MİA

  • 4 668

İşxan Verdyan: “İrəvanda yeni konstitusiya üzərində gizli iş aparılır” - MÜSAHİBƏ

image

Erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.Az-a müsahibəsində Ermənistanda Azərbaycanla sülh razılaşmasına hazırlaşmaq üçün hansı işlər aparıldığından danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

— İrəvanda regionda sülhə nail olmaq üçün həyati əhəmiyyət kəsb edən ölkə konstitusiyasına dəyişiklik etmək əvəzinə, nədənsə məktəb təhsilində islahatlar aparmaq qərarına gəliblər. Niyə Ermənistanda öz tarixlərini yenidən yazırlar?

— Aydın olmayan bir şey deyəcəyəm, amma Ermənistanda konstitusiya dəyişikliklərinə hazırlıq tam sürətlə gedir. Mən bilavasitə gələcək konstitusiyanın mətni üzərində işləyən komandanın tərkibində olan, o mənada qanunların özlərində deyil, onların ədəbi formalaşdırılması üzərində işləyən şəxslə dolayısı ilə tanış olduğum üçün yaxşı məlumatlıyam. Onun verdiyi təminatlardan, ümumiyyətlə, onun iş yükündən çıxış edərək belə qənaətə gəlirəm ki, yeni Əsas Qanun üzərində işlər artıq sürətlə gedir.

Problem ondadır ki, bu proses reklam olunmur. Bu gün Ermənistanda revanşist müxalifət resurslarla zəngin olmaqda davam edir və ölkənin əsas mediası hələ də onların nəzarətindədir. Bu media artıq məsələyə münasibət bildirib və münasibət belədir: Nikol Paşinyan konstitusiyaya əl alsa, İlham Əliyevin iradəsini həyata keçirəcək. Mən bunun absurd olduğunu bilirəm, amma insanlar bu absurdluğa həvəslə inanırlar.

Təəssüf ki, analitik təfəkkür qabiliyyəti Ermənistan Respublikası icmasının kollektiv şüurunda tamamilə yoxdur, ona görə də insanlar kütləvi informasiya vasitələrindən gələn bu məlumatı həqiqət kimi qəbul edir və onlar da öz növbəsində öz gündəmlərini təbliğ edirlər. Ona görə də Ermənistanda bu total savadsızlığı aradan qaldırmaq üçün təhsil sistemində dəyişikliklər edilir. Ermənistanda tarixin yenidən yazılması ilə bağlı bəyanat mübahisəlidir, amma konstitusiyaya gəlincə, o, sakitcə dəyişir. Bunlar Ermənistanın indiki reallıqlarıdır: hakimiyyət bir dəstə qeyri-adekvat quldurdan qorxur və öz planları barədə açıq danışa bilmir. Azərbaycan “Artsax” infeksiyasını təmizlədi, lakin bu Ermənistandan daha da yoluxdu və bu çürükdən qurtulmaq üçün vaxt lazımdır.

— Əgər Ermənistanda, qeyd etdiyiniz kimi, konstitusiyaya yenidən baxılması məsələsini qaldırıblarsa, bu, artıq ümidvericidir. Belə olan halda, sizin hesablamalarınıza görə, Bakı ilə İrəvan arasında hansı müddət ərzində sülh müqaviləsi imzalana bilər?

— Şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra mümkün olacaq. Amma burada başqa bir şeyə diqqət yetirmək lazımdır: ölkələr sülh müqaviləsi imzalamadan da birgə yaşaya və diplomatik münasibətlər qura bilərlər- Rusiya və Yaponiya bunu mükəmməl nümayiş etdirir. Yəni, Ermənistanda konstitusiya dəyişdirilənə qədər ölkələrin oturub 2 il gözləməsi deyil, hansısa qarşılıqlı məqbul məntiqlə hərəkət edib münasibətləri inkişaf etdirməsi ehtimalı var ki, bu da sülh müqaviləsinin imzalanması ilə yekunlaşacaq. Ermənistan öz daxili qanunvericiliyini qaydasına salır.

— Erməni politologiya ictimaiyyətində belə bir fikir var ki, ölkə inamla növbəti postsovet anti-Rusiyasına çevrilir və bu, sonda Ermənistanın özünə baha başa gələ bilər. Bu barədə nə düşünürsünüz?

— Bu yaxınlarda mənim də iştirak etdiyim məşhur erməni jurnalistin yazısının altındakı şərhlərdə bu mövzu ilə bağlı kiçik bir müzakirə oldu və Azərbaycanın politologiya ictimaiyyətinin bəzi hörmətli üzvləri tərəfindən baxıldı. Nəticə etibarı ilə belə qənaətə gəldik ki, Ermənistanda sadəcə olaraq belə bir politologiya icması yoxdur. Bu, politologiya ictimaiyyəti deyil, bir dəstə rəzil lobbiçidir və onların fikirlərinin baş nazir Paşinyanın elan etdiyi kursla- Ermənistanın rayonlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Ona görə də onların Ermənistanın hara getməli olduğu ilə bağlı fikirlərini şərh etməyi vaxt itkisi hesab edirəm. Onlar öz gündəmlərini həyata keçirirlər və bəli, heç biri nəinki Azərbaycandan olan ekspertlə, hətta sadə vətəndaşlarla belə debat apara bilmir.

— Sizcə, İrəvanla Vaşinqton arasında strateji əməkdaşlığın gücləndirilməsi Ermənistanın yaxın gələcəkdə KTMT-dən çıxması ehtimalını sürətləndirəcəkmi?

- Düşünürəm ki, baş nazir Paşinyan vəziyyəti o həddə çatdırıb ki, KTMT-dən çıxmaq artıq sırf texniki məsələyə çevrilib. Ermənistan KTMT-də işləməkdən imtina edib, təşkilatın fəaliyyətində və onun maliyyələşdirilməsində iştirak etmir. Üstəlik, nədənsə əminəm ki, Rusiya KTMT-dən rəsmən hərbi yardım tələb edəndə belə Ermənistan heç bir reaksiya verməyəcək, ona görə də hesab edirəm ki, KTMT-dən çıxıb-çıxmamaq Ermənistan rəhbərliyinin siyasi məqsədəuyğunluğu məsələsidir. Amma ümumilikdə götürdükdə Ermənistan üçün KTMT faktiki olaraq mövcud deyil, necə ki, ATƏT-in Minsk Qrupu əslində Azərbaycan üçün mövcud deyil.

— ABŞ-ın Ermənistandakı hərbi mövcudluğunun genişləndirilməsi ümumilikdə İrəvana nə vəd edir?

- Yəqin ki, siz mənə dünyada Amerika ordusunun olduğu bir ölkəni göstərə bilməyəcəksiniz ki, bu, o dövlət üçün yaxşı bir şeyə gətirib çıxarsın. Amerika okeanın o tayındadır və o, Ermənistan üçün ABŞ-ın nöqteyi-nəzərindən geosiyasi əhəmiyyətinə görə ondan fərqlənməyən və hətta əksinə– ABŞ-a açıq-aydın ermənilərin ağlayan gözlərindən daha çox şey təklif edə biləcək ölkələrə qarşı müharibəyə getməyəcək. Daim kənar köməyə ehtiyacı olan köməksiz qurban kompleksi hökumətdən təcili həllini tələb edən başqa bir ictimai miqyaslı problemdir.

— Ermənistanda hələ də davam edən revanşist istəklər fonunda bu payızda müxalifətin yeni etiraz dalğası başlaya bilərmi?

— Daşnak müxalifətindən həmişə etiraz hərəkatları gözlənilə bilər və gözlənilməlidir, çünki əks halda onların liderləri qaçılmaz həbsxana, ideologiyası isə epik çöküşlə üzləşəcək. Onlar üçün bu, siyasi mübarizə deyil, həyat və azadlıq uğrunda mübarizədir və bu döyüşdə bütün vasitələr yaxşıdır. Ona görə də, mənim təvazökar fikrimcə, Robert Köçəryan və həmkarları dəmir barmaqlıqlar arxasında olana qədər ölkədə etiraz aksiyaları planlaşdırıldığı kimi, çimərlik mövsümü və digər bayramlarda təbii ki, fasilələrlə baş tutacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər