PDF Oxu

MİA

  • 2 567

Milli azlıqların hüquqlarının qrunmasında kütləvi informasiya vasitələrinin rolu

image

1. Tərəflər bölgə dillərində, yaxud azlıqların dillərində danışanların maraqları naminə onların yaşadıqları və bu dillərin işləndiyi ərazilərdə, dövlət hakimiyyəti orqanlarının, bilavasitə və ya dolayısilə səlahiyyətinin, hüqüqunun, yaxud müəyyən rolunun olduğu dərəcədə hər bir dilin statusunu nəzərə almaqla, kütləvi informasiya vasitələrinin müstəqillik və sərbəstlik prinsipinə əməl etməklə:

aşağıdakıları öhdələrinə götürürlər:

a) radio və televiziyanın dövlət xidməti funksiyasını yerinə yetirdiyi dərəcədə;

bölgə dillərində, yaxud azlıqların dillərində verlişlər verən ən azı bir radiostansiyanın və bir televiziya kanalının yaradılmasını təmin etmək; yaxud

II bölgə dillərində, yaxud azlıqların dillərində verilişləri verən ən azı bir radiostansiyanın və bir televiziya kanalının yaradılmasını təşviq etmək və ona kömək etmək; yaxud

III teleradio verilişlərinin bölgə dillərində, yaxud azlıqların dillərindəki bəzi verlişləri öz proqramına daxil etməsi üçün müvafiq tədbirlər görmək;

I bölgə dillərində, yaxud azlıqların dillərində veriliş verən ən azı bir radiostansiyanın yaradılmasını təşviq etmək və yaxud ona kömək etmək; yaxud

II bölgə dillərində, yaxud azlıqların dillərində verilişləri müntəzəm şəkildə radioproqrama daxil edilməsinə təşviq etmək və yaxud ona kömək etmək;

I bölgə dillərində, yaxud azlıqların dillərində ən azı bir televiziya kanalının yaradılmasına təşviq etmək və yaxud ona kömək etmək; yaxud

II bölgə dillərində, yaxud azlıqların dillərindəki verilişləri müntəzəm şəkildə televiziya proqramına daxil edilməsinə təşviq etmək və yaxud ona kömək etmək;

bölgə dillərində, yaxud azlıqların dillərində radio və televiziya üçün əsərlərin yazılmasını, radio və televiziya ilə verilməsini təşviq etmək və yaxud buna kömək etmək;

I bölgə dillərində, yaxud azlıqların dillərində ən azı bir mətbuat orqanının yaradılmasına və yaxud saxlanmasına təşviq etmək və yaxud bu buna kömək etmək;

II mətbuatda bölgə dillərində, yaxud azlıqların dillərində məqalələrin müntəzəm şəkildə dərc edilməsini təşviq etmək və yaxud buna kömək etmək;

I qanunvericilik kütləvi informasiya vasitələrinə maliyyə yardımını, ümumiyyətlə nəzərdə tutursa, bölgə dillərini, yaxud azlıqların dillərini işlədən kütləvi informasiya vasitələrinin əlavə xərcini öz üzərinə götürmək; yaxud

II mövcud maliyyə yardımı tədbirlərini bölgə dillərindəki, yaxud azlıqların dillərindəki audiovizual məhsullara aid etmək;

bölgə dillərini, yaxud azlıqların dillərini işlədən kütləvi infonnasiya vasitələri üçün jurnalistlərin və digər əməkdaşların peşə hazırlığına dəstək vermək.

Tərəflər öz ölkələrindəki bölgə dilləri, yaxud azlıqların dilləri ilə eyni və ya oxşar olan dildə radio və televiziya verlişlərinin qonşu ölkələrdən sərbəst, birbaşa qəbulunu və qonşu ölkələrdən həmin dildə radio və televiziya verlişlərinin translyasiyasına mane olmamağı öhdələrinə götürürlər. Tərəflər, eləcə də, ölkələrindəki bölgə dilləri, yaxud azlıqlrın dilləri ilə eyni və ya oxşar dildə ifadə azadlığına və məlumatlırmanın kütləvi informasiyanın çap vasitələrinə də tətbiq edilməməsinə diqqət yetirməyi öhdələrinə götürürlər. Yuxarıda adları çəkilən və müəyyən öhdəliklər və məsuliyyət ilə bağlı azadlıqların həyata keçirilməsi qanunda nəzərdə tutulan və milli təhlükəsizliyi, ərazi bütövlüyünü, yaxud ictimai təhlükəsizliyi, ictimai asayişin mühafizəsini və cinayətkarlığın qarşısının alınmasını, sağlamlığın və ya mənəviyyatın qorunmasını, digər şəxslərin nüfuz və hüququnun qorunmasını, məxfi məlumatların açılmasına yol verməmək, yaxud məhkəmə hakimiyyətinin nüfuz və qərəzsizliyini təmin etmək üçün demokratik cəmiyyətdə vacib tədbirlər olan bəzi rəsmiyyətlər, şərtlər, məhdudiyyətlər, yaxud sanksiyalar ilə şərtləndirilə bilpr.

Tərəflər bölgə dillərində, yaxud azlıqların dillərində danışanların mənafelərinin kütləvi informasiya vasitəlirinin azadlıq və plüralizmin təminatı haqqında qanuna uyğun olaraq yaradıla biləcək strukturlar çərçivəsində təmsil edilməsinə, yaxud nəzərə alınmasına nəzarət etməyi öhdələrinə götürürlər.

Tərəflər mədəni fəaliyyət və mədəniyyət müəssisələrinə, xüsusilə, kitabxanalara, videotekalara, mədəni mərkəzlərə, muzeylərə, arxivlərə, akademiyalara, teatrlara və kinoteatrlara, eləcə də, ədəbi əsərlər və kinomatoqrafiya məhsullarına, xalq yaradıcılığına, festivallara, sənətlərə, o cümlədən, ən yeni texnologiyanın istifadəsinə münasibətdə, haqqında danışılan dillərin işləndiyi ərazilərdə və dövlət-hakimiyyət orqanlarının səlahiyyəti, hüquqi, yaxud rolu dairəsində aşağıdakıları öhdələrinə götürürlər:

özünüifadə imkanını təşviq etmək və bölgə dillərinə, yaxud azlıqların dillərinə aid olan təşəbbüsləri dəstəkləmək, eləcə də, bu dillərdə olan əsərlərdən istifadəni asanlaşdıran müxtəlif imkanlara yardım göstərmək;

tərcümə, dublyaj, postsinxron tərcümə və subtitrləndirmə sahəsində fəaliyyəti dəstəkləyərək və inkişaf etdirərək bölgə dillərində, yaxud azlıqların dillərində yaradılan əsərlərdən başqa dillərdə istifadəyə yol tapmaq üçün müxtəlif imkanlara kömək etmək;

tərcümə, dublyaj, postsinxron tərcümə və subtitrləndirmə sahəsində fəaliyyəti dəstəkləyərək və inkişaf etdirərək, başqa dillərdə yaradılan əsərlərdən istifadəyə bölgə dillərində, yaxud azlıqların dillərində yol tapmaq üçün müxtəlif imkanlarla kömək etmək;

müxtəlif növ mədəni tədbirlərin keçirilməsinə və ya onlara kömək edilməsinə məsul olan təşkilatların təşkil etdikləri, yaxud dəstəklədikləri tədbirlərdə bölgə dillərinə və mədəniyyətlərinə aid biliklərin və təcrübənin, eləcə də, onların özlərinin təşkil etdikləri, yaxud da dəstəklədikləri tədbirlərdə azlıqların dillərinin və mədəni ənənələrinin müvafiq həcmdə təmin etmələrinə diqqət yetirmək;

bölgə dillərini, yaxud azlıqların dillərini əhalinin qalan hissəsinin danışdığı dillə bərabər yaxşı bilən əməkdaşların mədəni tədbirlərin təşkili, yaxud onlara dəstəklənməsi ilə məşğul olan təşkilatların işinə cəlb edilməsinə kömək etmək;

bölgə dillərinin, yaxud azlıqların dillərinin daşıyıcılarının nümayəndələrinin mədəniyyət müəssisələrinin işində, yaxud mədəni tədbirlərin planlaşdırılmasında, bilavasitə iştirakına kömək etmək;

bölgə dillərində, yaxud azlıqların dillərində olan əsərlərin toplanması, saxlanmaq üçün müəyyən bir yerə verilməsi, təqdimatı, yaxud dərc edilməsilə məşğul olan bir və ya bir neçə orqanın yaradılmasını təşviq etmək və yaxud yaradılmasına yardım göstərmək;

bölgə dillərinin, yaxud azlıqların dillərinin hər birində lazımi inzibati, ticari, iqtisadi, sosial, texnoloji, yaxud hüquqi terminologiyanı dəstəkləmək və inkişaf etdirmək üçün terminologiyanın tərcüməsi və hazırlanması üzrə xidmət yaratmaq və yaxud bu xidməti inkişaf etdirmək və maliyyələşdirmək.

Tərəflər, bölgə dillərinin, yaxud azlıqların dillərinin ənənəvi olaraq işlənmədiyi ərazilərdə, əvvəlki paraqrafa uyğun olaraq, bölgə dillərinin, yaxud azlıqların dillərinin daşıyıcılarının sayı haqq qazandırdığı halda, mədəni fəaliyyətin, yaxud mədəniyyət müəssisələrinin müxtəlif növlərinə icazə verməyi, dəstəkləməyi və yaxud nəzərdə tutmağı öhdələrinə götürürlər.

Tərəflər xarici mədəni siyasətlərində bölgə dillərinə, yaxud azlıqların dillərinə və onların ifadə vasitəsi olduqları mədəniyyətə lazımi yer ayırmağı öhdələrinə götürürlər.

Tərəflər iqtisadi və sosial fəaliyyətlə əlaqədar bütün ölkə miqyasında aşağıdakıları öhdələrinə götürürlər:

iqtisadi və sosial həyata aid sənədlərdə, o cümlədən əmək sazişlərində və məhsulun, yaxud avadanlığın bu və ya digər növünün tətbiq qaydası kimi texniki sənədlərdə bölgə dillərinin, yaxud azlıqların dillərinin işlədilməsini heç bir səbəb olmadan yasaq edən, yaxud məhdudlaşdıran istənilən müddəanı qanunvericiliyindən çıxarmaq;

bölgə dillərinin, yaxud azlıqların dillərinin, ən azı, eyni dilin daşıyıcıları arasında işlədilməsini istisna edən, yaxud məhdudlaşdıran bəndlərin müəssisələrin daxili qaydasına, yaxud xüsusi aktlara daxil edilməsini yasaqlamaq;

iqtisadi, yaxud sosial fəaliyyət çərçivəsində bölgə dillərinin, yaxud azlıqların dillərinin işlədilməsindən imtinaya yönəlmiş təcrübəyə yol verməmək;

yuxarıda sadalananlardan savayı bölgə dillərinin, yaxud azlıqların dillərinin işlədilməsinə başqa üsullarla kömək etmək və yaxud buna təşviq etmək.

Tərəflər bölgə dillərinin, yaxud azlıqlann dillərinin işləndiyi ərazilərdə dövlət hakimiyyəti orqanlarının səlahiyyəti dairəsində və mümkün dərəcədə iqtisadi və sosial fəaliyyət sahələri üzrə aşağıdakıları öhdələrinə götürürlər:

ödəmə tapşırıqlarını (çek, veksel və s.) və ya başqa maliyyə sənədlərini hazırlayarkən bölgə dillərinin, yaxud azlıqların dillərinin ticarət qaydaları ilə uyğunlaşa bilən şəraitdə istifadə olunması üçün maliyyə və bank qanunvericiliyində konkret imkanları müəyyənləşdirmək, yaxud zəruri halda, belə müddəaların qəbulunu təmin etmək;

iqtisadi və sosial bölmələrdə bölgə dillərinin, yaxud azlıqların dillərinin işlədilməsinə yönəldilən birbaşa, yaxud nəzarət edilən (dövlət bölməsi) tədbirlər keçirmək;

xəstəxana, qocalar evi, yetimxanalar kimi sosial sahə müəssisələrinin sağlamlıq durumuna, yaşına görə qayğıya ehtiyacı olan bölgə dillərinin, yaxud azlıqların dillərinin daşıyıcılarının öz dillərində danışmaqla, onları qəbul və müalicə imkanı ilə təmin etmək;

təhlükəsizlik təminatının, həm də bölgə dillərində, yaxud azlıqların dillərində müvafiq vasitələrlə nəşr edilməsini təmin etmək;

istehlakçıların hüququna dair səlahiyyətli orqanlardan alınan məlumatları bölgə dillərində, yaxud azlıqların dillərində asan anlaşılan şəkildə vermək.

Tərəflər, mövcud ikitərəfli və çoxtərəfli sazişləri dilin eyni və ya oxşar formada işləndiyi dövlətlərə tətbiq etməyi, yaxud zəruri halda, eyni dilin daşıyıcıları arasında mədəniyyət, təhsil, məlumat, peşə təhsili və fasiləsiz təhsil sahəsində əlaqələrə yardım etmək məqsədilə belə dövlətlərlə sazişlər imzalamağa cəhd göstərən dövlətlərə tətbiq etməyi;

bölgə dillərinin, yaxud azlıqların dillərinin maraqları naminə sərhədyanı əməkdaşlığa, o cümlədən eyni və ya oxşar formada eyni dil işlədilən ərazilərdə yerli, yaxud bölgə qurumları arasında əməkdaşlığa kömək etməyi və yaxud təşviq etməyi öhdələrinə götürürlər.

Tərəflər, bu Xartiyanın II hissəsinə uyğun olaraq yürüdülən siyasət və III hissənin razılaşdıqları müddəalarını həyata keçirmək sahəsində gördükləri tədbirlər haqqında, Nazirlər Komitəsinin müəyyən etməli olduğu formada məruzələr hazırlayıb, vaxtaşırı Avropa Şurasının Baş Katibinə təqdim etməlidirlər. Birinci məruzə Xartiyanın Tərəflərdən konkret birinə münasibətdə qüvvəyə minməsindən sonra bir il müddətində, sonrakı məruzələr isə birinci məruzədən sonra üç il fasilə ilə təqdim edilməlidir.

Tərəflər öz məruzələrini dərc etməlidirlər.

15-ci maddəyə əsasən, Avropa Şurasının Baş Katibinə təqdim edilən məruzələr 17-ci maddəyə əsasən yaradılan ekspertlər komitəsi tərəfindən baxılacaqdır.

Tərəflərin birində qanuni əsaslarla yaradılan orqanlar və ya assosasiyalar ekspertlər komitəsinin diqqətini bu Xartiyanın III hissəsinə əsaslanaraq, həmin tərəflərin qəbul etdiyi öhdəliklərlə bağlı məsələlərə cəlb edə bilərlər. Həmin tərəflə məsləhətləşmədən sonra ekspertlər komitəsi bu məlumatı bu maddənin 3-cü paraqrafında nəzərdə tutulan məruzə hazırlanarkən nəzərə ala bilər.

Bundan başqa bu orqanlar və ya assosiasiyalar, III hissəyə müvafiq olaraq tərəfin yeritdiyi siyasətlə bağlı bəyanat verə bilərlər.

Ekspertlər komitəsi 1-ci paraqrafda nəzərdə tutulan məruzələr və 2-ci paraqrafda nəzərdə tutulan məlumatlar əsasında Nazirlər Komitəsinə məruzə hazırlayır. Tərəfə təklif edilən qeydlər bu məruzəyə əlavə edilir. Məruzə Nazirlər Komitəsi Tərəfindən dərc edilə bilər.

3-cü paraqrafda nəzərdə tutulan məruzə Nazirlər Komitəsinin zəruri halda bir və ya bir neçə tərəfə istənilən tövsiyəsini hazırlamaq məqsədilə, ekspertlər komitəsinin Nazirlər Komitəsinə təkliflərindən ibarət olmalıdır.

Avropa Şurasının Baş Katibi Xartiyanın tətbiqinə dair Parlament Assambleyasına iki illik ətraflı məruzə hazırlayır.

Ekspertlər komitəsi, yüksək əxlaqi keyfiyyətli və Xartiyada əksini tapmış məsələlərlə bağlı bacarığı etiraf olunmuş şəxslərin maraqlı tərəfin təqdim etdiyi siyahısı əsasında Nazirlər Komitəsi tərəfindən tərəflərin hər birindən bir nəfər olmaqla, təyin olunan nümayəndələrdən təşkil edilir.

Komitənin üzvləri 6 il müddətinə təyin edilir, onların səlahiyyət müddəti təzələnə bilər. Komitə üzvlərindən hər hansı biri öz vəzifəsini yerinə yetirə bilmədikdə, 1-ci paraqrafda nəzərdə tutulan proseduraya uyğun olaraq əvəzlənməlidir və onun yerinə təyin edilən eomitə üzvü öz vəzifəsini sələfinin səlahiyyət müddəti bitənə qədər yerinə yetirəcəkdir.

Ekspertlər komitəsi öz daxili reqlamentini qəbul edir. Komitə katibliyinin işini Avropa Şurasının Baş Katibi təmin edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər