Millət vəkili Yevda Abramovun SİA-ya müsahibəsi:
- Yevda müəllim, Milli Şuranın dağılmasının başlıca səbəbləri nə idi?
- Əvvəla, hər hansı bir qurumun açıq-aydın məqsədi, məramı, ideoloji konsepsiyası olmalıdır. Ən əsası, qurum sağlam düşüncəli şəxslərdən təşkil olunmalı, milli maraqlara xidmət etməli və məqsədini bütün xalqın qarşısında ortaya qoymalıdır. Baxın, Milli Şura bu elementlərin hansına sahibdir? Heç birinə. Bu qurum müxalifətin növbəti ad altında yaratdığı, populizmə, anti-milli maraqlara xidmət edən bir qurum idi. Nə sosial bazası, nə sağlam ideyaları, nə də demokratik mübarizə metodları var idi. Digər tərəfdən, vaxtilə Azərbaycan xalqını acınaqcaqlı duruma salan, şəxsi ambisiyalarını milli mövqeyimizdən daha üstün tutan şəxslər bu qurumun rəhbərliyində təmsil olunurdular. O şəxslər ki, Azərbaycanı istəməyən xarixi qüvvələrin maraqlarına xidmət edirlər. Milli Şurada təmsil olunan şəxsləri Azərbaycan cəmiyyəti tanımır, qəbul etmir, ona görə də bu qurumda olan müxalifət partiyaları birləşdilər ki, bəlkə az-çox adam yığsınlar. Bu da alınmadı. Nəticədə bir daha aydın oldu ki, müxalifətin ümumilikdə, sosial bazası yoxdur. Sosial baza yoxdursa, hər hansı yüksək iddilarda olmaq, boğazdan yuxarı bəyanatlar vermək əbəsdir. Bir daha deyirəm ki, sosial bazanın olmaması, qeyri-sağlam düşüncəli şəxslərin müxalifətdə olması, onların dövlətçiliyimizə qarşı düşmənçilik mövqeyi, anti-milli qüvvələrlə iş birliyi, şəxsi maraqlara xidmət Milli Şuranın sonunu bəlli etdi və bu qurum dağıldı. Onlar əvvəllər də müxtəlif adlar altında təşkilatlar yaratmışdılar, ancaq məqsəd eyni idi. Buna görə, Milli Şura da özündən əvvəlki qurumların taleyini yaşadı.
- Bəzi müxalif mətbu orqanlar yazırdılar ki, Ukraynadakı hadisələr Azərbaycanda da baş verəcək. Sizcə, bu iddia nə dərəcədə doğrudur?
- Ukraynada baş verən hadisələrlə Azərbaycanı müqayisə etmək gülüncdür. Ukraynadakı şəraitlə Azərbaycandakı vəziyyət arasında yerlə göy qədər fərq var. Azərbaycanda heç kim Ukraynadakı vəziyyəti yarada bilməz. Çünki xalq preizdentinin ətrafında sıx birləşib, dövlətimizin dünyada məşhur olan başçısı var, iqtisadiyyatımız isə kosmik sürətlə inkişaf edir, insanalrımızın maddi rifah halı günbəgün yaxşılaşır. Cəmiyyət tam olaraq indiki iqtidardan razıdır. Azərbaycan sabitlik reytinqində dünyada birinci yerdədir.
Ölkəmizdə xalqla iqtidar arasında məqsəd birliyi var, xalq iqtidarı müdafiə edir. Azərbaycanda qarışıqlıq yarada biləcək qüvvə yoxdur. Müxalifət həmişə belə cəfəng informasiyalar yayıb cəmiyyəti çaşdırmaq istəyir, müxalifət qəzetlərini, onların yazdıqlarını oxumuram, onların yazdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Ukraynada xalqın güzəranı pisdir, dövlətin özündə möhkəm dayaqlar yoxdur. Azərbayca isə, dövlətçilik sütunlarının möhkəmliyi baxımından bir nümunədir, xalq isə öz sözünü deyərək Prezidentinin ətrafında birləşərək gələcəyə, inkişafa doğru irəliləyir.
sia.az