PDF Oxu

Müsahibə

  • 1 501

"Rüstəm İbrahimbəyovun siyasətdən başı çıxmır"

"Rüstəm İbrahimbəyovun siyasətdən başı çıxmır"

Niyaməddin Orduxanlı: "Kinoçəkən elə kinosunu çəkməklə məşqul olsa, daha yaxşı olar"

Müsahibimiz BAXCP–nin sədr müavini Niyaməddin Orduxanlıdır:

- "Milli Şura"nın təmsilçilərindən olan AXCP sədri Əli Kərimlinin səhv siyasətinə etiraz olaraq onun müşaviri Fəhmi Hacıyev istefa verib. Bu istefalar sizcə nəylə bağlıdır və bu onu deməyə əsas verirmi ki, AXCP yenidən parçalanır?

- AXCP çoxdan parçalanmış və dağılmış vəziyyətdədir. Bu gün fəaliyyət göstərən AXCP-nin Əbülfəz Elçibəyin rəhbərlik etidiyi AXCP ilə heç bir əlaqəsi yoxdur. Həm də mənəvi baxımndan nəzərdə tururam. Əli Kərimlinin bütün fəaliyyəti Əbülfəz Elçibəyin əleyhinə yönəlmiş bir siyasət olub. Partiya daxilində Ə.Kərimli qədər Elçibəyə xəyanət edən ikinci bir şəxs olmayıb. Onun sağlığında həm partiya daxlində, həm də mətbuatda geniş fəaliyyət göstərib. Bu gün Ə.Kərimlinin Elçibəyin rəhbərlik etdiyi AXCP-yə aidyyatı olmamasını adi bir izahla da sübut etmək olur. Elçibəy dünyasını 2000-ci ildə dəyişib. AXCP-nin 1998-ci ildə keçirdiyi qurultayında Əbülfəz bəy növbəti dəfə partiyann sədri seçildi. Qurultaydan dərhal sonra AXCP-nin ən ali orqani olan Rəyasət Heyyəti 19 nəfərdən ibarət heyyəti formalasdırıldı. Bu üzvlərdən Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra bir nəfər belə Əli Kərimlinin yanında qalmadı. Bu gün həmin Rəyasət Heyyətindən yalnız Ə.Kərimli qalıb. Həmin Rəyasət Heyyətinin üzvləri olan - Qüdrət Həsənquliyev, Qülamhüseyn Əlibəyli, Asim Mollazadə, Cəmil Həsənli, Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Arif Paşa, Akif İslamzadə, İbrahim Vəliyev, Nəriman Qasımoğlu, Xaləddin İbrahimli, Bahəddin Həziyev və adlarını çəkmədiyim digər şəxslərin heç biri Ə.Kərimlinin yanında qalmadı və ondan imtina etdi. Bu gün köhnə hərəkaçılardan elə bir adam yoxdur ki, onu göstərmək olar ki, AXCP-nin qurucularından biridir və Ə. Kərimlinin yanındadlr. Fəhmin Haciyev isə, görünür Əli Kərimlinin bundan sonra da yanında qalmasınn heç bir perspektivliyini gec də olsa qəbul etidyindən, ondan ayrılıb. Onu da sizə deyim ki, F.Hacıyev 2 il idi ki, Əli Kərimlinin partiyasına qoşulmuşdu və müşavir vəzifəsini daşıyırdı. Məncə seçkidən sonra da başqa partiyadan gələnlər də Ə.Kərimlini tərk edəcək. 3-4 aya çox adam bunun şahidi olacaq.

- Müsavatla AXCP arasında qarşıdurmalar baş verir. Bir-birlərinə qarşı olan təhqirlər, ittihamlar geniş xarakter alıb. Artıq məlumdur ki, Arif Hacılı AXCP üzvlərini, onun sədri Ə.Kərimlini qırmızı xətti keçməkdə günahlandırıb və əxlaqsız adlandırıb. Bütün bunlarla bağlı nə deyə bilərsiz?

- Müsvatçılarla Ə.Kərimli arasında münasibətlər o həddə çatıb ki, nəinki Arıf Hacılı, partiyanın başqanı olan İsa Qəmbər açıq formada bəyan edir ki, "bu əxlaqsızlığa son qoyulmalıdır". Hamı da bilir ki, bunu İ.Qəmbər birbaşa Ə.Kərimliyə deyir və ona səslənir. Bu gün Ə.Kərimli "Milli Şura"da Eldar Namazovla birləşib İ.Qəmbərə qarşı fəaliyyət gösərir. Rüstəm İbrahimbəyovun da İsa Qəmbərə qarşı verdiyi "Milli Şura"nın ikinci namizədi olamamalıdır" bəyanatını Ə.Kərimli təşkil edib. Ə.Kərimli R.İbrahimbəyova təzyiq edərək İ.Qəmbərə qarşı bu bəyanatı səsləndirib. Bunu da İ.Qəmbər hamıdan yaxşı bilir. Bir daha qeyd etmək istəyirəm ki, Ə.Kərimli heç vaxt İ.Qəmbərin öndə olmasına razılıq verməyəcək. Bunlar arasında gedən "soyuq müharibənin" 20 illik tarixi var. Bunların hər ikisi Elçibəy hakmiyyəti dönəmində belə bir-birinə qarşı amansız mübarizə aparıblar. Onda hər ikisi vəzifə daşıyırdılar. Arıq 2-3 gündür ki, sosial şəbəkədə Arif Hacılı və onun qardaşı Vaqif Hacıbəyli səviyyəsində Ə.Kərimlinin ünvanına kəskin bəyanatlar verilir. Bunun səbəbi də Ə.Kərimlinin nəzarətində olan facebook qrupunda Müsavata qarşı yazılan təhqirlərdir. Bu münasibət onu göstərir ki, Rüstəm İbrahimbəyov "Milli Şura"nın namizədi kimi seçkidə iştirak edə bilməsə, Ə.Kərimli heç bir halda İ.Qəmbərin vahid namizəd olmasına razlıq verməyəcək. Seçkiyə 2 aydan da az qalmış bir vaxtda bu siyasi qüvvələr bir-birlərinə əxlaq dərsı keçirlər. Belə bir vəziyyətdə bu qüvvələr xalqdan neçə səs ala bilərlər? 20 ildir bir-birini "satqınçılıq"da, "xəyanət" də ittiham edənlər hansı formada birgə fəaliyyət göstərə bilər. Bunarın birgə qurduğu hökümət neçə ay çəkə bilər? Ona görə də bunlar heç vaxt hakmiyyətə gələ bilməyəcəklər. Məgər xalqımız bütün baş verənləri görmür? Ona görə də qeyd edirəm ki, radikal müxalifət bu seçkidə də böyük məğlubiyyətə uğrayacaq və Azərbaycan xalqı bunlara dəstək verməyəcək! 75 yaşlı Rüstəm İbrahimbəyov isə heç vaxt siyasət adamı deyil və bundan sonra da ola bilməyəcək. Siyasət ağır və çətin peşədir. Kinoçəkən elə kinosunu çəkməklə məşqul olsa, daha yaxşı olar.

sia.az

Digər xəbərlər