Tahir Kərimli: "Milli Şura" deyilən qurum ölkədə hər hansı bir aksiya keçirməklə sabitliyi poza bilməz"
Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir
- Tahir müəllim, "Milli Şura" deyilən qurum icazəsiz aksiyalar keçirtməklə ölkədə qarşıdurma və iğtişaşlar yaratmağı palanlaşdırır. Sizcə, niyə müxalifət sivil yolla deyil, qeyri-qanuni vasitələrlə öz məqsədlərini həyata keçirmək istəyir?
- "Milli Şura" deyilən qurum ölkədə hər hansı bir aksiya keçirməklə sabitliyi poza bilməz. Buna onların gücü də çatmaz. Çünki xalq arasında onların dayaqları yoxdur. "Milli Şura"nın keçirdiyi son aksiyalar da bir daha onu sübut etdi ki, müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da, müxalifət düşərgəsini təmsil edən partiyaların özləri üçün nə isə müsbətə doğru uğur qazanması mümkün olan məsələ deyil. Bunun da səbəbi özlərinin səhv siyasət aparması ilə bağlıdır.
- Ötən mitinqdə müxalifətə Köçəri Nağıbəyli tərəfindən pul paylandığı iddia olunur. Bunu K.Nağıbəyli özü də sonradan "Yeni Müsavat" qəzetinə müsahibəsində etiraf edib. Sizcə, bu, onu deməyə əsas verirmi ki, müxalifətin mitinqlərini maliyyələşdirən kənar qüvvələr mövcuddur?
- Bu gün müxalifət təmsilçiləri ölkədə qeyri-qanuni vasitələrlə öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Bununla onlar həm də xarici qüvvələrin diqqətini özlərinə cəlb etməyə ümid bəsləyirlər. Müxalifətçilərin bir növ bu cür aksiyaları təşkil etməkdə məqsədləri "biz də varıq" demək istəyi ilə bağlıdır. Ümumiyyətlə, müxalifətin xarici qüvvələr tərəfindən hər hansı bir dəstək alması yolverilməzdir. Çünki bu, Azərbaycan qanunlarına zidd bir hərəkətdir.
- Sizcə, iğtişaşların palanlaşdırılmasının, xaricdən maliyyə yardımlarının alınmasının seçki mühitinə hər hansı bir təsiri ola bilərmi?
- Artıq xarici qüvvələr də müxalifət təmsilçilərinin hər hansı bir gücə malik olmadığını anlayırlar. Əgər müxalifətin gücü olsaydı, bu illər ərzində nə isə bir irəliliyişə nail olardı. Müxalifət liderlərinin seçkiqabağı ölkədə iğtişaşların palanlaşdırılması üçün xaricdən maliyyə yardımlarının alınması təbii ki, seçki mühütünə heç bir təsiri ola bilməz. Demək olar ki, müxalifət məhz bu cür hətəkətləri ilə xalqın gözündən düşür. Ümumiyyətlə, müxalifətin özünün içində də bir-birlərinin paxıllığını çəkənlər mövcuddur. Bu da onların şəxsi ambisiyalarının olmasından irəli gəlir. Yəni, bu gün heç müxalifətin içində birliyin olmağıdı bir halda, necə ola bilər ki, onlar hər hansı bir birliyin olmasından danışaraq ölkədə iğtişaşlar keçirməyi palanlaşdıra bilirlər. Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də müxalifətin arzusu arzu olaraq ürəklərində qalacaq. Heç vaxt müxalifətin istək və arzusu həyata keçməyəcək. Bu baxımdan da, onlara tövsiyəm odur ki, belə hərəkətlərindən əl çəksinlər.
GÜLYANƏ