PDF Oxu

MİA

  • 3 261

MİLLİ AZLIQLARIN TƏHSİL HÜQUQU ÜZRƏ HAAQA TÖVSİYƏLƏRİ, İZAHEDİCİ QEYDLƏR

image

Son illərdə azlıqların hüquqlarının beynəlxalq normativ sənədlərdə ifadəsinə yanaşma inkişaf edibdir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (1966-cı il) yazıldığı ... azlıqlara mənsub şəxslərə... hüquqlarında rədd cavabı verilməməlidir. kimi passiv ifadələr öz yerini ATƏM-in İnsan Ölçüsü üzrə Konfransının Kopenhagen Müşavirəsinin sənədində yazıldığı "... milli azlıqların etnik, mədəni, dil və din özünəməxsusluqlarını müdafiə edəcək..." kimi daha müsbət, fəal yanaşmaya verdi. Yanaşmanın belə mütərəqqi dəyişikliyi göstərir ki, sənədlərin məhdudlaşdırıcı və ya minimalist şərhi onların formulaşdırıldığı ruha uyğun gəlmir.

Bundan başqa, imkan səviyyəsi bərabərliyin və ayrı- seçkiliyə yol verilməməsinin BMT-nin Nizamnaməsinin 1-ci maddəsində, insan hüquqlarının Ümumbəyannaməsinin 2-ci maddəsində ifadə və əsas beynəlxalq sənədlərdə təkrar edilmiş prinsiplərinə uyğun müəyyənləşdirilməlidir. Eyni zamanda, hər bir dövlətin spesifik şəraitinə diqqət yetirilməlidir.

ATƏT dövlətlərinə azlıqların hüquqlarına fəal yanaşma məsləhət görülür, daha doğrusu, milli azlıqların üzvləri üçün tam hüquq bərabərliyi təmin etmək üçün onları xüsusi tədbirlər görməyə çağıran Kopenhagen Sənədinin 33-cü maddəsinin ruhunda yanaşmağı məsləhət görür. Kopenhagen Sənədinin 33-cü maddəsi də dövlətlərdən öz ölkələrində milli azlıqların etnik, mədəni, dil və dini özünəməxsusluqlarını qorumağı və bu özünəməxsusluğun təşviqi üçün şərait yaratmağı eyni dərəcədə tələb edir.

Bəzi hallarda ATƏT dövlətləri ciddi maliyyə çatışmazlıqları ilə rastlaşırlar ki, bu da onların təhsil siyasətini və milli azlıqların rifahı üçün proqramlarını gerçəkləşdirmək imkanlarına obyektiv şəkildə maneçilik törədə bilir. Bəzi hüquqların təcili yerinə yetirilməli olmasına baxmayaraq, dövlətlər mümkün resurslardan, o cümlədən, iqtisadi-sosial və mədəni hüquqlar barədə Beynəlxalq Paktın 2-ci maddəsinin ruhuna uyğun beynəlxalq yardım və əməkdaşlıq resurslarından maksimum istifadə etməklə milli azlıqların hüquqlarının tədricən reallaşmasına cəhd göstərməlidirlər.

Milli azlıqların müdafiəsi barədə Çərçivə Konvensiyasının 15-ci maddəsində, ATƏM-in İnsan Ölçüsü üzrə Konfransının Kopenhagen Müşavirəsi sənədinin 30-cu paraqrafında və milli, yaxud etnik, dini və dil azlıqlarının hüquqları barədə BMT Bəyannaməsinin 3-cü maddəsində milli azlıqların qərar qəbulu prosesində, xüsusən, bilavasitə onlara aid məsələlərin nəzərdən keçirilməsində milli azlıqların iştirakının zəruriliyi qeyd olunur.

Qərar qəbulu prosesində, xüsusən də, bu qərar azlıqlara aiddirsə, səmərəli iştirak demokratik prosesin vacib komponentlərindəndir.

Yerli və bölgə səviyyələrində təhsil prosesinə azdıqlara aid dərs proqramlarının haırlanması da daxil olmaqla, valideynlərin fəal cəlb olunması, milli azlıqları təmsil edən idarələrin səmərəli iştirakı dövlət tərəfindən, mili azlıqların dövlət işlərinə, o cümlədən, azlıqların müdafiəsi və onların özünəməxsusluqlarının təşviqi işində səmərəli iştirakının əhəmiyyətini qeyd edən Kopenhagen Sənədinin 35-ci paraqrafının ruhuna uyğun şəkildə təşviq olunmalıdır.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsi azlıqların öz dillərindən onların qruplarının digər üzvləri ilə birlikdə istifadə etmək hüququndan danışır. İqtisadi-sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsi valideynlərə öz uşaqları üçün hakimiyyətin təsis elədiyi məktəblərdən başqa məktəblər seçmək hüququna zəmanət verir. Bu maddə, eyni zamanda şəxslərin və təşkilatların dövlətin müəyyənləşdirdiyi təhsilin minimal standartlarına cavab verən alternativ təhsil idarələri yaratması və köməklik etməsi hüququna zəmanət verir. Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 13-cü maddəsi azlıqların özlərinin xüsusi təhsil idarələrini yaratmaq və idarə etmək hüququndan danışır, baxmayaraq ki, dövlət bu idarələri maliyyələşdirməyə cavabdeh deyildir. Kopenhagen Sənədinin 32-ci maddəsi bu idarələri maliyyələşdirməyi dövlətin üzərinə öhdəçilik qoymur, amma müəyyənləşdirir ki, bu idarələr "milli qanunvericiliyə uyğun şəkildə dövlət yardımı axtara" bilərlər.

Milli azlıqların təhsil də daxil olmaqla özlərinin idarələrini yaratmaq və idarə etmək hüququ beynəlxalq hüquqda yaxşı əsaslandırılıbdır və beləcə də qəbul olunmalıdır. Bu prosesləri inzibati baxımdan və özünün qanunvericiliyinə uyğun şəkildə müşahidə etmək hüququnun olmasına baxmayaraq, dövlət əməli şəkildə mümkünsüzləşdirən əsaslandırılmamış tələblər irəli sürməklə milli azlıqların özlərinin şəxsi təhsil idarələrini yaratmaq hüququnun gerçəkləşdirilməsinə maneəçilik törətməməlidir.

Dövlətin bu özəl idarələrin maliyyələşdirilməsini formal öhdəsinə götürməməsinə baxmayaraq, onların yerli və beynəlxalq mənbələrdən vəsait axtarışlarına maneəçilik törətməməlidir.

Azlıqların dillərində təhsilə aid beynəlxalq sənədlər bəyan edirlər ki, azlıqların özlərinin özünəməxsusluqlarına doğma dilləri vasitəsi nəinki köməklik göstərmək hüquqları var, onların, eyni zamanda dövlət dilini öyrənmək yolu ilə geniş milli cəmiyyətə inteqrasiya olmaq və onun həyatında iştirak etmək hüquqi da vardır.

Yuxarıda deyilənlərə istinad etsək, ATƏT ölkələrində milli azlıqların çoxdillilik uğurlarına həm milli azlıqların müdafiəsinə, həm də onların inteqrasiyasına aid beynəxlalq sənədlərin məqsədə çatdığının ən səmərəli yollarından biri kimi baxıla bilər. İbtidai və orta təhsilə aid tövsiyələr azlıqların dil təhsili siyasətinin inkişafına və uyğun proqramların gerçəkləşdirilməsinə xidmət edən rəhbərlik kmi nəzərdə tutulubdur.

Belə yanaşma təhsil sahəsində tədqiqatlara əsaslanır və uyğun beynəlxalq normaların gerçək yozumunu nəzərdə tutur. Belə yanaşmanın səmərəliliyi bir sıra faktorlardan asılıdır. Birinci səviyyə ondan ibarətdir ki, belə yanaşma doğma dildən təlim vasitəsi kimi istifadə etməklə azlıqların daha zəif dillərini gücləndirir. Başqa faktor ikidilli müəllimlərin bu prosesə cəlb olunması səviyyəsindədir.

Bundan başqa, azlıqların dillərinin və dövlət dilinin 12 illik təlimdə tədris olunduğu və nəhayət, uşağın təhsilinin müxtəlif mərhələlərində hər iki dildən optimal istifadə edildiyi səviyyəni də nəzərə almaq lazımdır.

Belə yanaşma azlıqların daha zəif dillərinin inkişafı üçün zəruri məkan yaradılması ilə bağlıdır. Bu yanaşma məqsədi yalnız dövlət dilində təhsilə ilkin keçidi yüngülləşdirmək naminə azlıqlara dillərin təlim edilməsi və ya azlıqların dillərində minimal təhsili gerçəkləşdirmək olan başqa yanaşmalarla kəskin kontras təşkil edir.

Dərs kursu yalnız dövlət dilində tədris edilən və azlıqların uşaqları sinifdə çoxluğun uşaqlar ilə tam inteqrasiya olan yanaşma beynəlxalq standartlara uyğun deyildir.

Bütün təlim prosesi boyu təlimin azlıqların doğma dilində aparıldığı və çoxluğun dili, ya keçilməyən ya da az dərəcədə keçilən "milli" məktəblərə də bunu aid etmək olar.

Kopenhagen Sənədinin 34-cü paraqrafında əksini tapmış milli azlıqlara mənsub şəxslərin doğma dilini öyrənmək və ya doğma dildə təhsil almaq hüququ xüsusi predmetlər üzrə doğma dildə peşə təhsili almaq hüququnu da bildirməlidir. ATƏT ölkələri buna aşkar cəhd göstərilən və arzulayanların sayı haqq qazandıran yerdə belə təhsilə bərabərlik və qeyri-diskriminasiya ruhunda təminat yaratmalıdırlar.

Digər tərəfdən dövlətin özünün iqtisadi və təhsil siyasətini planlaşdırmaq və nəzarət etmək bacarığı da ziyan görməməlidir. Peşə məktəblərinin məzunlarının öz peşələrində dövlət dilində danışmaq imkanları onlar üçün üstünlük olacaq. Bu, onlara həm azlıqlar toplaşmış bölgədə, həm də dövlətin istənilən yerində işləməyə imkan verəcək. Məhsulun, xidmətin və əməyin sərbəst hərəkətini nəzərdə tutan bazar iqtisadiyyatına keçid vaxtı dövlət dilini bilmək sahəsindəki məhdudiyyət dövlətin işə düzəltmək imkanını və ümumi iqtisadi inkişafı çətinləşdirə bilər. Deməli, milli azlıqlar üçün peşə təhsili ehtiva etməlidir ki, tələbələr dövlət dilində (dillərində) uyğun təhsil alırlar.

Əvvəlki halda olduğu kimi, Kopenhagen Sənədinin 34-cü paraqrafında yazıldığı doğma dili öyrənmək və ya doğma dildə təhsil almaq hüququ milli azlıqların doğma dillərində ali təhsil almaq hüququnu nəzərdə tuta bilər. Bu halda da bərabər imkanlar və diskriminasiyaya yol verməmək prinsiplərinə, eyni zamanda cəmiyyətin ehtiyacına və arzu edənlərin kifayət sayda olmasına diqqət yetirilməlidir. Dövlət tərəfindən maliyyələşdirmə olmadıqda, azlıqların öz ali təhsil idarəsini yaratmaq azadlığı məhdudlaşdınlmamalıdır.

Kopenhagen Sənədinin 35-ci paraqrafı azlıqların yalnız özünəməxsusluğunun qorunmasında deyil, eyni zamanda təşviqində dövlətin mühüm rolunu xüsusi qeyd edir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, dövlət ehtiyac özünü göstərən və azlıqların sayı haqq qazandıran yerdə azlıqların dilində ali təhsili mümkünləşdirmək imkanlarını nəzərdən keçirməlidir. Bu kontekstdə doğma dildə təhsil müəllim hazırlığı ilə məhdudlaşdırılmamalıdır.

Yuxarıda deyilənləri müəyyənləşdirəndən sonra bazar məhdudiyyətini nəzərə almaq lazımdır. Azlıqların dillərində ali təhsilin təmin edilməsi paralel infrastruktur yaradılmasının sinonimi olmamalıdır. Bundan başqa, alı məktəblər səviyyəsində paralel müəssisələrin gücləndirilməsi azlıqların çoxluqdan təcridinə gətirib çıxara bilər. İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin 26-cı maddəsi təhsilin məqsədinin millət, irqlər və dini qruplar arasında anlaşılmaya, dözümlülüyə və dostluğa yardım göstərilməsi olduğunu qeyd edir. Bu maddənin ruhunu və inteqrasiyasının məqsədini nəzərə almaqla, demək olar ki, çoxluq və azlıqların intellektual və mədəni inkişafı bir-birindən tədric olunmuş şəkildə baş verməməlidir.

İkinci Dünya müharibəsinin axırlarında qəbul olunmuş çoxsaylı beynəlxalq sənədlər təhsilin məqsədinə xüsusi əhəmiyyət verir. Bu sənədlərə əsasən, təhsil yalnız akademik və ya texniki hazırlığın təminatı üçün zəruri deyil, eyni zamanda dözümlülük, plüralizm, faşizmə qarşı dözümsüzlük, beynəlxalq və icmalararası harmoniya kimi dəyərlərin təsdiqi üçün zəruridir. Belə tələblər milli azlıqlar yaşayan dövlətlərin öhdəsinə xüsusi məsuliyyət qoyur. Bu dövlətlərdə qruplar və etniklərarası birgəyaşayış və harmoniya həm də regionda sülhün və sabitliyin saxlanılmasının əsas faktorudur.

Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT-nin Bəyannaməsinin 4-cü maddəsində dövlətdən tələb olunur ki, "ərazilərindəki mövcud azlıqların öz tarixlərini, ənənələrini, dillərini və mədəniyyətlərini bilmələrinə təşviq etsin". Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 12-ci maddəsi dövlətlərdən tələb edir ki, "onların milli azlıqlarının mədəniyyətini, tarixini, dilini və dinini bilməni təşviq etsinlər".

ATƏM-in İnsan Ölçüləri üzrə Kopenhagen Müşavirəsi Konfransının Sənədinin 34-cü paraqrafında belə bir tələbdən danışılır ki, dövlətlərin məktəb-təhsil proqramında "həm də milli azlıqların tarixi və mədəniyyəti nəzərə alınsın".

Bu tələblər dövlətlərin öhdəsinə öz sərhədləri daxilində yaşayan müxtəlif milli azlıqların tarixi və ənənəsinin öyrənilməsi üçün məktəb proqramında yer ayırmaq vəzifəsini qoyur. Amma dövlət hakimiyyəti uyğun milli azlıqların iştirakına lazımi diqqəti yetirmədən bunu özləri də edə bilər. Belə yanaşma məsləhət bilinmir və mənfi nəticələri ola bilər.

Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 15-ci maddəsi, ATƏM-in İnsan Ölçüləri üzrə Kopenhagen Müşavirəsi Konfransının Sənədinin 30 paraqrafı və milli və ya etnik, irqi və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin 3-cü maddəsi milli azlıqların qərar qəbulu prosesində, xüsusən nəzərdən keçirilən məsələlərin birbaşa onlara aid olduğu hallarda iştirakının zəruriliyini qeyd edir.

Azlıqların dillərində dərs proqramlarının hazırlanması üzrə mərkəzlərin yaradılması bu ikili prosesi yüngülləşdirər və onu keyfiyyətlə və peşəkarlıqla təmin edər.

Azlıqların təhsil hüququ problemi ATƏT-in bir sıra dövlətləri üçün mürəkkəb məsələdir. Bununla belə, təhsil prosesi vasitəsi ilə iştirakçı dövlətlərdə müxtəlif icmalar arasında qarşılıqlı hörməti və anlaşılmanı gücləndirmək və ona səmərəli təsir göstərmək mümkündür.

Hazırda bu məsələnin həssaslıq tələb edən təbiətindən çıxış edərək və insan hüquqları ilə bağlı beynəlxalq sənədlərdəki normaların bu və ya digər dərəcədə qeyri-müəyyən və ümumi xarakterini nəzərə alaraq, ümid etmək olar ki, silsilə tövsiyələrin işlənməsi azlıqların təhsil hüquqları məsələlərinin daha yaxşı anlaşılmasına və yanaşılmasına töhfə verəcəkdir. Haaqa tövsiyələri dolğun yekun kimi düşünülməyibdir. Bu tövsiyələr dövlətlərə azlıqlarla bağlı təhsil məsələləri siyasətinin hazırlanması prosesində kömək ola biləcək ümumi əsas kimi istifadə üçün nəzərdə tutulubdur.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər