PDF Oxu

Müsahibə

  • 1 181

Pakistanda prezident seçkiləri keçiriləcəkdir

Pakistanda prezident seçkiləri keçiriləcəkdir

İyulun 30-da Pakistanda prezident seçkiləri keçiriləcəkdir. Ölkə konstitusiyasına əsasən, dövlət başçısı parlamentin hər iki palatasının – Milli Məclisin və Senatın deputatlarının, habelə ölkədəki dörd əyalətin hər birinin (Belucistan, Pəncab, Sind və Xayber-Paxtunxva) qanunverici məclislərinin nümayəndələrinin daxil olduğu seçkiçilər kollegiyası tərəfindən seçilir.

Pakistanın siyasi sistemində prezident müəyyən mənada nominal simadır. Bu onunla bağlıdır ki, 2010-cu ildə konstitusiyaya 18-ci düzəliş qəbul ediləndən sonra ölkədə bütün hakimiyyət Baş nazirin əlində cəmləşmişdir. Baş nazir vəzifəsinə parlament seçkilərində qalib gəlmiş partiyanın nümayəndəsi təyin edilir.

Budəfəki seçkilərdə qələbəyə əsas iddiaçı hakim Pakistan Müsəlman Liqası Partiyasından (Nəvaz Şərifin fraksiyasından) namizəd Məmnun Hüseyndir. O, tanınmış biznesmen və Sind əyalətinin keçmiş qubernatorudur. Bu ilin mart ayında parlament seçkilərində qalib gəlmiş Nəvaz Şərifin partiyası federal və əyalət parlamentlərində səslərin əksəriyyətini qazandığını nəzərə alsaq, Pakistanın növbəti prezidentinin də hakim partiyanın namizədi Məmnun Hüseyn olacağına şübhə edən azdır.

Prezident seçkiləri ərəfəsində ölkənin paytaxtı İslamabadda terror aktları ehtimal edildiyinə görə, təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Şəhərdə gücləndirilmiş polis bölmələri dislokasiya olunmuşdur. DİN qoşunlarının qüvvələri də asayişin qorunmasına cəlb edilmişdir.

Digər xəbərlər