Elşad Mirbəşiroğlu: "Prezident İlham Əliyevin Minskdəki toplantıda çıxışı onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq subyekt olaraq mövqeyi hörmətlə qarşılanır"
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, MDB Dövlət Başçıları Şurasının Minskdə keçirilən iclasını necə dəyərləndirirsiniz?
- MDB Dövlət Başçıları Şurasının Minskdə keçirilən toplantısını müsbət dəyərləndirirəm. Bu iclas bir çox məsələlərin müzakirə olunması ilə yaddaqalan oldu.
- Vahid Gömrük İttifaqının yaradılmasını və bu ideyanın MDB dövlətləri tərəfindən dəstəklənməsi üçün Rusiya prezidentinin apardığı səylərin nəticəsini necə proqnozlaşdırırsınız?
- Rusiya Avrasiya Gömrük İttifaqı ilə bağlı mövqeyində israrlı olduğu görünür. Minskidə kecirilən iclasda Rusiya prezidenti V.Putinin bu məsələ ilə bağlı təmsil etdiyi dövlətin müəyyən mövqeyini sərgilədi. Putin dolayısı ilə Azərbaycan və Ukraynanın bu quruma daxil olmasının Rusiya üçün vacib məsələlərdən biri olduğunu nümayiş etdirdi. Burada əsas yaddaqalan məsələ Gömrük İttifaqının yaranması istiqamətində konturların müəyyənləşməsi baş verdi.
- Azərbaycan Prezidenti İlham Əliyevin Minskdəki toplantıda çıxışını və Onun mövqeyinin dövlətlər tərəfindən müdafiəsini Azərbaycanın nəyinki MDB-də, ümumiyyətlə, Avropada böyük nüfuza malik olduğunun təsdiqi sayıla bilər?
- Bu gün Azərbaycan MDB məkanında ən güclü ölkədir. MDB Azərbaycanın tam müstəqil siyasət yeritməsi qəbul olunub. Prezident İlham Əliyevin Minskdəki toplantıda çıxışı onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq subyekt olaraq mövqeyi hörmətlə qarşılanır. Bu da Azərbaycan dövlətinin gücündən və qüdrətindən irəli gələn məsələdir. Orada olan atmosfer qeyd etməyə əsas verir ki, Azərbaycanla tələb ritorikasında danışmağın heç bir nəticəsi ola bilməz. Azərbaycan dövləti xarici siyasi strategiyanı xalqının maraqları üzərində qurur. Yəni, xalqın maraqlarına zidd olan hər hansı bir addımın atılması qeyri-mümkündür. Ölkəmiz hər hansı bir dövlətin istəyinə uyğun bu və ya digər addımı atan ölkə deyil. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanın güclü bir dövlət olduğunu sübut edir. Yəni, bu gün Azərbaycan dünya dövlətləri srasında öz hörmətini qazanmış və sözünü demiş bir ölkədir. Təbii ki, bu reallığı da dünya dövlətləri çox gözəl bilir.
GÜLYANƏ