Müsahibə

  • 6 562

Ağalı kəndinə köç Böyük Qayıdışın ilk addımlarıdır

image

Milli Məclisin deputatı Ceyhun Məmmədov

- Ceyhun müəllim, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin iqtisadi imkanları barədə hansı təsəvvürü yaradır?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdikdən sonra qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işlərinə başladı. Tez bir zamanda 12-dən artıq istiqamətdə yol çəkilişinə, bir neçə istiqamətdə dəmir yollarının inşasına başlanıldı. Yaxın vaxtlarda əksər layihələrin icrası uğurla başa çatacaq.
Qarabağ və Şərqi Zəngəzurda hava limanlarının inşasına başlanıldı. 8 aya Füzuli hava limanı hazır oldu. Zəngilan və Laçın hava limanları üzərində işlər isə davam etdirilir. Bu, bölgədə təhlükəsizliyin təmin olunmasına və turizmin inkişafına ciddi töhfə verəcək. Bölgənin turizm perspektivi olduqca yüksəkdir.
Eyni zamanda, azad olunmuş ərazilərdə yeni komanda birlikləri, hərbi hissələr yaradıldı. Onların açılışında Prezident İlham Əliyev iştirak etdi.
Şəhər və kəndlərin baş planları üzərində işlər yekunlaşdırıldı. Prezident İlham Əliyev bir çox infrastruktur layihələrinin təməlin qoydu. Bütün bu işləri Azərbaycan öz gücünə edir.
Bütün bunlar Azərbaycanın geniş iqtisadi imkanlara malik, Qarabağı və Şərqi Zəngəzuru tez bir zamanda bərpa etmək iqtidarında olduğunu bir daha göstərir. Bütün bu işləri öz gücünə etmək dövlətin qüdrətinin göstəricisidir.
-Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. Bu mühüm hadisə hansı məqamları və çağırışları ifadə edir?
- Zəngilanın Ağalı kəndinə köç Böyük Qayıdışın ilk addımlarıdır. Azərbaycan xalqı heç zaman inamını itirmədi, 30 ilə yaxın müddət ərzində bu günü səbirsizliklə gözlədi. Nəhayət, arzusuna yetişdi. Bu hissləri yaşamaq, bu tarixi hadisənin şahidi olmaq, insanların üzündəki bu sevinci görmək ayrıca xoşbəxtlikdir.
Cəmi bir ildən artıq müddətdə ilk “ağıllı kənd” layihəsi uğurla icra olundu. Bütün bu layihələrdə hər bir incə məqam, əhalinin yaşayışı, işlə təmin olunması həssaslıqla nəzərə alınıb.
Bu reallıq onu göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə quran və yaradan xalqdır. Zəngilanın ağıllı Ağalı kəndinin qısa vaxtda inşası bu fikri bir daha təsdiq edir.
Azərbaycan xalqı bu torpaqlarda əzəli qalacaq, ermənilərin istənilən təxribat cəhdinin qarşısını çox ciddi şəkildə alacaq. Bu həm də onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tezliklə Qarabağı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək.
Bir daha sübuta yetirilir ki, Prezident İlham Əliyev nəyi, nə zaman və necə etməyi çox yaxşı bilir. Zaman bunu bir daha təsdiq etdi.
- Ceyhun müəllim, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrin sosial-iqtisadi inkişafı dövlət başçısı İlham Əliyevin diqqətindədir. Digər tərəfdən, Azərbaycan Prezidenti növbəti dəfə uğurlarımıza əsaslanaraq yeni hədəfləri açıqladı, məmurlara daha bir xəbərdarlıq etdi…
- Hər bir dövlət məmuru anlamalıdır ki, vəzifə yüksək etimad və məsuliyyət deməkdir. Hər bir dövlət məmuru öz vəzifəsinə yüksək məsuliyyətlə və diqqətlə yanaşmalıdır. Xalqın yanında olmalı, problemləri ilə maraqlanmalı, şəhid ailələrinə xüsusi diqqət və həssaslıqla yanaşmalı, rüşvətxorluğa qarşı amansız mübarizə aparmalı, kadr seçiminə çox diqqətlə yanaşmalıdır. Bütün bunlara əməl edənlər xalq və Prezident qarşısında yüksək etimad və hörmət qazanacaqlar.
Tövsiyə və tapşırıqlara tam əməl etməyənlər, əyri yola düşənlər, rüşvətə qurşananlar isə ən sərt şəkildə cəzalandırılacaqlar. Əvvəlki dövrdə bir sıra icra başçılarının həbs olunması bu fikri bir daha təsdiq edir. Həmin hadisələrdən hər kəs nəticə çıxarmalıdır.
Prezident İlham Əliyevin qeyd etdiyi, kimi ölkəmizdə ciddi kadr islahatları həyata keçirilir, təmizləmə işləri aparılır. Bütün məmurlar bu prosesə töhfə verməyə çalışmalıdırlar. Güclü və müstəqil Azərbaycan naminə hər kəs səfərbər olmalıdır. Zaman, dünyada baş verən hadisələr bizdən bunu tələb edir.

yap.org.az

Digər xəbərlər