Tarixi mənbələr göstərir ki, 1576-cı il mayın 14-də I Təhmasibin vəfatından sonra, hərbi feodallar arasında çəkişmələr yenidən başlandı. Şahın oğulları-Məhəmməd, İsmayıl və Heydər arasında taxt üstündə mübarizə qızışdı. İsmayıl (Şah II İsmayıl, 1576-1577) qalib gəldi. Lakin saray çevrilişi nəticəsində II İsmayıl öldürüldü. (24 noyabr 1577). II İsmayılın ölümündən sonra, ölkədə ikihakimiyyətlilik yarandı. Qəzvində II Xəlilullahın dul arvadı Pərixan xanım dayısı Şamxal Sultanın köməyilə hakimiyyəti ələ aldı. Bütün əmirlər və "dövlətin sütunları" əvvəlcə ona tabe oldular. Onun vaxtında hətta qızılbaş əmirlərinin ağsaqqallar şurası yarandı. Pərixan xanım dövlət işlərini təkbaşına idarə etməyə başladı.
Pərixan xanım gələcək şahın Şirazdan gəlişini eşidəndə müqavimətsiz tabe olmaq istəmədi. Dayısı Şamxal Sultan müqavimət göstərmək üçün öz adamlarını saraya topladı. Lakin qızılbaş əmirləri Pərixan xanımı tərk edib Məhəmməd Mirzənin tərəfinə keçdilər. Beləliklə, 1578-ci il fevralın 13-də Məhəmməd Mirzə (Xudabəndə) müqavimətsiz Qəzvində taxtda oturdu.
Məhəmməd Xudabəndə (1578-1587) birincn növbədə şahın düşmənlərini saraydan uzaqlaşdırdı. Pərixan xanımın dönüklyünə görə, onun əşyalarını 10-15 min tümən qiymətləndirib Lələ Xəlil xan Əfşara hədiyyə etdi. Fevralın 17-də Pərixan xanımı və onun bacısını edam etdirdi. Onun dayısı Şamxal Sultan aldadılıb tutuldu və öldürüldü. Məhəmməd Xudabəndə hətta II İsmayılın bir yaşlı oğlunu, gələcəkdə taxt-tac varisini məhv etməyi də unutmadı. Məhəmməd Xudabəndənin taxta çıxdığı ilk gündən onun arvadı Məhdi Ülya dövlət işlərini öz əlinə aldı. O, ali divanın vəkili vəzifəsinə yüksəldi. Padşahın fərmanının arxasında vəzirin möhürü üstündən onun möhürünün vurulması qərara alındı.
Yeni şah taxta çıxanda əyanların çoxu fəxri geyim və hədiyyə aldı. Əvvəlki vəzifələri və imtiyazları təsdiq edildi. Şərəf xan Bitlisi yazır ki, əslində, ölkə qızılbaş tayfa başçıları arasında bölünmüşdü. Onlar mərkəzlə hesablaşmır, ölkəni istədikləri kimi idarə edirdilər. Məhəmməd Xudabəndənin yalnız şahlıq adı qalmışdı. Əmirlər dövlət işini kor hakimə tapşırmışdılar. Məhəmməd Xudabəndənin dövründə xəzinə büsbütün boşaldı. I Təhmasibin yarıməsrlik fəaliyyəti dövründə yığılmış var-dövlət bir il ərzində xəzinədən yox oldu. İskəndər Münşi yazır ki, "Şah dövlət xəzinəsinin qapılarını açdı, israfçılıq həddini aşdı". Hər gün dövlət xəzinəsindən zəbq edilmiş qızılı sandıqlarla daşıyır və ətəklə qoçulara paylayırdılar. Qapılar divanın vəzifəli şəxslərinin üzünə açıq idi, rüşvət get-gedə artdı. Xəzinədən hətta qiymətli daşlar da yoxa çıxdı.
Qızılbaş tayfalarının hərəkətləri, əyanlar arasında çəkişmələr, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Səfəvilər dövlətinə, onun müdafiə qüdrətinə sarsıdıcı zərbə endirdi. Şah Məhəmməd və onun silahdaşları səxavətlə pul, torpaq və digər hədiyyələr paylamaqla qızılbaş əyanlarının sədaqətini satın almağa çalışsalar da, bu mümkün olmadı. Şah hökuməti tayfa əyanları qarşısında tamamilə köməksnz idi. Sultan II Murad (1574-1595) yaranmış vəziyyətdən istifadə etdi və müharibəyə ciddi hazırlaşdı, islamın (sünnülərin) şiələrə qarşı "müqəddəs müharibə" şüarını irəli sürdü. Sultanın təsiri altında qızılbaşlar əleyhinə kürd qiyamı və Şirvandakı üsyan bir zəncirin həlqəsi idi. Türk ordusunun baş komandanı Mustafa Lələ paşa Ərzrumda 100 minlik qoşun topladı. Türkiyə öz vassalı Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) da tatarların bu yürüşdə iştirakını tələb etdi. Bundan əlavə, Dağıstan feodal hakimlərinə Kumık və Qaytağın hakimi Çitlav Şamxala, Tabasaran hakimi Qazı Salehə və Avar hakimn Toğa Laz Bürhanəddinə Kürcüstanı və Şirvanı işğal etmək üçün Türkiyəyə kömək etmələri barədə köstəriş verildi.
Mustafa Lələ paşa, birinci növbədə, Qars qalasını bərpa edib, oraya qoşun yeritdi. Çuxur-Səd bəylərbəyi Ustaclı Məhəmməd xan Toxmaq Osmanlı türklərinin bu əraziyə basqını barədə Qəzvinə məlumat verdi.
Qızılbaş əmirləri vətən üçun təhlükəli vaxtda öz qüvvələrini birləşdirmək barədə elə bir təşəbbüs etmədilər. İmamqulu xan Qacar Çuxur-Səd bəylərbəyinin səsinə səs verdi. Qoşunla Qarabağdan bura gəldi. Onların 15 minlik qoşunu vardı. Onlar Qarsın şimali-şərqində Çıldır gölünün sahilində Əmir xan Türkmənin dəstəsini gözləyirdilər. Qızılbaş hərbi xadimləri türklərin Gürcüstana yolunu kəsmək istəyirdilər.
Beləliklə, birinci növbədə, türk ordusunun əsas hissəsilə toqquşan qızılbaşlar qalib gəldilər. Bunu eşidən Mustafa Lələ paşa yenidən 20-30 min nəfər göndərdi. Öz arxasından ayrı düşmüş bu hissə də darmadağın edildi. Lakin Özdəmir oğlu Osman paşanın yeni qüvvə ilə döyüşə daxil olması qızılbaşları sarsıtdı.
Səfəvi ordusunun komanda heyətində birliyin olmaması, Azərbaycan və gürcü qoşunları əməliyyatının əlaqələndirilməməsi, qızılbaş əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, türklərlə döyüşə əhəmiyyət verməmələri, qüvvələr nisbətinin fərqi - bütün bunların hamısı Çıldır döyüşündə onların məğlubiyyətinə səbəb oldu. Həm də Səfəvilər Mustafa Lələ paşanın 300 minlik qoşununa qarşı 10-15 min nəfərlə döyüşürdülər.
Çıldır döyüşündən sonra Məhəmməd xan Toxmaq Çuxur-Sədə, İmamqulu xan isə Qarabağa qayıtdı. Çıldır döyüşündən sonra Mustafa Lələ paşa turklər üçün Kürcüstana qapı açdı. Bu vaxt gürcü feodalları arasında çəkişmə vardı. Onların bir qismi Safəvilərə, digər qismi isə türklərə meyil edirdi. Səfəvilərin məğlüb olmaları da Türkiyəyə meylli artırırdı. Onlardan Mehsi şahzadəsi Mənuçöhr və onun qardaşı Kvarkvare diqqəti daha çox cəlb edirdilər. Mustafa Lələ paşanı Şirvana müşayiət edən elə Mənuçöhr idi.
Mustafa Lələ paşa Şirvandan qayıtdıqdan sonra Kartli çarı Simonun və Kaxetiya çarı Aleksandrın yanına qasid göndərib tabe olmalarını tələb etdi. Simon təklifi rədd edib, türklərə qarşı partizan müharibəsi elan etdi. Aleksandr isə tabe oldu. Osmanlı qoşunu 1578-ci il avqustun 24-də Tiflisi, sonra isə Qorini tutdu. 60 minlik türk qoşunu Tiflisdə yerləşdi. Zəyəm və Hərəm hakimləri də türklərə tabe oldular. Gürcüstan türklər tərəfindən zəbt ediləndən sonra Şəki hakimi İsa xan Səfəvilərin tərəfinə keçdi. 1578-ci il sentyabrın 9-da Osmanlı qoşunu Qanıx (Alazan) çayına çatdı, qızılbaşlarla burada döyüşə girdi. Bu döyüşdə Osmanlı ordusu böyük itki verdi. Əmir xanın başçılığı altında qızılbaşlar xeyli qənimət və əsir əldə etdilər. Bu qələbədən sonra Əmir xan Qarabağa qayıdıb Həmzə Mirzənin əsas qüvvələrini gözlədi. Bu vaxt onun oğlu Sultan Murad xan gənc qızılbaş dəstələri ilə Alazanı keçib türklərə yeni zərbə vurdu. Lakin son məqamda bu dəstə əzildi.Əmir xan salamat qalmış qoşunla Təbrizə qayıtdı.
Şirvan tutulduqdan sonra burada Osmanlı hərbi-inzibati idarə üsulu yaradıldı. Şirvan iki bəylərbəyliklərinə bölündü. Sultan müstəqil Şirvan dövlətinin bərpa edilməsi barədə Şirvan əyanlarının ümidini doğrultmadı. Osman paşa buraya hakim təyin edildi. Mustafa Lələ paşa isə Ərzuruma qayıtdı. Qayıdanbaş o, Tiflis ərazisində Qarabağ bəylərbəyi İmamqulu xan və Kartli çarı Simonun birgə hücumuna məruz qaldı, 20 min nəfər itki verdi, qızılbaşlar xeyli qənimət əldə etdilər.
1578-ci il setyabrıi 27-də yaranmış vəziyyətdən istifadə edən Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla əks- hücuma keçib, Ərdəbildən Qarabağa gəldi, Burada əmirlərin və vəzir Mirzə Salmanın qoşunu ilə birlikdə Kürü keçib Şirvanı türklərdən azad etməyi qərara aldı.
Bunu eşidən Aras xan fəaliyyətsizlikdən ölkəni düşmənə güzəştə getməkdə təqsirləndiriləcəyindən ehtiyat edərək, şimala adlayıb əmirlər gələnə qədər Şamaxını mühasirəyə almağı qərara aldı. Bu məqsədlə də Kürü keçib Şamaxıya gəldi. Lakin qızılbaşlar sultan qoşunu, krım tatarları, ləzgilər, qarabörklər və Əbu Bəkr Mirzənin Şirvan üsyançıları tərəfindən darmadağın edildilər. Aras xan bir qrup qızılbaşla birlikda əsir alındı və edam edildi. Qoşunun yalnız bir hissəsi ölümdən xilas oldu.
Buna baxmayaraq, Həmzə Mirzə, Mirzə Salman və əmirlər tələsik Qarabağa gəldilər. Qoyun Olumundan Kürü keçib Şirvana daxil oldular, az sonra Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar və 1578-ci il noyabrın 28-də Ağsu çayı sahilində, Mollahəsən adlı yerdə Adil Kərayın on iki minlik, ləzgi, qara-börk və şirvanlıların beş minlnk birləşmiş qüvvələrini darmadağın etdilər. Adil Gəray əsir alındı. Aras xanın məğlubnyyəti zamanı qızılbaşlar itirdikləri qəniməti geri qaytardılar. Bu vuruşmada Məhəmməd Xudabəndənin arvadı Bəyim də iştnrak edirdi. Müasirləri onu "ağıllı, baçarıqlı və tədbirli" qadın kimi təsvir edirlər. O, Şirvana 30 minlik qoşun gətirdi, bu qoşui düşmən qüvvələrini əzməyə kömək etdi.
Tatarlar üzərində qələbə çaldıqdan sonra Mirzə Salman təcili Şamaxıya gəldi. Hadisədən xəbər tutan və köməkdən məhrum olan Osman paşa Şamaxını tərk edib Dərbəndə qaçdı. Qızılbaş qoşunu onu Şabrana qədər təqib etdi. Şirvan türklərindən azad edildisə də, onların istinad nöqtəsi-Dərbənd azad edilmədi.
Mollahəsəndəkn qələbəyə baxmayaraq, Səfəvilər Şirvanda möhkəmlənə bilmədilər. Əslində, Dərbənddən başqa turklərin burada heç bir dayanacaq yerləri yox idi. Onlar ləzgi və Dağıstan hakimləri vasitəsilə Şirvandakı qızılbaş əmirlərini daim narahat edirdilər.
1579-cu ilin yayında Krım xanı Məhəmməd Kəray 100 minillik qoşunla Türkiyə sultanının təkidilə hərbi qənimət əldə etmək üçün Baxçasaray və Şimali Qafqazdan Şirvana doqru irəlilədi. Osman paşa onu Dərbənddə qarşıladı. Oktyabrın 23-də tatar qoşunu Şamaxıya çatdı və buradan Şirvanın muxtəlif rayonlarına dəstələr göndərib Şimali Azərbaycanı qarət etdi. Lakin onlar qızılbaşların əks- qüvvəsinin gəlişini eşidib Azərbaycanı tərk stdilər. Azərbaycandan çəkilərkən, Kafedə qul bazarında satmaq üçün çoxlu qadın və uşaq əsir apardılar. Tatarların Krıma qayıtması və qızılbaş qoşununun Şirvana daxil olması xəbəri Dərbənddəki türk qarnizonu içərisinə vəlvələ saldı.
Qışın sərt keçməsinə baxmayaraq, qızılbaş əmirləri Mirzə Salmanla birlikdə Qarabağdan Şirvana gəlib, kec də olsa Şamaxını mühasirəyə aldılar, bir neçə gündən sonra onu ələ keçirdilər.
İskəndər Münşi yazır ki, Əmir xan Türkmən də öz qoşunu ilə Xaçmazda toplanan şirvanlılara və dağıstanlılara doğru irəlilədi. Lakin bu yürüş qızılbaşlar üçün uğursuz oldu. Çünki onların arasında birlik yox idi. Bu, həm də qızılbaş tayfaları arasında parçalanmaya səbəb oldu. Şahrux xan Zulqədər tərəfindən müdafiə olunan şamlı və ustaclı əmirləri Əmirxan əleyhinə açıq etirazlarını bildirdilər. Əmirxan isə ona qarşı yönəldilmiş bu cinəyətin baş sərkərdə Mirzə Salman tərəfindən təşkil edildiyini elan etdn. Yaranmış şəraitdən istifadə-edərək şirvanlıları birlikdə darmadağın edib, Osman paşanı Dərbənddən sıxışdırmaq əvəzinə, qızılbaş əmirləri iki düşmən cəbhəyə parçalandılar. Lakin bu dəfə də qorçubaşı Qulu bəy Əfşar müdriklik göstərərək qan tökülməsinin qarşısını aldı. Lakin "onların ürəklərnndə düşmənçilik məşəli yanırdı".
Bu dövrdə Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Aramsız müharibələr, əkinlərin tapdanması, 1578-1579-cu illərdə türk-tatar və qızılbaş qoşunu tərəfindən törədilmiş talanlar, soyğunçuluq, quraqlıq- bütün bunlar Şirvanda, Qarabağda, Cənubi Azərbaycanda aclıq və xəstəlik törətdi. Bəzi yaşayış yerləri vəhşi heyvanların məskəninə çevrilmişdi.
Qazı Əhmədin yazdığına körə, bu illərdə dəhşətli bahalıq idi. Təbrizdə 1 man çörək 300 dinara, 1 xərvər və 100 man buğda isə 25 min dinara satılırdı. Alban tarixçisi, hadisələrin şahidi Ovannes Saretsi yazır: "1579-cu ildə Atrapatakanda və bütün Albaniyada minlərlə insan həyatını aparan dəhşətli xəstəlik baş verdi, çoxlu ailələr sahibsiz, atalar və analar övladsız qaldı..." İskəndər Münşi yazırdı ki, qızılbaş əmirlərinin Şirvana payız yürüşünün uğursuzluğu məhsulsuzluqla, qıtlıqla, bahalıqla bağlı idi... rəiyyət acından ölürdü.
Qeyd etdik ki, Xaçmaza yürüşə görə Əmir xanla Şahrux arasında ziddiyyət başladı. Ustaclı və şamlu tayfalarının başçısı Pirməhəmməd xan Ustaclı və Hüseyn xan Sultan eşikağasıbaşı şamlu Şahrux xanı müdafiə edir və türkmən tayfasına qarşı çıxış edirlər. Lakin Qulu bəy bu tayfaların silahlı toqquşmasının qarşısını aldı. Əmirlər Şirvan yürüşündən Təbrizə qayıtdıqdan sonra qızılbaş tayfaları arasında ziddiyyət daha da kəskinləşdi. Bu hadisəni yaxşı dərk etmək üçün Xorasandakı vəziyyətə qısa nəzər salaq.
II Şah İsmayıl şamlu əmiri Əliqulu xanı Herata hakim təyin etdi. Şah Məhəmməd Xudabəndə isə onu bu vəzifəyə təsdiqlədi və onu öz oğlu Abbas Mirzənin (gələcəkdə I Şah Abbas) lələsi etdi. Əslində, Xorasanın nominal canişini Abbas Mirzə hesab olunurdu. Lakin bütün işləri Əliqulu xan idarə edirdi.
1578-ci ildə Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə birlikdə balaca Abbası guya təhlükə gözlədiyinə görə, anası Məhdi Uliyə verməkdən imtina edib onu taxtın varisi kimi saxladılar və dövləti onun adından idarə etməyə başladılar. Əliqulu xanın güclənməsi Məşhəd hakimi Murtuzqulu xan üçün də təhlükəli idi. Türkmən və təkəli tayfa əmirləri Əliqulu xanı müdafiə edir, onu özlərinin hakimi seçir və "xanlar xanı" hesab edirdilər. Beləliklə, Xorasanda, Heratda və Məşhəddə bir-biri ilə düşmənçilik edən iki qrup yarandı. Bu qruplar arasında gedən mübarizədə Əliqulu xan Şamlunun qohumlarının məqlubiyyəti Xorasanda qızılbaş qiyamçı tayfalarını sakitləşdirmədi, əksinə, Əliqulu xanla və şamlu əmirləri ilə danışıq aparmaq imkanını əldən çıxardı və Xorasanın yarısının Səfəvi dövlətinin tərkibindən çıxmasına, 1581-ci ildə şahzadə Abbasın Xorasan əmirləri tərəfindən şah elan edilməsinə mane oldu.
VAHİD ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru