə gedən insanların hamısı gəlib bu "Milli Şura"da birləşmək istəyirlər. Bu yalançılar, satqınlar insanları inandırmağa çalışırlar ki, güya "Milli Şura" yaratmaqla hansısa böyük bir iş görəcəklər. Bu, qətiyyən belə deyil. "Milli Şura" boş bir ideyadır və bunun ətrafında aparılan müzakirələr, onun elan olunması, siyahının təsdiqlənməsinin hamısı faydasız, lazımsız məsələlərdir. Belə məsələlərə inanmaq lazım deyil. Hətta onu da bilmək lazımdır ki, 28 May Günü "Milli Şura"nı elan etmək istəyən bu insanları orada olan sadə vətəndaşlar daş-qalaq ediblər. Çünki insanlarda, vətəndaşlarda bu insanlara inam, etibar qalmayıb. Onlar bilməlidirlər ki, Azərbaycan gəncliyi, xalqımız heç vaxt imkan verməz ki, E.Namazov, İ.Qəmbər, Ə.Kərimli, Rüstəm İbrahimbəyov və digərləri ölkəmizdə ictimai sabitliyi pozsunlar və ya nəyəsə nail olsunlar. Bu fikri ona görə qeyd edirəm ki, məndə olan məlumata görə, onlar hazırlaşırlar ki, yenə də mitinqlərə çıxsınlar. Belə ki, aksiyalara insanları, vətəndaşları cəlb etmək üçün xaricdən aldıqları pulları camaata paylamaq istəyirlər.

- İddia olunur ki, "Milli Şura" Rusiyanın bəzi dairələrinin layihəsidir. Bəzən də ABŞ-dan sifariş əsasında yaradıldığı qeyd olunur. "Milli Şura"da təmsil olunanların bu məsələyə münasibət bildirməmələri təəccüb doğurmurmu ki? Bunu həmid iddiaların qəbul olunması kimi də dəyərləndirmək olarmı?

-Təbii ki, doğru sözə nə demək olar ki?! Bu ideya Azərbaycanı sevməyən xarici qüvvələrin ideyasıdır. Bu satqınlar da qoşulub həmin xarici qüvvələrə istəyirlər ki, Azərbaycanın milli maraqlarını, dövlət müstəqilliyini, xalqımızı, vətənimizi təhlükəyə atsınlar. Lakin xalq və dövlət buna imkan verməyəcək. Bu satqınlar şurası bilsinlər ki, Azərbaycanı sevməyən xarici qüvvələrin layihəsi əsasında yaranmış "Milli Şura" heç vaxt xalq tərəfindən dəstəklənməyib və dəstəklənməyəcək. Bu simasızları xalqımız yaxşı tanıyır.

Cahid Süleymanov

Digər xəbərlər