PDF Oxu

Müsahibə

  • 4 326

Elşad Mirbəşiroğlu: "Ermənistana təzyiqlər göstərilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutsun"

Elşad Mirbəşiroğlu: "Ermənistana təzyiqlər göstərilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutsun"

Ermənistan təxribat törədir

Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur

- Elşad müəllim, bu ay Azərbaycan-Ermənistan prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Sizcə, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı irəliləyişlərin əldə olunmasına səbəb ola bilər?

- Təbii ki, Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşlərin ardıcıl xarakter alması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün müsbət töhfələr verə bilər. Çünki Vyana görüşünə kimi uzun bir müddət idi ki, Ermənistan və Azərbaycan prezidentləri arasında görüş keçirilmirdi. Vyana görüşünün özü bu istiqamətdə irəliyə doğru bir addım idi. Hazırkı reallıqlar fonunda qısa bir zamanda Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərindən nələri isə gözləmək mümkündür. Lakin bu görüş ərəfəsi beynəlxalq təşkilatlar tərəfindən Ermənistana təzyiqlər göstərilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutsun.

- Son vaxtlar cəbhə xəttində Ermənistan tərəfindən tez-tez atəşkəs rejiminin pozmasına ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münasibət bildirməməsi təəccüb doğurmur ki?

- Heç vaxt Ermənistandan konstruktiv addımların atılacağını gözləmək mümkün deyil. Çünki Ermənistan rerrorçu və işğalçılıq siyasətini həyata keçirən bir dövlətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan o halda irəliyə doğru addımlar gözləmək olar ki, burada beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkə olan Ermənistana qarşı ciddi təzyiqlər edilsin.

- Soçi Olimpiya Oyunları ərəfəsi Ermənistanın təxribatının genişlənməsi və cəbhədə atəşkəsi tez-tez pozması Rusiyanın hansısa planının nəticəsi ola bilərmi?

- Hesab etmirəm ki, cəbhədə atəşkəsin tez-tez pozulması Soçi Olimpiya Oyunlarının keçirilməsi ilə bağlıdır. Əksinə, Rusiyanın istəyi bu gün regionda tam sakitlik və təhlukəszilik şəraitinin mövcud olmasıdır ki, Soçi Olimpiya Oyunları da təhlükəsiz bir şəraitdə keçirilsin. Cəbhədə atəşkəs rejiminin tez-tez pozulması Ermənistanın özünün təxribatıdır. Demək olar ki, burada Ermənistanın istəyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlar zamanı diqqəti əsas mövzudan kənar, yəni Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda tənzimlənməsi məsələsini arxa plana keçirmək istəyi ilə bağlıdır. Bu da Ermənistanın ikiüzlü siyasətindən irəli gəlir. Bu siyasət artıq dünya birliyi tərəfindən ifşa olunmaqdadır.

GÜLYANƏ

Digər xəbərlər