Tərəflər, milli azlıqlara mənsub şəxslərin mədəni, ictimai və iqtisadi həyatda, eləcə də, dövlət işlərinin, xüsusən, onların mənafeyi ilə bağlı olan dövlət işçilərinin idarə olunmasında səmərəli iştirak etmələri üçün lazımi şəraitin yaradılmasını öhdələrinə götürürlər.
Tərəflər milli azlıqlara mənsub şəxslərin yaşadığı hər hansı bir bölgədə əhalinin struktur tərkibini dəyişərək, bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqlarını məhdudlaşdırmaq məqsədi güdən tədbirləri görməkdən çəkinirlər.
Tərəflər milli azlıqlara mənsub şəxslərin başqa dövlətlərin ərazilərində daimi yaşayan şəxslərlə, xüsusən ortaq etnik, mədəni, dil və ya din mirasına malik şəxslərlə sərhədyanı azad və dinc əlaqələr qurmaq və bu əlaqələri davam etdirmək hüququnun həyata keçirilməsinə maneçilik törətməməyi öhdələrinə götürürlər.
Tərəflər milli azlıqlara mənsub şəxslərin qeyri-hökumət təşkilatlarının fəaliyyətində istər milli, istərsə də beynəlxalq səviyyədə iştirak etmək hüququnun həyata keçirilməsinə maneçilik törətməməyi öhdələrinə götürürlər.
Tərəflər müvafiq milli azlıqlara mənsub şəxslərin müdafiəsini təmin etmək üçün zəruri halda başqa dövlətlərlə, o cümlədən, qonşu dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzalanmasına səy göstərirlər.
Zəruri halda tərəflər sərhədyanı əməkdaşlığın təşviqinə yönəldilmiş tədbirlər görürlər.
Tərəflər zəruri halda yalnız beynəlxalq hüquq sənədlərində, xüsusilə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada nəzərdə tutulan məhdudlaşdırmalara və ya geri çəkilmələrə bu Çərçivə Konvensiyasındakı prinsiplərdən irəli gələn hüquq və azadlıqlara aid olduqları ölçüdə yol verməklə, göstərilən prinsiplərə əməl etməyi və onları həyata keçirməyi öhdələrinə götürürlər.
Bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqlar həyata keçirilərkən, milli azlıqlara mənsub hər bir şəxs milli dövlət qanunvericiliyinə əməl edir və digər şəxslərin, xüsusilə, əhalinin əsas qrupuna, yaxud başqa milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət göstərir.
Bu Çərçivə Konvensiyasında heç nə ayrılıqda hər hansı bir şəxsin beynəlxalq hüquq prinsiplərinə, xüsusən, dövlətin suveren bərabərlik, ərazi bütünlüyü və siyasi müstəqillik prinsiplərinə zidd hər hansı bir fəaliyyətlə məşğul olmaq və ya hər hansı bir hərəkətə yol vermək hüququnun nəzərdə tutulması kimi yozula bilməz.
Bu Çərçivə Konvensiyasında heç nə razılığa gəlmiş tərəflərdən hər hansı birinin qanunvericiliyinə, yaxud həmin tərəfin iştirakçısı olduğu istənilən başqa bir müqaviləyə uyğun olaraq insan hüquqlarından və əsas azadlıqlardan hər hansı birinin məhdudlaşdırılması, yaxud pozulması kimi yozula bilməz.
Bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqlar insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, yaxud ona əlavə edilən protokolların predmeti olduğu dərəcədə sonuncu sənədlərin müddəalarına uyğun hüquq və azadlıqlar kimi başa düşülür.
Bu Çərçivə Konvensiyasının razılığa gəlmiş tərəflər tərəfindən həyata keçirilməsinə nəzarət etmək səlahiyyəti Avropa Şurasının Nazirlər Komitəsinə verilmişdir.
Avropa Şurasının üzvü olmayan tərəflər Konvensiyanın həyata keçirilməsi mexanizmində müəyyənləşdiriləcək şərtlərlə iştirak edirlər.
Bu Çərçivə Konvensiyasının razılığa gəlmiş tərəflərdən hər hansı birinə münasibətdə qüvvəyə minməsindən sonra bir il müddətində həmin tərəf bu Konvensiyada ifadə edilən prinsiplərin həyata keçirilməsi üçün qəbul edilən qanunvericilik tədbirləri və digər tədbirlər haqqında Avropa Şurasının Baş Katibinə tam məlumat verir.
Sonralar hər bir tərəf vaxtaşırı və hər dəfə Nazirlər Komitəsindən müvafiq xahiş gəldikdə, bu Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı istənilən məlumatı Baş Katibə verir.
Bu maddənin müddəalarına uyğun olaraq Baş Katib verilən bütün məlumatları Nazirlər Komitəsinə göndərir.
Bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərin həyata keçirilməsi üçün hər hansı bir tərəfin qəbul etdiyi tədbirlərin adekvatlığı qiymətləndirilərkən, Nazirlər Komitəsinə milli azlıqların müdafiəsi sahəsində səriştəsi olan üzvlərdən təşkil edilmiş Məsləhət Komitəsi kömək edir.
Məsləhət Komitəsinin tərkibi, eləcə də, onun iş prosedurası bu Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra bir il müddətində Nazirlər Komitəsi tərəfindən müəyyən edilir.
Bu Çərçivə Konvensiyası Avropa Şurasının üzv dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır.
Konvensiyanın qüvvəyə mindiyi tarixə qədər, Nazirlər Komitəsinin Konvesiyanı imzalamağı təklif etdiyi istənilən digər bir dövlət üçün də imzalanmağa açıqdır. O, təsdiq edilməli, qəbul edilməli və bəyənilməlidir. Təsdiq etmə, qəbul etmə və bəyənmə haqqında sənədlər saxlanmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilir.
Bu Çərçivə Konvensiyası Avropa Şurasının on iki üzv dövlətinin 27-ci maddənin müddəalarına uyğun olaraq bu Çərçivə Konvensiyası ilə bağlı olmağa razılıqlarını bildirdikləri trrixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
Sonralar bu Çərçivə Konvensiyası ilə bağlı olmağa razılaşdığını bildirən hər hansı bir üzv dövlət üçün bu Çərçivə Konvensiyası, təsdiq etmə, qəbul etmə, yaxud bəyənmə haqqında sənədlərin saxlanmaq üçün təhvil verdiyi tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
Bu Çərçivə Konvensiyası qüvvəyə mindikdən və razılığa gəlmiş dövlətlərlə məsləhətləşmədən sonra Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasının Nizamnaməsinin 20-ci maddəsinin (d) bəndində nəzərdə tutulduğu kimi, özünün əksəriyyət tərəfindən qəbul olunan qərarına əsasən, Avropa Şurasının üzvü olmayan və 7-ci maddənin müdəalarına uyğun olaraq, Konvensiyanı imzalamaq təklifini alan, ancaq onu hələ imzalamamış istənilən bir dövlətə, həmçinin Avropa Şurasının üzvü olmayan istənilən digər dövlətə bu Çərçivə Konvensiyasına qoşulmağı təklif edə bilər.
Qoşulan hər bir dövlət üçün bu Çərçivə Konvensiyası qoşulma haqqında sənədin Avropa Şurasının Baş Katibinə saxlanmağa verildiyi tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
İstənilən dövlət təsdiq etmə, qəbul etmə, bəyənmə, yaxud qoşulma haqqında sənədi imzalayarkən, yaxud saxlamlmağa təhvil verərkən, beynəlxalq münasibətlərinə görə məsuliyyət daşıdığı və bu Çərçivə Konvensiyasının tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilər.
İstənilən dövlət sonralar istənilən vaxtda Avropa Şurasının Baş Katibinin adına göndərdiyi ərizədə bu Çərçivə Konvensiyasının tətbiqini ərizədə göstərdiyi istənilən başqa bir əraziyə aid edə bilər; həmin ərazidə bu Çərçivə Konvensiyası belə bir ərizənin Baş Katib tərəfindən alındığı tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
Əvvəlki iki bəndin müddəaları əsasında istənilən ərazi barəsində verilən istənilən ərizə Baş Katibə xəbərdarlıq məktubu göndərmək yolu ilə geri götürülə bilər. Geri götürülmə qərarı Baş Katibin belə xəbərdarlıq məktubunu aldığı tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birici günü qüvvəyə minir.
İstənilən tərəf istədiyi vaxt Avropa Şurasının Baş Katibinə xəbərdarlıq məktubu göndərərək, bu Çərçivə Konvensiyasını etibarsız elan edə bilər.
Bu etibarsız elan etmə Baş Katibin belə xəbərdarlıq məktubunu aldığı tarixdən altı ay vaxt keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
Avropa Şurasının Baş Katibi Avropa Şurasının üzvü olan dövlətlərə, bu Çərçivə Konvensiyasını imzalayan başqa dövlətlərə və ona qoşulan bütün dövlətlərə aşağıdakılar haqqında xəbər verir:
- istənilən imzalanma haqqında;
- təsdiqetmə, qəbuletmə, bəyənmə, yaxud qoşulma haqqında istənilən sənədin saxlanılmağa verilməsi haqqında;
- bu Çərçivə Konvensiyasının 28, 29 və 30-cu maddələrinə uyğun olaraq, onun qüvvəyə mindiyi hər bir tarix haqqında;
Bu Çərçivə Konvensiyasına aidliyi olan istənilən digər akt, xəbərdarlıq, yaxud məlumat haqqında.
Bu Çərçivə Konvensiyasını buna səlahiyyəti olan aşağıdakılar təsdiqləmək üçün onu imzaladılar.
1995-ci il fevralın 1-də Strasburqda ingilis və fransız dillərində hazırlanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir; tək bir nüsxədə saxlanılmaq üçün Avropa Şurasının arxivinə verilir. Avropa Şurasının Baş Katibi imza və möhürlə təsdiq edilmiş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə, eləcə də, bu Konvensiyanı imzalamaq, yaxud qoşulmaq təklifi edilən hər bir dövlətə göndərir.
Qanun tərəfindən qəbul edilmiş istənılən hüquqdan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər əqidələr, milli, yaxud sosial mənşə, milli azlığa mənsubiyyət, əmlak vəziyyəti, doğum əlamətinə, yaxud istənilən digər cəhətlərə görə heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməlidir.
Heç kəs bu maddənin 1-ci bəndində göstərilən əlamətlərə görə ictimai hakimiyyət orqanları tərəfindən ayrı-seçkiliyə məruz qoyula bilməz.
Bu Xartiya Avropa Şurasının üzv dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır. O, təsdiq edilməli, qəbul olunmalı, yaxud bəyənilməlidir. Təsdiqnamələr və qəbuletmə, yaxud bəyənmə haqqında sənədlər saxlamlmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilir.
Mövcud Xartiya, Avropa Şurasının beş üzv dövləti 18-ci maddəyə uyğun olaraq, Xartiya ilə bağlılıqlarına razılıqlarını bildirəcəkləri gündən üç aylıq vaxt bitdikdən sonra ardınca gələn ayın birinci günü qüvvəyə minir.
Xartiya ilə bağlılıqlarına sonradan öz razılığını bildirən hər bir üzv dövlətə münasibətdə Xartiya təsdiqnamənin, yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün təhvil verildiyi gündən üç ay vaxt bitdikdən sonra, ardınca gələn ayın birinci günü qüvvəyə minir.
Bu Xartiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasının üzvü olmayan istənilən dövlətə Xartiyaya qoşulmağı təklif edə bilər.
Qoşulan istənilən dövlətə münasibətdə Xartiya, qoşulma haqqında sənədin saxlanılmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilməsindən üç aylıq vaxt bitdikdən sonra ardınca gələn ayın birinci günü qüvvəyə minir.
İstənilən dövlət öz təsdiqnaməsini, qəbul etmə, bəyənmə və yaxud qoşulma haqqında sənədini imzalayarkən, yaxud saxlamaq üçün təhvil verərkən, bu Xartiyanın 7-ci maddəsinin 2-dən 5-ə qədər paraqraflarına bir və ya bir neçə düzəlişlər edə bilər. Başqa heç bir düzəlişə yol verilmir.
Əvvəlki paraqrafa əsasən, düzəliş etmiş istənilən razılığa gələn dövlət Avropa Şurasının Baş Katibinə xəbərdarlıq məktubu göndərərək, bu düzəlişi tamamilə və ya qismən geri götürmə tərəflərdən hər biri istədiyi vaxt bu Xartiyanın Avropa Şurasının Baş Katibinə xəbərdarlıq məktubu göndərərək, etibarsız elan edə bilər.
Etibarsız elanetmə Baş Katibin xəbərdarlıq məktubunu aldığı gündən altı aylıq vaxt bitdikdən sonra, arxasınca gələn ayın birinci günü qüvvəyə minir.
Avropa Şurasının Baş Katibi bu şuranın üzv dövlətlərinə və bu Xartiyaya qoşulmuş hər bir dövlətə aşağıdakılar haqqında məlumat verir:
- istənilən imzalanma haqqında;
- istənilən təsdiqnamənin, yaxud qəbul etmə, bəyənmə və ya qoşulma sənədinin təhvil verilməsi haqqında;
- 19-cu və 20-ci maddəyə uyğun olaraq, bu Xartiyanın qüvvəyə mindiyi hər bir tarix haqqında;
- 3-cü maddənin 2-ci paraqrafına əsasən, alınan hə bir xəbərdarlıq məktubu haqqında;
- bu Xartiyaya aid olan istənilən başqa akt, xəbərdarlıq məktubu və ya məlumat haqqında;
Təsdiq etmək üçün lazımi vəkaləti olan aşağıda imza edənlər, bu Xartiyanı imzaladılar.
5 noyabr 1992-ci il tarixdə Strasburqda fransız və ingilis dillərində hazırlanmış və hər iki mətn eyni qüvvəyə malikdir, tək bir nüsxəsi saxlanılmaq üçün Avropa Şurasının arxivinə verilir. Avropa Şurasının Baş Katibi Xartiyanın imza və möhürlə təsdiq edilmiş surətlərini Avropa Şurasının hər bir üzv dövlətinə və bu Xartiyaya qoşulmaq təklifi edilən hər bir dövlətə göndərir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru