PDF Oxu

Müsahibə

  • 2 026

Bakı kəndlərinin əhalisi Cənab İlham Əliyevə səs verəcək

Bakı kəndlərinin əhalisi Cənab İlham Əliyevə səs verəcək

Nəsir Ağayev: "Biz növbəti beş ildə də Cənab İlham Əliyevi Prezident görürük"

Müsahibimiz Bakı və Kəndlər Birliyinin sədri Nəsir Ağayevdir

-Nəsir bəy, Bakı kəndləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində kimi favorit görür və niyə?

-Hazırda ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Demokratik seçki mühiti yaşayan ölkəmizdə seçki prosesi çox yüksək səviyyədə həyata keçirilməkdədir. Dövlətimiz hər zaman Bakı şəhəri və ətraf qəsəbələrin problemlərini xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə, İlham Əliyevin Sərəncamına əsasən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Sözügedən Proqrama əsasən qarşıya qoyulan vəzifələrin icrası nəticəsində Bakı kənd və qəsəbələrinin sosial-iqtisadi siması xeyli dəyişib. Bakı və şəhərətrafı qəsəbələrdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb, yol-nəqliyyat sisteminin əsaslı təmiri və yenidən qurulması işləri davam etdirilir. Əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, sosial təyinatlı obyektlərin yaradılması və bərpası ilə yanaşı, sənaye istehsalı yönümlü zavod və fabriklərin tikintisi və onların müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Bütün görülən işləri xalq görür və qiymət verir. Bakı kəndlərinin əhalisi yalnız və yalnız Cənab İlham Əliyev siyasətini dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində də Ona səs verəcək.

-Bakı kəndlərinin əhalisinin Cənab İlham Əliyevə inam və etimadı nədən qaynaqlanır?

-Cənab İlham Əliyev mütəmadi olaraq Bakı kənd və qəsəbələrinə səfərlər edir, əhali ilə görüşür, onların problemləri ilə şəxsən özü yaxından tanış olur. Bütün görülən işlərlə şəxsən Cənab İlham Əliyevin maraqlanması və Onun qəsəbə sakinləri ilə görüşü bir daha göstərir ki, hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir. Onu da qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Bakıətrafı qəsəbələrdə təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşmasında rolu və qayğısı misilsizdir. Xalq bu diqqət və qayğını görür və hiss edir.

-Teledebatlarda çıxış edən prezidentliyə namizədlərin fikirlərinə Bakı kəndlərində münasibət necədir?

-Teledebatlarda xalqın qarşısına çıxıb boş-boş danışan prezidentliyə namizədlərə demək istəyirəm ki, kimlərinsə ünvanına nalayiq fikirlər söyləməkdənsə öz platformalarını xalqa göstərsinlər. Xalqın gözü tərəzidir. Kimin kim olduğunu gözəl anlayır. Onlar bizi aldada bilməzlər. Biz növbəti beş ildə də Cənab İlham Əliyevi Prezident görürük. Təbii ki, 9 oktyabr prezident seckiləri günü Bakıətrafı kənd və qəsəbələrin sakinləri məntəqələrə gedərək inkişafa, tərəqqiyə, Azərbaycanın sabahına- İlham Əliyevə səs verəcəklər.

İntizarə Məmmədova

Digər xəbərlər