Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1231978.html
VI YAZI Kainatın alimləri heyrətə salan qusursuz yaradılışı
Yazımızın əvvəlki hisəsində kainatın “Böyük Partlayış”dan sonra necə və hansı müddətə formalaşdığı haqda elmi və dini biliklərin uyğunluğunu izah etdik. Bu hissədə isə, sonrakı mərhlədən danışacağıq- kainatın genişlənməsindən və sonra baş verəcəklərdən.
Kainatın genişlənməsi haqda elmi faktın əldə ediməsindən 14 əsr qabaq müqəddəs kitabda bu, qeyd olunmuşdur. “Biz kainatı qüdrətimizlə yaratdıq və onu genişləndirməkdəyik”. (Quran, Zəriyət surəsi, 51/47)
Kainatın genişlənmə sürəti kainatın hazırkı quruluşunun formalaşması üçün son dərəcə kritik bir dəyərə malikdir. Genişlənmə sürəti bir qədər də yavaş olsaydı, günəş sistemləri tam şəkildə təşkil olunmamış bütün kainat öz başına çökərdi. Kainat daha sürətlə genişlənsəydi, maddə kosmosa dağılacaq, bir daha qalaktikalar və ulduzlar əmələ gətirməyəcəkdi. Hər iki vəziyyət həyat demək idi və biz mövcud ola bilməzdik.
Ancaq bunların heç biri baş vermədi və mövcud kainat kainatın genişlənmə sürətinin son dərəcə dəqiq dəyəri sayəsində meydana gəldi. Bəs bu tarazlıq nə qədər incədir?
Avstraliyanın Adelaide Universitetinin məşhur riyazi fizika professoru Paul Davies bu suala cavab vermək üçün uzun-uzadı hesablamalar apardı və təəccüblü bir nəticəyə gəldi. Daviesə görə, “Böyük Partlayış”dan sonra genişlənmə sürəti 0.00000000000000001 hissə belə fərqli olsaydı, kainat yaranmazdı.
Davies bu nəticəni belə şərh edir: “Hesablamalar kainatın genişlənmə sürətinin çox kritik bir nöqtədə olduğunu göstərir. Kainat bir az da yavaş, və ya bir az daha sürətlə genişlənsəydi, kosmik material tamamilə dağılacaqdı. Bu iki fəlakət arasındakı tarazlığın nə dərəcədə dəqiq hesablandığı aydın olur.
Bir sözlə kainatın “partlama” və genişlənmə sürəti inanılmaz dərəcədə dəqiqliklə müəyyən edilmişdir. Buna görə də “Big Bang” hər hansı bir kosmik partlayış deyil, hər cəhətdən çox dəqiq hesablanmış və nizamlanmış bir formalaşmadır”. Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh. 184
Kainatın başlanğıcındakı bu möhtəşəm tarazlıq məşhur “Science” jurnalındakı bir məqalədə belə ifadə edilir: Əgər kainatın sıxlığı bir az da yüksək olsaydı, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kainat atom zərrəcikləri arasındakı cazibə qüvvələrinə görə genişlənə bilməyəcək və yenidən kiçilərək nöqtə halına gələcəkdi. Başlanğıcda sıxlıq bir qədər az olsaydı, kainat inanılmaz sürətlə genişlənərdi, lakin atom hissəcikləri bir-birini çəkə və tuta bilməzdi, ulduzlar və qalaktikalar heç vaxt əmələ gəlməzdi. Hesablamalara görə, kainatımızın ilkin həqiqi sıxlığı ilə onun kritik sıxlığı arasındakı fərq 1 faizin katrilyonda birindən azdır. Üstəlik, kainat genişləndikcə bu tarazlıq daha da incələşir”.
Stiven Hokinq kainatın mənşəyini təsadüflərlə izah etməyə çalışsa da, “Zamanın qısa tarixi” kitabında kainatın genişlənmə sürətindəki bu qeyri-adi tarazlığı belə qəbul edir:
“Kainatın genişlənmə sürəti o qədər kritik bir nöqtədədir ki, əgər bu sürət “Böyük Partlayış”dan sonrakı ilk saniyənin trilyonda bir hissəsi qədər belə kiçik olsaydı, kainat indiki vəziyyətinə çatmadan çökərdi. Stephen Hawking, A Brief History of Time, Bantam Press, London: 1988, s. 121-125
Bəs belə qeyri-adi tarazlıq nəyi göstərir? Əlbəttə ki, belə bir incə tənzimləmə təsadüflə izah edilə bilməz və şüurlu dizaynı sübut edir. Paul Davies əslində materialist yanaşmanı mənimsəyən bir fizik olsa da, bu həqiqəti belə qəbul edir:
“Kainatın çox kiçik ədədi dəyişikliklərə həssas olan hazırkı quruluşunun çox diqqətli bir şüurla yaradıldığını inkar etmək çox çətindir... Təbiətin ən təməl tarazlıqlarındakı incə ədədi tarazlıqlar kosmik dizaynın varlığını qəbul etməyin çox güclü dəlilidir”. Paul Davies. Tanrı və Yeni Fizika. Nyu York: Simon & Schuster, 1983, səh. 189
Göründüyü kimi, elmin ortaya qoyduğu qəti nəticələr, materialist olmasına baxmayaraq, minlərlə digər nüfuzlku alimlər kimi, Paul Daviesin də kainatın şüurlu şəkildə dizayn edildiyini, başqa sözlə yaradıldığını qəbul etməsinə səbəb olmuşdur.
Beləliklə, kainatın təsadüfən yaranması ilə bağlı söhbətə nöqtə qoymaq olar. “Böyük Partlayış” üzrə ən güclü alimlərdən biri, nüvə sintezinin “atası” Fred Hayledən 2 sitatla bu mövzunu bağlayaq.
“Həyatın təsadüfən yarana bilmə ehtimalı ən yaxşı halda gülünc iddia olardı. Yaradılışın dəqiq hesabsız planı və heyrətamiz bir konsepsiyası var, lakin etiraf etməliyəm ki, bu planın və məqsədin nədən ibarət olduğunu mən bilmirəm”.
“Ən sadə bir hüceyrənin belə təsadüfi meydana gəlməsi ehtimalı bir fırtınanın metal zibiliyindən keçərkən ordakı qırıntılardan müasir elektronika ilə təchiz edilmiş bir “Boinq” təyyarəsi meydana gətirməsi ehtimalı ilə eynidir”.
Günəş Sistemi bizim üçünmü yaradıldı?
Yer planeti bildiyimiz kimi Günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta ölçülü bir ulduz olan Günəş ətrafında fırlanan 8 planet və onların 54 peykindən ibarətdir. Yer sistemdə Günəşə ən yaxın 3-cü planetdir.
Gəlin əvvəlcə bu sistemin miqyasını anlamağa çalışaq. Sistemdəki ümumi kütlənin 99 faizini Günəş təşkil edir.Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Sistemin radisusu təxminən 1 milyard kilometr təşkil edir.
Ancaq belə nəhəng ölçülərə malik olan Günəş sistemi, yerləşdiyi Süd Yolu qalaktikası ilə müqayisədə olduqca təvazökardır. Çünki Süd Yolu qalaktikasında 200 milyarddan artıq ulduz var ki, onların da əksəriyyəti Günəşdən böyükdür. Bu ulduzlardan Günəşə ən yaxın olanı “Alfa Sentavr”dır.
Kiçik analoji müqayisə aparaq. Yer kürəsini adi gözlə görmək çətin olan bir toz zərrəsi böyüklüyündə etsək, onda Günəş qoz boyda olacaq və Yerdən 3 metr uzaqlıqda yerləşəcək. Bu miqyasda biz “Alfa Sentavr”I Günəşdən 640 kilometr məsafədə yerləşdirməli olardıq. 120 000 işıq ili diametrində yerləşən Süd Yolu qalaktikasında bir-birindən belə qeyri-adi məsafələrlə ayrılan azı 200 milyard ulduz var. Günəşimiz bu spiral formalı qalaktikanın qollarından birində- mərkəzdən 28 min işıq ili məsafədə yerləşir.
Ulduzlar arası məsafə çox böyükdür. Təsəvvür edə bilmək üçün deyim ki, 300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,26 il lazımdır.
Ancaq maraqlısı odur ki, Süd Yolu qalaktikası kosmosun bilinən hissəsini nəzərə aldıqda çox "kiçik" bir yerdir. Çünki kosmosda başqa qalaktikalar da var və hesablamalara görə, onların sayı təxminən 500 milyarddır.
Göy cisimlərinin kosmosda paylanması və onlar arasındakı böyük boşluqlar Yerdə həyatın mövcud olması üçün vacibdir. Səma cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləmək üçün bir çox universal qüvvələrə uyğun şəkildə təşkil edilmişdir. Bu məsafələr birbaşa planetlərin orbitlərinə və hətta onların mövcudluğuna təsir edir. Əgər bu məsafələr bir qədər az olsaydı, ulduzlar arasındakı cazibə qüvvələri planetlərin orbitlərində sabitliyi pozardı. Bu qeyri-sabitlik planetlərdə həddindən artıq temperatur dəyişikliklərinə səbəb olacaq. Məsafələr bir az da böyük olsaydı, supernovalar tərəfindən kosmosa atılan ağır elementlərin paylanması çox seyrək olardı və Yer kimi dağlıq planetlər əmələ gələ bilməzdi. Hazırda mövcud olan ulduzlar arasındakı boşluqlar bizim kimi planetar sistemin mövcud olması üçün ideal məsafədir.
Məşhur biokimya professoru Maykl Denton “Təbiətin taleyi” kitabında yazır:
“Fövqəlnovalar və əslində bütün ulduzlar arasındakı məsafələr kritik məsələdir. Qalaktikamızda ulduzlar arasındakı orta məsafə 30 milyon mildir. Bu məsafə bir qədər az olsaydı, planetlərin orbitləri qeyri-sabit olardı. Əgər daha böyük olsaydı, bir fövqəlnova tərəfindən dağılan maddə o qədər dağılacaqdı ki, bizimki kimi planet sistemləri çox güman ki, heç vaxt əmələ gəlməyəcəkdi. Kainatın həyat üçün uyğun bir yer olması üçün supernova partlayışları çox xüsusi bir sürətlə baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı məsafə çox xüsusi bir məsafə olmalıdır. Bu məsafə bu anda artıq mövcud olan məsafədir”. Michael Denton, The fate of nature, səh. 11
Beləliklə, kosmik fəzanın təsəvvür edilməyəcək dərəcədə nəhəng ölçüdə, ulduzların və qalaktikaların isə təsəvvür edilməyəcək qədər uzaq məsafədə yerləşməsi heç də təsadüfi deyil.
Professor Corc Qrinşteyn “The Symbiotic Universe” (Simbiotik kainat) kitabında bu inanılmaz böyüklük haqqında yazır:
“Ulduzlar bir-birinə bir az daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, dumanlıqlarda və digər göy cisimlərində baş verən əsas fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaqdan baxsaq, qalaktikamız indiki kimi görünəcəkdi. Yeganə fərq o olardı ki, mən gecə otların üstündə uzanıb ona baxanda səmada daha çox ulduz olardı. Amma bağışlayın, başqa bir fərq də olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım... Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir. George Greenstein, Simbiotik Kainat. Nyu York: William Morrow, 1988, səh. 21
Qrinsteyn bunun səbəbini də açıqlayır; Kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişənlərin insan həyatı üçün mükəmməl şəkildə formalaşmasına imkan verir. Bundan əlavə, Yerin kosmosda üzən nəhəng göy cisimləri ilə toqquşmasına mane olan amil kainatdakı göy cisimləri arasında belə böyük boşluqların olmasıdır. Bir sözlə, səma cisimlərinin kainatda paylanması insan həyatı üçün lazım olan ölçülərdədir. Nəhəng boşluqlar təsadüfi görünmürdü; Onlar məqsədyönlü yaradılışın nəticəsidir.
Bizim dünyamız qalaktikamızdakı nəhəng kosmos boşluğunda bir çimərlikdə qum dənəsi müqayisəsini belə götürmür. Kainat o qədər böyükdür ki, onu insan beyni ilə qavramaq mümkün deyil. Qalaktikamızdakı göy cisimləri arasındakı orta məsafədə çox kiçik bir artım və ya azalma belə həyat üçün uyğun bir planetin mövcud olmayacağı anlamına gələrdi.
Sistem daxilində planetlərin düzülüşü, ölçüləri, orbitləri, hərəkər sürətləri, kimyəvi tərkibləri… elə mükəmməl şəkildə qurulmuşdur ki, bütün bunlar dünyamızda həyatın mövcud olmasını və qorunmasını təmin etsin. Çox faktlar gətirmək olar, lakin cəmi 2-ni qeyd etmək kifayətdir. Yupiter planeti hazırkı mövqeyində elə dəqiqliklə “oturdulmuşdur” ki, qalaktikadan sistemimizə daxil olan asteroidlərin Yerlə toqquşmamasını təmin etsin. O, ya bu kosmik cisimləri özünə çəkir, ya da onun trayektoriyasın dəyişdirib Yerdən yan keçirdir.
Yerin təbii peyki Ay da hazırki mövqeyinə yüksək dəqiqliklə sanki əllə qoyulub. Ayın ölçüsü, orbiti, planet ətrafında fırlanma sürəti elə qurulub ki, Yerdə həyatın əmələ gəlməsində və bir çox təbii proseslərin tənzimlənməsində ciddi rol oynayır.
“Qurani-Kərim”də deyildiyi kimi, “şübhəsiz ki, bunlarda anlaya bilənlər üçün hikmətlər vardır”…
Ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb