PDF Oxu

Müsahibə

  • 1 322

Dağlıq Qarabağ narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilib

Dağlıq Qarabağ narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilib

Fazil Mustafa: "Xarici siyasətdə Ermənistanın mövqeyini dəstəkləmək bəzi dövlətlər üçün əsas kurs sayılır"

Müsahibimiz BQP-sədri millət vəkili Fazil Mustafadır

- Fazil müəllim, Dağlıq Qarabağ narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilib. Bu məsələdə Ermənistan rəhbərliyinin xüsusi əməyi, rolu olduğu faktlarla öz təsdiqini tapmaqdadır. Dünya birliyinin bu məsələdə susması nə ilə bağlıdır?

- Dağlıq Qarabağın narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilməsi və dünya birliyinin bu məsələdə susması birbaşa tərəfli mövqe ilə bağlıdır. Xarici siyasətdə Ermənistanın mövqeyini dəstəkləmək bəzi dövlətlər üçün əsas kurs sayılır. Bu gün də bəzi xarici dövlətlər bu siyasəti davam etdirməklə məşğul olurlar. Bu da Azərbaycanın haqlı davasının tanınması və qəbul edilməsi məsələsində çətinliklər yaradır. Ümid edək ki, nə vaxtsa dünyada beynəlxalq hüquq prinsipləri önə çıxacaq və ədalətli davranışlar müşahidə olunacaqdır. Təbii ki, belə olan halda işğalçı ölkə olan Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaqdır.

- Sarkisyan rejiminin Dağlıq Qarabağda zabit və əsgərlər hesabına narkotik becərən qüvvə saxladığı barədə məlumatlar mövcuddur. Bununla bağlı nə deyə bilərsiniz?

- İşğal altında olan Dağlıq Qarabağda erməni ordusunun zabit və əsgərlərinin narkotik becərilməsi ilə məşğul olmaları, sözügedən ərazinin nəzarətsiz qalması ilə bağlıdır. Yəni, Ermənistan tərəfindən bu cür halların baş verməsi gözləniləndir. Bütün hallarda Azərbaycan tərəfi Dağlıq Qarabağda narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilməsi ilə bağlı faktları dünyaya çatdırmaqda davam etdirməlidir. Çünki həmin ərazilər Azərbaycan dövlətinə aiddir.

- Ermənistan dövlətinin işğalçılıq siyasətinə bir çox dünya dövlətlərinin ikili standartlarla yanaşması nədən qaynaqlanır?

- Bütün hallarda işğalçı ölkə olan Ermənistan dünya birliyinin sanki ərköyün bir uşağıdır. Ermənistanın var olması bəzi dövlətlərin maraqlarını həyata keçirilməsi baxımından sərf edir. Yəni, Ermənistan bölgədə bir ölkə olaraq qalsın. Ondan istifadə edən dövlətləri isə regionda müharibə ocağının saxlanması üçün istifadə etsinlər. Ermənistandan ona qonşu ölkələr üçün təsir vasitəsi kimi istifadə etsinlər. Bunu da biz öz gücümüz ilə ortadan qaldırmalıyıq və Ermənistanı hər zaman ifşa etməyə davam etməliyik.

GÜLYANƏ

Digər xəbərlər