Hafiz Hacıyev: "Orada təmsil olunanlar ayağı sürüşkənlərdir"
Müsahibimiz Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir
-Hafiz bəy Cəmil Həsənli və Eldar Namazov Londona gediblər. Sizcə onların Londona getmələrində məqsəd nədir?
Onlar Azərbaycan xalqından ala bilmədikləri dəstəyi xarici qüvvələrdən almaq istəyirlər və bu məsələ onlar üçün hər zaman mühüm olubdur. Amma reallıq ondan ibarətdir ki, onları heç vaxt Azərbaycan xalqı dəstəkləməyib və dəstəkləməyəcək. Dilənçi kimi düşüblər qapılara pul axtarırlar. Məncə, bu, turist səfəridir və buna önəm verməkdə lazım deyil. Seçki öncəsi istəyirlər ki, özlərini reklam etsinlər. Lakin bu da alınmır. Belə hərəkətlər çox yaramaz hərəkətlərdir. Onların təmsil olunduqları "Milli Şura" qurumu da insanları aldatmaqla və yalan danışmaqla məşğuldur.
- Nəyə görə AXCP və Müsavat partiyalarında heç kim Londana onlarla bərabr getmədi?
- Onların hamısı çox pis əhval-ruhiyyədədədirlər. Onların öz aralarında da ciddi münaqişələr var. Onsuz da əvvəldən bilirlər ki, seçkilərdə məğlub olublar.
- Sizcə, "Milli Şura"dakı vəziyyət bundan sonra nə cür olacaq?
- Onlar hamısı ayağı sürüşkənlərdirlər. Və onların hamısı bir-birləri ilə yola getməyənlərdir. Daxillərində vəziyyət çox acınacaqlıdır. Orada yığışanların hamısı satqındır. Sonradan bir-birlərinə satqın dedilər. Lakin hamısı bilməlidirlər ki, içlərində bir nəfər belə olsun təmiz adam yoxdur. Hamısı satqınlardır.
- Məlumdur ki, Cəmil Həsənli bu yaxınlarda Lalə Hacıyevanın qapısına "elçi" düşmüşdü ki, o, "Milli Şura" haqqında kəskin ifadələr işlətməsin. Sonra C.Həsənli bildirdi ki, artıq L.Hacıyeva ilə aralarında heç bir anlaşılmazlıq yoxdur. Bunun ardınca isə L.Hacıyeva mətbuata söylədi ki, bizim aramızda heç bir görüş olmayıb. Buna münasibətiniz.
- Onların hamısı yalançı, ayağı sürüşkən insanlardır. L.Hacıyevanın fikirlərini anlamaq olmur. Onun fikirlərində çoxlu yalanlar var. Əvvəlcə bir fikir söyləyirlər, daha sonra həmin fikri təsdiqləmirlər. Belə insanlardan ağıllı heç nə gözləmək olmaz.
- Sentyabrın 22-nə "Milli Şura" mitinq planlaşdırır. Gözləntiləriniz nədən ibarətdir?
- Bunlar qapı-qapı dolaşıb, pul dilənirlər. Mitinqlərindən də heç nə gözləmək olmaz. Həmişəki kimi yenə də 3-5 nəfərdən ibarət boş bir iş olacaq. Onu da qeyd edim ki, bu insanlara inam yoxdur. Çünki onlar ermənilərə xidmət edirlər. Azərbaycanı sevməyən xarici qüvvələrə xidmət edirlər. Xalqımız belə insanlara inana bilməz. Bunlar satqındırlar. Xüsusi ilə də Qəmbərov İsa, Kərimov Əli, Namazov Eldar səviyyələrini itirmiş insanlardır.
Cahid Süleymanov