PDF Oxu

Müsahibə

  • 1 429

Aydın Hüseynov: “ATƏT həmsədrləri nəticəli addım atmalıdırlar”

Aydın Hüseynov: “ATƏT həmsədrləri nəticəli addım atmalıdırlar”

YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SƏSTV-yə müsahibəsi:

- Həmsədrlərin Azərbaycana səfəri yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları fəallaşdırıb. Sizcə, bu fəallaşıma hər hansı bir yeniliyə, pozitiv tərəfə istiqamət ala bilərmi?

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin Prezident İlham Əliyevlə görüşləri problemin aradan qaldırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, bu fəallaşma müəyyən pozitivlik tərəfə meyllənə biləcək amil kimi də danışıqlar prosesinə təsir göstərəcək. Söz yox ki, Azərbaycan tərəfinin haqq səsi, xüsusilə, Cənab Prezident İlham Əliyevin bu prosesdə göstərdiyi qətiyyət məhz belə qənaətə gəlməyə əsas yaradır ki, problem ölkəmizin ərazi bötüvlüyünün bərpası ilə öz həllini tapacaq. Təbii ki, burada ATƏT-in Minsk qrupunun da öhdəsində bir çox məqamlar dayanıb və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmsədrlər də öz ədalətli mövqelərini ortaya qoymalıdırlar. Bu, həm də Azərbaycan üçün ona görə çox vacibdir ki, BMT-nin qəbul etdiyi məlum qətnamələr yerinə yetirilməlidir.

- Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla planlaşdırılan görüşü "Madrid prinsipləri"ndə dəyişikliyə səbəb ola bilərmi?

- Madrid prinsiplərinə gəlincə, Azərbaycan tərəfi məlum olduğu kimi problemin birdəfəlik həllinin tərəfdarıdır. Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi Dağlıq Qarabağ probleminin mərhələli şəkildə həll edilməsini bəyan edir. Əlbəttə ki, mərhələli şəkildə problemin həlli bütövlükdə danışıqlar prosesini uzadır və təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri zaman-zaman rəsmi İrəvanın şıltaqlığı ilə qarşı-qarşıya qalırlar. Lakin vacibdir ki, həmsədrlər cılız Ermənistanı ağıla gətirsinlər. Çünki "Madrid prinsipləri"nin reallaşdırılması problemin birdəfəlik həlli üçün optimal variantdır.

- Azərbaycanın ərazi bötüvlüyünün bərpası istiqamətində Cənab İlham Əliyevin göstərdiyi qətiyyət ATƏT-in Minsk qrupunun fəaliyyətində dönüş yarada bilərmi?

- Ümumiyyətlə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həmsədrləri düşünməyə vadar etməlidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulamışdır ki, əgər Ermənistan tərəfi işğalçılıq siyasətindən imtina etməsə Dağlıq Qarabağ probleminin həlli başqa addımlarla - Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həllini tapacaq. Bu gün Azərbaycanın güclü iqtisadi potensialı və ən müasir standartlara cavab verən ordusu var. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu tribunalarında söz sahibinə çevrilib. Ermənistanın mövcud ağır vəziyyəti isə göz qabağındadır. Belə olan halda ATƏT həmsədrləri də nəticəli addım atmalıdırlar.

sia.az

Digər xəbərlər