MİA

  • 7 539

Lev Leşşenko ümummilli lider Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşdü - MÜSAHİBƏ

image

Heydər Əliyevin dostu olmaq şərəfinə nail olduğunu deyən RSFSR xalq artisti, dünya şöhrətli müğənni Lev Leşşenko “Moskva-Baku” portalına müsahibəsində ümummilli liderlə bağlı xatirələrini bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Lev Valeryanoviç, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində sizdən xahiş etmək istərdik ki, onun haqqında bizə məlumat verəsiniz, onu necə xatırlayırsınız.

- Mən çox şadam ki, bu gün bu böyük insanı, nəhəng Avrasiyanın bir ölkəsinin (Azərbaycanın- red.) prezidenti Heydər Əliyevi xatırlaya bilirəm. Deməliyəm ki, o, heyrətamiz insan idi, çox ehtiraslı idi. İnsanlarla asanlıqla ünsiyyət qurur, çox demokratik və sadiq idi. O, hamımızla “sən”lə danışırdı və adımızla çağırdı: Müslüm, Leva, İosif, Volodya. Və təbii ki, bizim onunla tez-tez görüşmək imkanımız olub, çünki bütün o illər ərzində, xüsusən də, Sovet İttifaqının dağılmasından əvvəl biz Bakıda kifayət qədər çox olmuşuq, istər konsertlərlə, istərsə də bəzi festivallarda, əlbəttə ki, burada o, həmişə yanımızda idi. Puşkinin abidəsini açdıq, Sovet İttifaqı xalqlarının festivalını da keçirdik, özü də həmişə orada olurdu, özü də danışırdı, açılışı da özü edirdi. Və ünsiyyətdə o, təəccüblü dərəcədə incə, səmimi, xeyirxah bir insan idi. Ümumiyyətlə, əsl ehtiraslı bir şəxsiyyət. Və onun adı ilə bağlı olan hər şey təbii ki, bu heyrətamiz respublika ilə (Azərbaycanla– red.) ilə bağlıdır. Ölümündən sonra ölkəni çox yaxşı vəziyyətdə qoyub getdi. Və onun varisi olan oğlu indi yaxşı, sağlam yaşayır və Azərbaycan çox parlaq, qüdrətli əsaslarla inkişaf edir.

- Heydər Əliyev haqqında video xatirələr lentə alan Vladimir Vinokur arxiv fotolarını, o cümlədən Heydər Əliyevin, sizin və Vladimir Vinokurun özünün fotolarını bizimlə bölüşdü. Bu fotonun arxasındakı hekayəni, harada çəkildiyinizi və hadisəni bizimlə bölüşə bilərsinizmi?

- Bu fotoşəkil, yadımdadır, məncə, Puşkinin abidəsinin açılışında çəkilmişdi. Təəssüf ki, neçənci il olduğunu xatırlamıram, amma hər halda açılışa gəldik, dayandıq və Heydər Əliyeviç Puşkinin şeirindən daha çox misralar deyərək hamını təəccübləndirdi. Bundan sonra Respublika Sarayında ziyafət oldu, orada bir masa arxasında əyləşdik. Həmişə sənət adamlarını öz yanında oturdurdu (gülür). O, sənət adamlarına, xüsusən də müxtəlif respublika və ölkələrdən gələnlərə həmişə hörmətlə yanaşardı. Belə bir təəssürat yarandı ki, bu insan sadəcə yaxın, əziz, sevimli idi.

Yeri gəlmişkən, Azərbaycan xalqı onu çox sevirdi. Elə rəhbərlər var ki, onların həyatında, deyək ki, həm pərəstişkarları, həm də bədxahları var. Əliyevə gəlincə, o, xalqın əsl sevimlisi idi və istisnasız olaraq hamı onu sevirdi. Yəqin ki, bədxahlar yox idi, bəlkə də müxalifət düşərgəsindən kimsə var idi. Söhbət etdik, gördük ki, sadə insanlar onunla necə davranır, ziyalılar onunla necə davranır, ümumiyyətlə, o, hər hansı bir insanla dil tapır. Bu, Allahın bəxş etdiyi ünsiyyət hədiyyəsidir. Və bu gün, onun 100 illik yubileyini qeyd edərkən, mən sadəcə olaraq, yaddaşımızda Azərbaycanın ən parlaq liderlərindən biri, həmçinin Sovet İttifaqının liderlərindən biri kimi qalmış bu böyük insanı xatırlamaq istəyirəm. Bu insanı xatırlayanda onun ruhu hələ də yaşayır. Təbii ki, biz onu təkcə Azərbaycanın deyil, həm də keçmiş dövlətimizin, vətənimizin- Sovetlər İttifaqının tarixində çox parlaq və unudulmaz iz qoymuş heyrətamiz şəxsiyyət kimi xatırlayırıq.

- Lev Valeryanoviç, Heydər Əliyevlə ilk görüşünüzü xatırlayırsınız?

- Mənə elə gəlir ki, biz Azərbaycanda rus incəsənəti festivalına gələndə idi. Məncə, yenidənqurma dövründə idi. Və çox parlaq bir şənlik tədbirləri oldu və Respublika Sarayında konsertlə başa çatdı. Konsertdən sonra olan qəbulda masa arxasında əyləşdik. Onların oturduğunu yaxşı xatırlayıram: Boris Sergeyeviç Burunov, mən, Volodya Vinokur, İosif Kobzon. Müslim, məncə, o anda orada deyildi. Mən də onun marağından çox təsirləndim, bilirsiniz, hansısa qəbul olanda insanlar artistləri dinləməkdən, onların çıxışlarına baxmaqdan daha çox danışırlar.

Yadımdadır ki, biz oturmuşduq və rəqs başlayanda hamı ayağa qalxdı. Qız gözəl rəqs etdi və hamı dərhal ayağa qalxdı. Bizə baxdı, başını tərpətdi və soruşdu: “xoşunuza gəlirmi?” Biz təbii ki, başımızı tərpətdik. Ondan bizə yaxınlaşmağı xahiş etdi. O yaxınlaşdı və hamı çox gülümsədi. Çox şirin idi.

- Keçən dəfə portalımıza demişdiniz ki, Heydər Əliyevin bütün ailəsi ilə tanışsınız. Xüsusilə, onun oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyevlə münasibətiniz necədir?

- Təbii ki, İlham Heydəroviçlə, hətta belə desək, mənim iştirak etdiyim toydan sonra belə şəxsi çevrədə danışdıq. Atasının qoyduğu hər şeyi, təbii ki, yaxşı mənada miras kimi qoruyub. Azərbaycana gəlmək, sevinmək, Bakının necə çiçəklənməsinə, ölkənin necə çiçəklənməsinə baxmaq çox xoşdur. Xalqın hansı əhval-ruhiyyəsi var, bunu adi gözlə görmək olar. Bundan sonra bir neçə dəfə “Jara” festifalında (Bakıda musiqi festivalı- red.) olmuşam və təbii ki, bu, həmişə gözəl bayram olub. Bakıda çoxlu dostlarımız var, çox mehriban insanlardır. Biz onları həmişə sevinclə xatırlayırıq və imkan daxilində Bakıya və Azərbaycana gəlirik.

- Qeyd etdiniz ki, Puşkinin abidəsinin açılışında o, şairin şeirlərini əzbər söyləyib. Onun emosional olaraq özünü necə göstərdiyinə diqqət yetirdinizmi, bəlkə onun bəzi vərdişlərini xatırlayırsınız?

- Prinsipcə, emosiyalar baxımından kifayət qədər parlaq idi, amma bu, onun daxili vəziyyəti idi. O, narahat idi, bunu hiss edirsən. Lakin o, təmkinli və təəccüblü dərəcədə haqlı idi. Və ümumiyyətlə, onda izlədiklərim, bilirsiniz, əsl dövlət xadiminin böyüklüyü olub. O, çox düzgün, nəzakətli, güvənən, sevimli idi. Yaxşı mənada şərq adamının belə tipik nümayəndəsi.

- Dediniz ki, Heydər Əliyev Maqomayevi çox sevirdi. Müslümün özü onun haqqında necə danışırdı? Bəlkə o, sizinlə Heydər Əliyevlə bağlı bir neçə əhvalat paylaşıb?

-Heydər Əliyeviç, təbii ki, Maqomayevi çox sevirdi və fəxr edirdi ki, o dövrdə İttifaqda Azərbaycan xalqının belə parlaq nümayəndəsi var idi. Onun sənətini bilirdi və sevirdi. Müslümdən həmişə oxumağı xahiş edirdi. Müslüm isə ona dərin hörmətlə, böyük ehtiramla yanaşır və həmişə Heydər Əliyev haqqında yalnız əla tonlarla danışırdı. Müslüm Maqomayev və Tamara Sinyavskaya, əlbəttə ki, onun favoritləri idi. Onu tez-tez ziyarət edirdilər. Onları məmnuniyyətlə qəbul edib, ömrünün sonuna kimi onlarla ünsiyyətdə olub. Və ümumiyyətlə, onun xatirəsi yalnız parlaq sevinc hissləri və təbəssüm yaradır.

Tərcümə - Elçin Bayramlı

Videomüsahibəyə buradan baxa bilərsiniz

https://www.youtube.com/watch?v=egfse_2y6ZE&feature=youtu.be

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər