PDF Oxu

Müsahibə

  • 1 846

Niyaməddin Orduxanlı: ""Milli Şura"da təmsil olunanlar Eldar Namazova nifrət edirlər"

Niyaməddin Orduxanlı: ""Milli Şura"da təmsil olunanlar Eldar Namazova nifrət edirlər"

Müsahibimiz BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin müəllim, "Milli Şura" deyilən qurumun yaradılmasında iştirak edən "El" artıq bu təşkilatın iclasını boykot edir. Sizcə, bu, nə ilə bağlıdır? "El" hərəkatı "Milli Şura"dan istefa verə bilərmi?

- "Milli Şura"nın indiki vəziyyətə düşməsinin əsas səbəbkarı Eldar Namazovdur. Rüstəm İbrahimbəyovun "vahid namizəd" olmasında və birbaşa Rusiyanın bu layihəsinin həyata keçməsində E.Namazovun əvəzedilməz xidməti olub. O, hər kəsi inandırmışdır ki, Rusiya R.İbrahimbəyovu hakimiyyətə gətirir. V.Putinin Azərbaycana səfərindən sonra Eldar Namazovun inandırdığı siyasi qüvvələr gördülər ki, bu, sadəcə, Azərbaycan hakimiyyətinə təzyiq kimi yaradılmış bir qurumdur və bunlar da bu layihənin iştirakçılarıdır. Bundan sonra, həmin o müxalifət partiyaların rəhbərləri Cəmil Həsənlini namizəd etməklə düşdükləri acınacaqlı vəziyyətdən çıxartmaq istəyirlər. Bu seçkilərin bütün məsuliyyətini İsa Qəmbərlə Əli Kərimli Cəmil Həsənlinin üzərinə "qoyurlar". Cəmil Həsənlini namizəd etdikdən sonra onlar qəsdən Eldar Namazovu kənarda qoyublar. Çünki "Milli Şura"dan olan şəxslər E.Namazova nifrət edirlər. Eldar Namazovu faktiki olaraq bu qurumdan uzaqlaşdırıblar. O da bu səbəbdən son iclaslara belə qatılmır. Mətbuatda da açıq şəkildə E.Namazovun "Milli Şura"dan küsdüyünü yazırlar.

- "El" hərəkatından istefa vermiş sədr müavini Əflan İbrahimli iddia edir ki, "Milli Şura" xaricdən maliyyə vəsaiti alır. Bu maliyyə vəsaitinin müqabilində ölkədə iğtişaşlar törətməyi planlaşdırır. Buna sizin münasibətiniz?

- Hansısa bir təşkilatın xaricdən maliyyə yardımı alıb ölkədə iğtişaşlar hazırlaması birbaşa cinayət xarakterlidir. Bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Heç bir siyasi qüvvə ölkədə iğtişaşlar törədə bilməz. Bu, yolverilməzdir. Azərbaycanın milli maraqlarını sevməyən xarici qüvvələrin ölkədə xaos yaratmaq istəyi ola bilər. Əflan İbrahimli "El" hərəkatının sədr müavini olub . Görünür, onun bu haqda geniş məlumatı var. Bütün hallarda bu faktlar cidd şəkildə araşdırılmalıdır.

- Cəmil Həsənli imzatoplama kampaniyasında çox geniş saxtakarlıqlara və qanun pozuntularına yol verib. Bundan sonra MSK hansı qərar qəbul edə bilər?

- İsa Qəmbər 2013-cü il prezident seçkisində məğlubiyyətə məhkumdur. Cəmil Həsənli faktoru bu məğlubiyyəti "suğortalamaq" üçündür. Bu gün vacib olanı odur ki, İsa Qəmbər gözləyir ki, seçki bitsin və bu məğlubiyyəti Cəmil Həsənlinin üzərinə yıxsın. Bütün namizədlərin imzalarını MSK-nın müəyyən etmiş ekspert qrupu yoxlayacaq. Kimin saxtakarlıqla imza toplamasını MSK müəyyən edir. Əgər belə bir fakt olarsa, qanunsuzluğa uyğun olan əks addım atılacaq. Bir məqama da toxunmaq istəyirəm ki, imza toplamaq məsələsində "Milli Şura" dajili qarşıdurmalardan doğan inamsızlığı ortaya qoymuş oldular. Xüsusən də "El" hərəkatına qarşı. Cəmil Həsənlinin imza toplamasında "El" hərəkatına 0 imzanın yazılması İsa Qəmbərin Eldar Namazova verdiyi qiymət idi. Yəni İsa Qəmbər Eldar Namazova "Milli Şura"dakı fəaliyətinə 0 qiyməti verdiyini göstərdi.

GÜLYANƏ

Digər xəbərlər