PDF Oxu

Müsahibə

  • 1 502

Təcrübəli xəyanət ustasına ağır cəza veriləcək

Təcrübəli xəyanət ustasına ağır cəza veriləcək

Hafiz Hacıyev: "Əli Kərimli tezliklə həbs olunacaq"

Müsahibimiz Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir

- Hafiz müəllim, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı aparılan istintanqın son durumu haqqında nə deyə bilərsiniz?

- Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq artıq yekunlaşmaq üzrədir. Bununla bağlı 110 nəfər dindirilib və sübut olunub ki, Ə.Elçibəy zəhərlənib. Onu zəhərləyən AXCP sədri Əli Kərimlidir. O alçaq, düşüncəsiz, vətən xaini Kərimli Əli bu cinayəti boynundan ata bilməz. O, tezliklə həbs olunacaq. Elçibəyin zəhərlənməsi faktdır. Onun zəhərlənməsində baş rol oynayan və onun ölümünə fərman verən Ə.Kərimlidir. Elçibəyi aradan götürmək Ə. Kərimlinin planı idi. Mən bu məsələni gündəmə gətirəndə demişdim, indi də deyirəm ki, bu işin məsuliyyətini AXCP sədri daşıyır. Bu adam hər zaman xəyanət etməklə məşğul olub. Bu gün də Ə.Kərimli xəyanətkarlıq fəaliyyətini davam etdirir. Bu adam həbs olunmalıdır və ona ən ağır cəza verilməlidir. Belə insanların azadlıqda olması cəmiyyətimiz üçün fəlakətdir. Bu fəlakətin qarşısı Ə.Kərimli həbs olunmaqla alınmalıdır.

Hazırda AXCP sədri Ə.Kərimlinin ətrafı get-gedə daha da daralmaqdadır. Daha dəqiqi, bu daralma "cəbhə" sədrinin sui-qəsdə görə həbs ehtimalını reallaşdırmaqdadır. O, həbsdən qaça bilməyəcək. Bir daha qeyd edirəm ki, artıq 110 nəfərə qədər adam dindirilib. O cümlədən, Əbülfəz Elçibəyi Türkiyədə müalicə edən həkimlərin ifadələri alınıb. Verilən şahid ifadələrində tam sübuta yetirilib ki, Əbülfəz Elçibəy Əli Kərimlinin evində keçirilən ad günündə zəhərlənib. Onu da qeyd edim ki, Elçibəyin zəhərlənməsi ilə əlaqədar fikirləri mənimlə bahəm, bayraqdar Elman Türkoğlu və mərhum Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də səsləndirib.

- Məlumatlara əsasən, Ə.Kərimli bu cinayətlə əlaqədar həbs olunacağını bildiyi üçün ölkədən qaçmaq istəyir. Buna münasibətiniz.

- Ə.Kərimli heç bir yerə qaça bilməz. Onun qaçmaq şansı yoxdur. Pasportu belə olmayan bu şəxs qaçmağı yuxusunda belə düşünməsin. O etdiyi xəyanətin, törətdiyi cinayətin cəzasını mütləq almalıdır. Tezliklə şahidi olacayıq ki, bu insan həbs olunur. Bu yaramaz adamın vicdanı və insafı qətiyyən yoxdur. O, hər zaman olduğu kimi, bu gün də ölkəmizə, xalqımıza xəyanətlə məşğuldur. Onu da qeyd edim ki, Müsavat başqanı İsa Qəmbər də bu işdən xəbərdar olub. Elə buna görə o da cəzalandırılmalıdır. Məlumdur ki, Ə.Kərimli kimi İ.Qəmbər də xəyanətkardır və onların ömürləri yalnız xəyanət etməklə keçib.

Cahid Süleymanov

Digər xəbərlər