Müsahibə

  • 10 623

Erməni xisləti terrordan, yaramazlıqdan yoğrulub MÜSAHİBƏ

image

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin “Səs” qəzetinə müsahibəsi

- Elşən müəllim, ABŞ-ın nümayəndələr palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və orada qondarma “erməni soyqırımı”nı ziyarət etməsi, Azərbaycan əleyhinə şər və böhtanlar səsləndirməsi və Ermənistana dəstək verəcəyini bildirməsi, necə hesab edirsiniz, ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablana bilərmi?
- Düşünürəm ki, Nensi Pelosinin Ermənistana səfəri olduqca ziyanlı və Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirən bir addım idi. Ona görə də, cəmiyyət tərəfindən, siyasətçilər tərəfindən məlum səfər ciddi şəkildə qınandı. Olmamalı idi belə şey. Ən azından ona görə ki, hər zaman işğala, təxribata meyilli tərəf məhz Ermənistan olub. Bunu hamı bilir. Üstəlik, zaman-zaman, 30 il müddətində 1 dəfə də olsun erməni vəhşiliyi haqda danışmayan, Xocalı faciəsi haqda bəhs etməyən, BMT-nin Qətnamələrini görməzdən keçən Nensi indi gedib Ermənistanda ağlayırsa, burada səmimiyyət, təbiilik ola bilməz. Nensi orada nə düşünürdü, niyə ağlayırdı, güman ki, heç özü də bilmir. Hər halda ağlamalı olduğu yerdə ağlamırdı. Çünki bir insan təcavüzkar üçün, terrorçu üçün ağlamaz. İnsan daşa-divara, mənasız və saxta memorial abidəyə baxıb ağlamaz. Erməni xisləti terrordan, yaramazlıqdan yoğrulub. Erməni hər zaman təxribatçı olub. Erməni hər zaman yalan danışıb. ABŞ və onun rəsmi nümayəndələri bu barədə ciddi düşünməlidir. Əsas da Azərbaycanla münasibətləri nəzərdən keçirdikləri zaman.
- Azərbaycanın 30 il torpaqlarının işğal altında qaldığı bir dövrdə bir dəfə də olsun Azərbaycana səfər etməyən Nensi Pelosinin Ermənistana səfər etməsi və orada təxribatçı açıqlamalarla çıxış etməsi nədən irəli gəlir?
- Həqiqətən də, Nensi 30 il müddətində bir dəfə də olsun Qarabağ mövzusu ilə bağlı tutarlı, dolğun, obyektiv açıqlama verməyib. Və hətta deyim ki, nəinki obyektiv, ümumiyyətlə, heç bir açıqlama verməyib. Hərgah, həmin 30 il müddətində erməninin eləmədiyi yaramazlıq qalmadı, hər cür fitnə-fəsad törətdi, torpaqlarımızı işğal altında saxladı, BMT-nin qətnamələrini icra etməkdən boyun qaçırdı, Beynəlxalq Təşkilatlarda saxta təbliğat qurdu, lobbinin əli ilə yalançı məlumatlar yaydı. Nensi bunlar haqda məlumatlı deyildimi? Əlbəttə ki, məlumatlı idi. Həm Nensi, həm də təmsil elədiyi dövlət. Amma səslərini belə çıxarmadılar. Çıxardılarsa da protokol xətrinə. Amma indi gedib mənasız yerlərdə mənasız göz yaşları tökürlər. Heç camaat doğmasının yasında elə ağlamır ki, Nensi Ermənistanda ağlayırdı. Təbii, belə hərəkətlər, belə saxta icraatlar kənardan ikrah doğurur. Anındaca hiss edilir ki, Nensi həqiqətən də səmimi deyil. Sadəcə, rol oynayır.
- ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Necə hesab edirsiniz, bu zəng Nensi Pelosinin Ermənistandakı Azərbaycan əleyhinə təxribatçı açıqlamalarına bir üzrxahlıq kimi qiymətləndirmək olar?
- Mən o telefon zənginin tam təfərrüatları haqda məlumatlı olmadığım üçün konkret nəsə deyə bilmərəm. Tək bildiyim odur ki, ABŞ-ın siyasi elitasında ağıllı və məntiqli düşünən insanlar əsla və əsla Nensinin hərəkətini təqdir etməzlər, edə bilməzlər. Çünki biz hər zaman ABŞ-la normal münasibət saxlamışıq, bu münasibətlər hər zaman qarşılıqlı hörmət və ehtiram əsasında qurulub. İndi isə Nensi belə bir addım atır və necə deyərlər aləmi qarışdırır. Bir daha qeyd edirəm: Olmamalıdır belə şey. Ermənistanın saxta ittihamlarına və uydurmalarına görə illərdir Azərbaycanla ABŞ arasında qurulan münasibətlərə kölgə salmaq olmaz.
- ABŞ-ın təşəbbüsü ilə yaxın vaxtlarda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüşdən gözləntilər nə ola bilər?
- Azərbaycanın Xarici İşlər Naziri, çox hörmətli Ceyhun Bayramov ölkəmizi ən gözəl formada təmsil edir. Düşünürəm ki, həssas məsələlərə orada mütləq toxunulacaq və Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Amma tam təfərrüatlar, heç şübhəsiz, görüş bitəndən sonra məlum olacaq.

Müəllif: Gülyana

Digər xəbərlər