PDF Oxu

Müsahibə

  • 1 676

Müxalifət partiyaları yenidən parçalanacaq

Müxalifət partiyaları yenidən parçalanacaq

Elşən Musayev: "Dağdıcı müxalifət mövcud Azərbaycan siyasətinin qalıqları və qırıntılarıdır"

"Balaca oğlan uşaqlarına uşaq vaxtı "kişi qırığı" deyərlər e...bax, müxalif liderciklər də təxminən o fason bir şeydir"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, bir necə partiya "Strateji Düşüncə Mərkəzi" deyilən bir qurumun yaradılması ideyası ilə çıxış edir. Sizcə, bu qurumun yaradılması ilə müxalifət nəyə nail olmaq istəyir?

- Dağıdıcı müxalifəti qınamaq olmaz, ən azından indiki məqamda. Çünki bu insanlar nə iləsə məşğul olmalıdır, bekarçılıq yaxşı şey deyil. Elə indicə haqqında danışdığımız, müzakirə etdiyimiz məsələ də inanın ki, həmin bekarçılıqdan doğan təzahürlərdir. İsa Qəmbər, Pənah Hüseyn, Eldar Namazov və digərləri başlarını itiriblər. Hətta görün vəziyyət hansı məqama qədər irəliləyib ki, müxalif başbilənlərdə düşüncənin strategiyasını müəyyənləşdirmək istəyi yaranıb. Ya da belə deyək: bu vaxta qədər ərsəyə gətirdikləri təşkilatları ağ günə çıxarıb qurtardılar, bir qaldı düşüncələri zorlayıb özününküləşdirmək!

Vallah-billah, belə məqamlarda adam bilmir nə desin. Bilmirsən ki, bu yazıq binəvalara aktyor deyil, siyasətçi olduqlarını xatırladasan, yoxsa Allahdan şəfamı diləyəsən? O ki qala, müxalifətin fəaliyyətsizliyinin aradan qalxma perspektivinə...bilin və əmin olun, dağdıcı müxalifət mövcud Azərbaycan siyasətinin qalıqları və qırıntılarıdır. Balaca oğlan uşaqlarına uşaq vaxtı "kişi qırığı" deyərlər e...bax, bizim müxalif liderciklər də təxminən o fason bir şeydir. Sadəcə həmin uşaqlardan tək fərqləri budur ki, onlar ömürləri boyu böyüyüb "yekə kişi" statusuna yiyələnməyəcəklər.

- Sizcə, nəyə görə müxalifətçilər yaratdıqları blokları qoruyub saxlamağa deyil, onu buraxıb yenisini yaratmaqa daha çox maraq göstərirlər?

- Çünki bayaq dediyim kimi, bekarcılıq onları qeyri-ciddi addımlar atmağa sövq edir. Üstəgəl adamlar öz aləmlərində kreativdirlər axı. Baxmayaraq ki, həmin kreativliyin də, bu günə qədər verilən ideyaların da, qurulan təşkilatların başı və bədəni, sağı və solu, əvvəli və axırı bəlli olmayıb. Bu da olsun eyni estafetin davamı. Dəyişən bir şey olacaqmi? Əlbəttə olmayacaq. ...Soruşursunuz ki, "Milli Şura" kimi qurumlar niyə öz fəaliyyətlərini davam etdirmək əvəzinə, digər formata çevrilirlər. Bəs neynəsinlər? Bunlar "Milli Şura"da milli şuralıqmı qoydular? Hamısı bir-birinin ardınca ya qaçıb, ya təhqir olunub, ya da küsüb getdi. Axırda da bu bədnam qurum yoluq cücəni xatırlatdı. Nəhayət, Cəmil Həsənlinin ağsaqqal, Əli Kərimlinin isə yönləndirci olduğu bir təsisatın perspektivi bundan artıq ola bilərdimi? Ola bilməzdi təbii və olmadı da. Sadəcə ortalıqda fırlanan bir neçə kamikadze, uşaq-muşaq yazıq oldu, vəssalam.

- İsa Qəmbərin yaratmaq istədiyi bu blok, yəni "Strateji Düşüncə Mərkəzi" Əli Kərimliyə qarşı xüsusilədə "Milli Şura"ya qarşı yaradılacaq bir blok ola bilərmi?

-İsa Qəmbər özü nədir ki, yaradacağı blok da nə olsun? Əlbəttə ki, xüsusi bir təsir mexanizmini müşahidə etməyəcəyik. Adamın adı üstündə - İsa Qəmbər. Elə sadəcə bu adın səslənişi kifayətdir ki, istənilən söhbətin, mövzunun, ideyanın qeyri-ciddiliyi üçün zəmin yaransın. Üstəgəl nəzərə alsaq ki, radikal müxalifətdə hamı eyni ağlın, təfəkkürün, qabiliyyətin yiyəsidir, o zaman verdiyiniz sualın cavabını da xırdalamağa düşünürəm ki, ehtiyac olmaz. Sadəcə bir məqama toxunmaq istəyirəm: İsa Qəmbər bu yaxınlarda qurultay-filan söhbəti edirdi. Görəsən o məsələ niyə dondu və arxa plana keçdi? Niyə bir adam başqana bu sualı verib, Müsavatdakı diktaturanın səbəbini aydınlaşdırmağa çalışmır.

GÜLYANƏ

Digər xəbərlər