"Milli Şura"da olan şəxslər Eldar Namazova nifrət edir
Bütöv Azərbacan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının mətbuata verdiyi müsahibəsi:
- "Milli Şura" deyilən bir qurumun yaradılmasında iştirak edən "El" artıq bu şuranın iclasına qatılmaqdan imtina edir. Sizcə, bu nə ilə bağlıdır? "El" hərəkatı, "Milli Şura"dan istefa verə bilərmi?
- "Milli Şura"nın indiki vəziyyətə düşməsinin əsas səbəbkarı Eldar Namazovdur. Rüstəm İbrahimbəyovun vahid namizəd olmasında və birbaşa Rusiyanın bu layihəsinin həyata keçirilməsində Namazovun əvəzedilməz xidməti var idi. O, hər kəsi inandırmışdı ki, Rusiya İbrahimbəyovu hakimiyyətə gətirir. Sonradan Putinin Azərbaycana səfərindən sonra Eldar Namazovun inandırdığı siyasi qüvvələr gördülər ki, bu, sadəcə Azərbaycan hakmiyyətinə təzyiq kimi yaradılmış bir qurumdur və bunlar da bu layihənin iştirakçılarıdır. Bundan sonra həmin o radikal partiyaların rəhbərləri Cəmil Həsənlini namizəd etməklə düşdükləri acınacaqlı vəziyyətdən çıxmaq istəyirlər. İsa Qəmbərlə Əli Kərimli seçkilərin bütün məsuliyyətini Cəmil Həsənlinin üzərinə atırlar. Cəmil Həsənlini namizəd etdikdən sonra onlar qəsdən Eldar Namazovu kənara qoyublar. Çünki "Milli Şura"dan olan şəxslər Namazova nifrət edir. Eldar Namazovu faktiki bu qurumdan uzaqlaşdırıblar. O da ona görə son iclaslara belə qatılmır. Mətbuatda da açıq şəkildə Namazovun "Milli Şura"dan küsdüyünü yazırlar.
- "El" hərəkatından istefa vermiş sədr müavini Əflan İbrahimov iddia edir ki, "Milli Şura" xaricdən maliyyə vəsaiti alır. Bu maliyyə vəsaitinin müqavilində ölkədə iğtişaşlar törətməyi planlaşdırır. Sizcə, bu Azərbaycan qanunlarına zidd deyil ki?
- Hansısa bir təşkilatın xaricdən maliyə alıb ölkədə iğtişaşlar hazırlaması birbaşa cinayət xarakterlidir. Bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Heç bir siyasi qüvvə ölkədə iğtişaşlar törədə bilməz. Bu, yolverilməzdir. Azərbaycanın milli maraqlarını sevməyən xarici qüvvələrin ölkədə xaos yaratmaq istəyi ola bilər. Əflan İbrahimov El hərəkatının sədr müavini olub . Görünür onun bu haqda geniş məlumatı var. Bütün hallarda bu faktlar ciddi şəkildə araşdırılmalıdır.
- Maraqlı deyilmi Müsavatın iki yetkilisi yəni, biri seçki qərargahının rəhbəri, digəri isə səlahiyyətli nümayəndəsidir. Bu onu göstərmir ki, İsa Qəmbər, Cəmil Həsənlini öz təsiri altına alır?
- İsa Qəmbər artıq məğlub olub. Cəmil Həsənli faktoru bu məğlubiyyəti "sığortalamaq" üçündür. Bu gün vacib olanı odur ki, İsa Qəmbər gözləyir ki, seçki bitsin və bu məğlubiyyəti Cəmil Həsənlinin üzərinə atsın.
- Məlumatlara görə Cəmil Həsənli imza toplama kanpaniyasında çox geniş saxtakarlıqlara və qanun pozuntularına yol verib. Bundan sonra MSK bu qanun pozuntularına dəstək verib bunları qeydə ala bilərmi?
- Bütün namizədlərin imzalarını MSK müəyyən etmiş ekspert qrupu yoxlayacaq. Kimin saxtakarlıqla imza toplamasını MSK müəyyən edir. Əgər bu fakt varsa, ona uyğun addım atılacaq. Bir məqama da toxunmaq istəyirəm ki, imza toplamaq məsələsində bu qurum bir-birinə olan inamsızlığını ortaya qoymuş oldu. Xüsusən də El hərəkatına qarşı. Cəmil Həsənlinin imza toplamasında El hərəkatına 0 imzanın yazılması İsa Qəmbərin Eldar Namazova verdiyi qiymət idi. Yəni İsa Qəmbər Eldar Namazovun "Milli Şura"dakı fəaliyətinə 0 qiyməti verdiyini göstərdi.
sia.az