PDF Oxu

Əsas

  • 1 015

Bakıda IV İqlim Həftəsi başladı

image

Sentyabrın 7-də, bazar ertəsi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi fəaliyyətə başladı. Tədbir Antalyada keçiriləcək COP31 qlobal iqlim forumu ərəfəsində təşkil olunan böyük beynəlxalq platformalardan biridir.

Eyni zamanda Azərbaycanın paytaxtında Bakı İqlim Fəaliyyəti Həftəsi – BCAW 2026 da keçiriləcək.

Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etdikdən sonra iqlim dəyişiklikləri ilə mübarizə və qlobal iqlim proseslərinin idarə olunması sahəsində fəal beynəlxalq oyunçulardan birinə çevrilib. Bakı yenidən iqlim problemləri ilə bağlı daha əvvəl qəbul edilmiş mühüm qərarların icrası, eləcə də dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə ediləcəyi beynəlxalq platformaya çevrilir.

Bakıda keçirilən Dördüncü İqlim Həftəsində xarici ölkələrin müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq iqlim təşkilatlarının və maliyyə institutlarının əməkdaşları, ekoloq ekspertlər, eləcə də biznes nümayəndələri iştirak edəcəklər.

Dördüncü İqlim Həftəsinin əsas məqsədi COP31 ərəfəsində ətraf mühitin qorunması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini daha da fəallaşdırmaq, iqlim dəyişiklikləri ilə mübarizədə dövlətlərarası əməkdaşlığı gücləndirməkdir.

Lalə Mehralı

Digər xəbərlər