PDF Oxu

Müsahibə

  • 2 549

Elman Türkoğlu: "Əli Kərimli tezliklə siyasətdən gedəcək"

Elman Türkoğlu: "Əli Kərimli tezliklə siyasətdən gedəcək"

Bayraqdar Elman Türkoğlunun SƏS TV-yə müsahibəsi:

- Elman bəy, bildiyiniz kimi "Milli Şura" Rüstəm İbarhimbəyovu sona qədər dəstəkləmədi. Belə ki, bir müddət sonra onların Rüstəm İbarahimbəyova qarşı fikirləri dəyişməyə başladı. Sizcə, baş verən proseslər nə ilə bağlıdır?

- Bildiyimiz kimi, "Milli Şura"-da vəziyyət kritik həddə çatıb. Buna səbəb isə "Milli Şura"-nın verdiyi vədə əməl etməməsi oldu. Şuranın tərkibində yaranan daxili çaxnaşma da onun məhv olmasına səbəb olan amillərdən biridir. Ümumilikdə götürdükdə isə, "Milli Şura" yaradılan gündən müəyyən ssenari üzərində qurulmuş bir oyun idi. Mən bu barədə hər kəsi, xüsusilə də gəncləri sosial şəbəkələrdə xəbərdar etmişdim. Onların nəzinə çatdırırdım ki, bu, Rusiyanın əli ilə yaranan Azərbaycana qarşı yönəlmiş bir qurumdur. Müxalifət o zaman Rüstəm İbrahimbəyovu vahid namizəd seçərkən, mənə qaranlıq qalan məqamlar oldu. Çünki müxalifət 20 il siyasətdə olmalarına baxmayaraq, onlardan olmayan tamam başqa bir adamın namizədliyini irəli sürdü. Onlar, hətta israrla deyirdilər ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı tədqirdə, biz meydanlara çıxaraq haqqımızı tələb edəcəyik. Ancaq göründüyü kimi, onun namizədliyi qeydə alınmadı. Müxalifət öz vədinə əməl etmədi.

- El hərəkatından istefa verən Əflan İbrahimov bu yaxınlarda bildirib ki, Əli Kərimli xarici himayədarlarından pul alır və onların dəstəyi ilə ölkədə iğtişaş törətmək istəyir. Bununla bağlı nə deyə bilərsiniz?

- Onun xaricdən maliyyələşməsi tamamilə doğru fikirdir. Belə hərəkətlər yolverilməzdir. O, sadəcə olaraq xaric tərəfindən ona verilən pullarla öz mülklərinin sayını çoxaltmaqla məşğuldur. Onu dövlətin millli maraqları maraqlandırmır. O, Rusiya və İran kəşfiyyatı ilə əlbir olaraq, Azərbaycanda iğtişaş törətmək niyyətində idi. Mən bir azərbaycanlı kimi, hansı partiyada olmağımdan asılı olmayaraq, Azərbaycan dövlətinin milli maraqlarını hər şeydən üstün tuturam. Düşünürəm ki, hər hansısa xarici qüvvənin Azərbaycanın daxili işinə müdaxilə etməsinə icazə verilməsi yolverilməzdir. Lakin Əli Kərimli belə əməl törədir. O, xarici qüvvələrdən müəyyən qədər vəsait almaqla, hətta Azərbaycanın məhv olmasına belə razı olar. O, dövlətinə, hətta ətrafında olan dost dediklərinə belə xəyanət etməkdən çəkinməyib. Ən dəhşətli məqamlardan biri isə Elçibəyi öz doğum günündə zəhərlətməsi olub. Hansı ki, o insanla eyni mövqeyə xidmət edirdi. Onun Rüstəm İbrahimbəyova xəyanət etməsindən sonra Cəmil Həsənliyə də xəyanət edəcəyi tamamilə gözlənilən hadisədir. Mən "Milli Şura"nı "Milli Şuba", İctimai Palatanı isə, "İctimai Palatka" adlandırırıam.

- Sizcə, İsa Qəmbərlə Əli Kərimli Cəmil Həsənlini vahid namizəd seçməklə onu biyabır etməkmi istəyirlər?

- Mən çox yaxşı xatırlayıram ki, onlar Cəmil Həsənlinin ehtiyat vahid namizədliyini irəli sürəndə, o bildirdi ki, mən belə bir yükün altına girə bilmərəm. Yəni, o bunu öz razılığı ilə deyil, təzyiq nəticəsində qəbul edib. Təbii ki, onlar Cəmil Həsənlinin namizədliyini irəli sürməklə onu məhv etmək istəyirlər.

- Elman bəy, sizcə Əli Kərimli "Milli Şura"nı öz təsirinə alıbmı?

- Bəli, alıb. O , eyni zamanda hiyləyə də əl atıb. Onun atdığı hiylələrin nəticəsində, məhz "Milli Şura" bu gün onun əlində cəmləşib. Lakin Əli Kərimlinin etdiyi bütün cəhdlər hədərdir. Çünki o heç vaxt hakimiyyətə gələ bilməyəcək. Onun Azərbaycan siyasətindən getməsi yaxın gələcəkdə olacaq. Əli Kərimlinin nə Azərbaycan cəmiyyətində, nə də siyasətində yeri yoxdur.

sia.az

Digər xəbərlər