PDF Oxu

Müsahibə

  • 1 285

Gürcüstanda yeni hakimiyyət dəyişikliyi regiona necə təsir edəcək?

Gürcüstanda yeni hakimiyyət dəyişikliyi regiona necə təsir edəcək?

Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur

-Gürcüstan erməniləri G. Marqvelaşvilinin prezident seçilməsindən istifadə edərək yenidən Abxaziya mövzusunu gündəmə gətirirlər. Sizcə, bu faktorun qabardaraq ermənilər hansı məqsədi güdürlər?

- Abxaziya və Osetiya məsələsi açıq qalan məsələlərdir. Təbii ki, Gürcüstan xalqı, Gürcüstan dövləti bu məsələlərdə çox həssasdırlar. Gürcüstanda yeni hakimiyyət quruldu. Gürcüstan prezidenti və Gürcüstanın baş naziri dəyişdi. Gürcüstanın ərazi bütövlüyü ilə bağlı açıq qalan məsələlərə yeni formalaşan hakimiyyətin münasibətinin necə olacağını zaman göstərəcək. Gürcüstanın yeni prezidenti G.Marqevlaşvili hələ ki, beynəlxalq siyasətlə bağlı sadəcə konturlarını verib. Gələcəkdə münaqişənin həlli ilə bağlı hansı addımların atılması ilə bağlı hələ ki, heç bir açıqlama verməyib. Təbii ki, Osetiya və Abxaziya məsələsinin həllinə dair hər hansı bir addımların atılması Gürcüstan hakimiyyətinin öz marağındadır. Nəzərə alsaq ki, bu münaqişənin həllinin açarı Rusiyanın əlindədir və Rusiyanın maraqlarına xidmət edir, Güman etmək olar ki, Gürcüstan hələlik Rusiya ilə heç bir danışıqlara getməyəcək. Çünki Gürcüstanın yeni hakimiyyəti hələ oturuşmamış hakimiyyətdir. Buna görə də, düşünürəm ki, regionda ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq.

-M.Saakaşvili Gürcüstanda demokratiyanı tənzimləyə bildi. Sizcə, G.Marqvelaşvili bu siyasi kursu davam edə biləcəkmi, yoxsa...

-Hesab edirəm ki, Gürcüstanda hakimiyyətə gəlmiş yeni qüvvələr bütün vasitələrlə özlərini təsdiq etməyə çalışacaqlar. M.Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda müsbət tendensiyalarla yanaşı neqativ hallar da mövcud idi. Yəqin ki, xatirinizdədir. Gürcüstanda parlament seçkilərindən sonra, hətta bir çox nazirlər ölkəni tərk edib getmişdilər. Bu ondan xəbər verirdi ki, onların fəaliyyətində mənfi cəhətlər var idi. Ümumilikdə Gürcüstanda müəyyən islahatlar da həyata keçirildi.

-Böyük İpək Yolunun demək olar ki, modernləşmiş forması olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının tezliklə ərsəyə gətirilməsinə görə Azərbaycan dövləti başda Cənab Prezident İlham Əliyev olmaqla, böyük səy göstərir. Lakin ötən ay İvanişvili Azərbaycanın bu işdə olduqca tələsdiyini bildirmişdi. Buna münasibətinizi bildirərdiniz?

-Düzdür, əgər B.İvanişvilinin o bəyanatını əgər xatırlayırsınızsa, daha sonra təkzib etmişdi və verdiyi bəyanata görə üzr istəmişdi. Eyni zamanda, Cənab Prezident İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrasında böyük və əvəzsiz rolunu bildirmişdi. Hesab edirəm ki, bu layihə tezliklə həyata keçəcək və Azərbaycan iqtisadiyyatına öz uğulu töhfəsini verəcək.

Ülkər Musazadə

Digər xəbərlər