Müsahibə

  • 6 403

Yaşadığımız indiki tarixi günlərdə vətəndaşlarımız koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün bütün qaydalara ciddi şəkildə əməl etməlidir

image

Milli Məclisin deputatı Müşfiq Məmmədli

- Müşfiq müəllim, məlum olduğu kimi növbəti dəfə cəbhədə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfi yenə də bu razılaşması kobud şəkildə pozdu. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, işğalçı Ermənistan yenə də öz təcavüzkar xislətinə uyğun olaraq növbəti dəfə razılaşdıırlmış humanitar atəşkəsə əməl etmədi. Erməni hərbi birləşmələri 26 oktyabr tarixində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini, eləcə də Tərtər, Ağdam, daşkəsən və digər bir sıra ərazilərimizi ağır silahlardan atəşə tutur.
Artıq üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə məhəl qoymur və onu açıq şəkildə pozur. Bu fakt növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Bilirsiniz ki, Ermənistanın baş naziri bir neçə gün öncə bildirmişdi ki, münaqişənin diplomatik həlli yoxdur və atəşkəsin pozulması da ermənilərin bu mövqeyinin göstəricisidir. Azərbaycan isə öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Rəsmu qurumlarımızın bəyan etdiyi kimi, atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Ümumiyyətlə, bu gün qəsbkar ermənilərin sonu çatdığından hər cür azğınlığa, insanlığa sığmayan ən dəhşətli və ağlagəlməz cinayətlərə əl atırlar. Döyüş meydanında Azərbaycan Ordusu ilə qarşı-qarşıya döyüşdə acı məğlubiyyətə düçar olan düşmən, bu məğlubiyyətinin əvəzini dinc, köməksiz vəziyyətdə olan dinc əhaliyə insalıqdan çox-çox uzaq olan cinayətlər törətməklə həyata keçirirlər. Bu gün azğın düşmən cəbhə xəttindən uzaqda olan şəhər və yaşayış məntəqlərində dinc əhalini atəşə tutaraq körpə, yeniyetmə, qadın, yaşlı demədən qanlı terror və qırğın törədirlər. Bunun bir adı var. Bu da insanlığa qarşı vəhşilikdir. Çox təəssüf ki, beynəlxalq aləm hər zaman olduğu kimi terrorçu, faşist Ermənistanın bu qanlı cinayətini görməməzlikdən gəlir və susqunluq nümayiş etdirir. Dünya birliyinin bəşəriyyətə, insanlığa qarşı olan bu dəhşətli cinayətlərə susması sadəcə insanlarda qəzəb və nifrət hissi yaradır. Axı, bu dəhşətli cinayətin qurbanları döyüş meydanında hərbçi deyil, bunlar gecə vaxtı evində yatan məsum körpələr, qadınlar, qocalar və xəstələrdir. Digər tərəfdən, terrorçu ermənilərin beynəlxalq humanitar qanunları və Cenevrə konvensiyasını ayaqlar altına atılması deməkdir. Dünya bilriyinin, xüsusən də beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupu həmsdərlərinin insanlığa qarşı dəhşətli cinayətə susqunluğu, haqsız və ədalətsiz mövqe sərgiləməsi Azərbaycan cəmiyyəti və dünyanın sülhsevər insanları, dövlətləri tərəfindən hiddətlə qarşılnamqda və şiddətlə qınanılmaqdadır.
- Sizcə, beynəlxalq ictimaiyyət bu məsələdə nə üçün susqunluq nümayiş etdirir? İşğalçı Ermənistanı cəzalandırmır?
- Dünya birliyi təxirəsalınmadan bu dəhşətli cinayəti həyata keçirən təcavüzkar Ermənistanın siyasi və hərbi rəhbərliyini beynəlxalq məsuliyyətə cəlb etməli və onların layiqli cəzasını verməlidir. Əks təqdirdə, bu əməllərinə görə qəsbkar Ermənistanın siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayətin məsuliyyətini birlikdə bölüşmüş olurlar.
Əgər beynəlxalq aləm terrorçu erməniləri cəzlandırmayacaqsa, o zaman Azərbaycan özü terrorçuları törətdiyi dəhşətli cinayətlərə görə cəzalandıracaq və bu cəza cənab Prezidentin dediyi kimi çox ağır olacaq. Necə ki, bu gün bunu real həyatda tətbiq etməkdədir. 30 il müddətində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə, törətdiyi soyqırımı və digər hərbi cinayətlərinə göz yuman beynəlxalq aləmin əvəzində Azərbaycan özü işğalçını sülhə məcbiretmə məqsədi ilə əks-hücum əməliyyatını başlayaraq torpaqları işğaldan azad edir. Bununla paralel olaraq müzəffər Azərbaycan Ordusu indiyədək törətdikləri cinayətlərin, o cümlədən Gəncədə, həmçinin digər rayon və yaşayış məntəqələrində törətdiyi qırğınların qurbanlarının qisasını döyüş meydanında layiqli cəzasını verməkdədir. Rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu xilaskar əməliyyatı nəticəsində düşmən darmadağın edilərək, geriyə otuzduurlmaqdadır. Qəhrəman Azərbaycan Ordusu həyata keçirdiyi bu əməliyyatlar zamanı beynəlxalq humanitar qanunlara və Cenevrə konvensiyalarının tələblərinə ciddi riayət edərək mülki insanları hədəf seçmir. Bizim əks-hücum əməliyyatımız torpaqlaırmızın ərazi bütövlüyünü təmin edilməsinə və işğalçını sülhə məcburetmə əməliyyatıdır. Bölgədə sülhün bərpa edilməsinə xidmət edən xilaskar hərbi əməliyyatdır. Bu əməliyatlar nəticəsində, eyni zamanda uzun illər boyu terrorçu, cinayətkar erməni hərbi-xunta rejiminin əsarətində olan sadə erməniləri xilas etməyə yönəlib. Nəticə etibarı ilə bu xilaskarlıq missiyası torpaqlarımızın işğaldan azad edilməsinə və həmin torpaqlarda həyatın qaytarılmasına, həmin bölgənin sakinlərinin öz yurd-yuvasına qayıtmasına və sülh şəraitində yaşamasına yönəlib.
- Bu gün ölkəmizdə möhtəşəm birlik və həmrəylik mövcuddur. Bu amili necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan cəmiyyətində tarixdə görünməmiş birlik, həmrəylik, ruh yüksəkliyi müşahidə olunmaqdadır. Bu gün Azərbaycan cəmiyyətində erməni işğalına son vermək üçün hamı siyasi mövqeyindən, baxışından asılı olmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Cəmiyyətdəki ruh yüksəkiyi ordumuzun haqq uğrunda apardığı döyüş əzmini artırır. Odur ki, Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirilən xilaskarlıq əməliyyatı tezliklə qələbə və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək. İşğaldan azad olunacaq torpaqlarda həyat bərpa olunacaq, dağıdılmış məscidlərdə yenidən azan səsi eşidiləcək, bölgədə sülh bərpa olunaraq, normal həyat bərqərar olacaq. Yenidən həmin torpaqlarda quruculuq işləri başlanacaq. Yeni-yeni müasir şəhərlərə və yaşayış məntəqləri salınacaq. Azərbaycan xalqının təkcə torpaqlarımızın işğaldan azad olunması yox, eyni zamanda orada normal həyatın yenidən bərqərar olması və digər bütün arzuları cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində real həyata keçəcək. Bu yolda cənab Ali Baş Komandan başda olmaqla, qəhrəman Azərbaycan Ordusuna Allah yar və yardımçı olsun. Xalqımızı tezliklə qələbə müjdəsi ilə sevindrisin. Əminəm ki, qısa zamanda bu qələbə müjdəsi olacaq.
- Müşfiq müəllim, indiki şəraitdə ciddi narahatlıq doğuran məqam koronavirus infeksiyasının geniş yayılmasıdır. Vətəndaşlar virusun sürətlə yayılmasının qarşısını almaq üçün qaydalara nə dərəcədə əməl edir?
- COVID-19 pandemiyasına yoluxma halları ilə bağlı statistikanın artması çox narahatlıq doğurur. Ona görə də, hər bir vətəndaşımız vəziyyətin ciddiliyini nəzərə almalıdır. Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi üçün uğurlu əks-hücum əməliyyatları apardığı bir vaxtda vətəndaşlarımız daha məsuliyyətli və diqqətli olmalıdır. Çünki indiki vaxtda yoluxma hallarının artması ölkəni çox çətin sınaqlar qarşısında qoya bilər. İndi hər bir azərbaycanlı əsgərlərimizə dəstək olmağa çalışır. Ancaq vətənpərvərlik, həm də vətəndaş məsuliyyəti deməkdir. Biz ərazi bütövlüyümüz uğrunda canlarından keçməyə hazır olan, döyüş bölgəsində əsl fədakarlıq göstərən gənclərimizin sağlamlığını düşünməliyik. Düşünməliyik ki, tendensiya bu cür davam etsə bu, onların mənəvi-psixoloji durumuna necə təsir göstərə bilər? Səhiyyəmiz hansı çətinliklərlə üz-üzə qala bilər?
Bilirsiniz ki, Azərbaycanın bütün müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətinin təmsilçiləri ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmək üçün mütəmadi və sistemli iş aparır. Təəssüf ki, görülən işlərə, edilən xəbərdarlıqlara ictimai münasibət arzuolunan səviyyədə deyil. Əslində, vətəndaşlardan mümkün olmayan nəsə tələb edilmir. Sadəcə, fiziki məsafə, tibbi qoruyucu vasitələrdən istifadə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan bəzi məhdudiyyətlərə riayət etmək lazımdır. Bu, həm bizim Vətən müharibəsində qələbəmiz, həm də koronavirusla mübarizədə uğur qazanmağımız üçün həyati əhəmiyyət daşıyır.
Ona görə də, mən Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi, bir həkim kimi çağırış edirəm ki, bütün vətəndaşlar tarixi günlər yaşadığımız bir vaxtda öz məsuliyyətini dərk edərək koronavirusun geniş yayılmasının qarşısını almaq üçün bütün qaydalara ciddi şəkildə əməl etməlidir. Əks-halda virusun sürətlə yayılması bizə məlum olan ciddi problemlər yaradacaq. Belə olanda isə, hökumət yenidən daha sərt tədbirlər həyata keçirməyə məcbur ola bilər.

yap.org.az

Digər xəbərlər