PDF Oxu

MİA

  • 3 312

Milli azlıqların hüquqları

image

Cəmiyyətin həyatı, qeyri-hökumət təşkilatları və informasiya vasitələri milli azlıqlara mənsub və birgə hərəkət edən şəxslərin kollektiv həyatı, beynəlxalq alətlərdə göstərildiyi kimi, fəaliyyətin çoxsaylı növlərində və sahələrində ifadəsini tapır. Bu həyatda, mövcudluğu onların identikliyini dəstəkləmək və inkişaf etdirmək üçün, adətən, həyati əhəmiyyət kəsb edən qeyri-hökumət təşkilatları, assosiasiyalar və idarələr az əhəmiyyət oynamır. Ona, ümumilikdə faydalı iş kimi və dövlətdə demokratik dəyərlərin və vətəndaş cəmiyyətinin inkişafına yardım göstərən kimi baxılır.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 21 və 22-ci maddələri şəxslərin dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna təminat verir. Şəxsin qrupunun digər üzvləri ilə "birlikdə" hərəkət etmək hüququ - öz şəxsi qeyri-hökumət təşkilatlarını, assosiasiyalarını və idarələrini yaratmaq və idarə etmək hüququ və ibadət etmək hüququ açıq və demokratik cəmiyyətin fərqli əlamətlərindən biridir. Həmin paktın 27-ci maddəsi təsdiq edir ki, "...azlıqlara mənsub şəxslərin həmin qrupun başqa üzvləri ilə birlikdə... doğma dildən istifadə hüququna rədd cavabı verilməməlidir". Buna görə də, bir qayda olaraq, dövlət hakimiyyəti "birgə hərəkət edən" belə qrupların daxili işlərinə qarışmamalıdır və beynəlxalq hüququn imkan verdiyindən başqa, onlara heç bir məhdudiyyət qoymamalıdır. Milli azlıqları müdafiə haqqında Çərçivə Konvensiyasının 17(2)-ci maddəsi dövlətdən tələb edir ki, "milli azlıqlara mənsub şəxslərin hüquqlarını gerçəkləşdirməyə, milli və beynəlxalq səviyyədə qeyri-hökumət təşkilatlarının fəaliyyətində iştirak etməsinə mane olmasın".

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2(1)- ci maddəsi müəyyənləşdirir ki, hər bir dövlət "onun ərazisində olan və qanunları ilə yaşayan bütün şəxslərə ...dilə münasibətdə heç bir fərq qovmadan və bu paktda etiraf olunan hüquqlar verməyi öhdəsinə götürür". Bu standarta uyğun olaraq, dövlət dilə görə qeyri-hökumət təşkilatına qarşı diskriminasiyaya yol verə və onlara lazımsız dil məhdudiyyətləri qoya bilməz. Amma bununla belə, dövlət hakimiyyəti belə təşkilatlardan, assosiasiyalardan və institutlardan dövlət orqanları ilə qarşılıqlı əlaqə tələb edən şəraitdə, rəsmi dövlət dilindən (dillərindən) istifadə də daxil olmaqla, qanuni ictimai maraq əsasında ölkə qanunvericiliyinin tələblərinə tabeçilik tələb edə bilər.

Resurslara gəlincə, Kopenhagen Sənədinin 32.2 bəndində deyilir ki, milli azlıqlara mənsub şəxslərin "könüllü maliyyə və başqa ödəmələr, eyni zamanda, milli qanunvericiliyə uyğun şəkildə dövlət dəstəyi axtara bilən şəxsi təhsil, mədəni və dini idarələrini, təşkilatlarını, yaxud da assosiasiyalarını yaratmaq və dəstəkləmək hüququ vardır". Deməli, dövlət bu təşkilatlara həm dövlət büdcəsindən, həm də beynəlxalq açıq mənbələrdən və şəxsi sektordan maliyyə vəsaiti axtarmağa mane olmamalıdır.

Qeyri-hökumət, o cümlədən sosial-mədəni və idman sahələrindəki təşkilatların dövlət maliyyələşdirilməsinə gəlincə, bərabərlik və diskriminasiyaya yol verməmək prinsipi tələb edir ki, dövlət hakimiyyəti onların sərhədləri daxilində yaşayan milli azlıqların dillərindəki belə fəaliyyətlərə uyğun maliyyə payı ayırsın. Bununla əlaqədar Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2(1)-ci maddəsi yalnız fərdə münasibətdə dilə əsaslanmış fərqin olmadığını qeyd etmir, eyni zamanda 2(2)-ci maddədə göstərilir ki, dövlət "... Paktda etiraf olunan hüquqların gerçəkləşdirilməsi üçün zəruri ola biləcək qanunvericilik və digər tədbirlərin görülməsi üçün zəruri tədbirlər görəcəyini öhdəsinə götürür. Bundan başqa, İrqi Diskriminasiyanın Ləğvi haqqında Beynəlxalq Konvensiyanın 2(2)-ci maddəsi (bu maddə irqi, dəri rəngi, nəsil, milli və ya etnik mənşə əlamətlərinə əsaslanan istənilən fərqi, istisnanı, məhdudiyyəti və üstün tutmanı ləğv etməyə yönəlibdir) göstərir ki, iştirakçı dövlətlər şərait tələb edəndə, bəzi irqi qrupların və onlara mənsub şəxslərin lazımi inkişafına və müdafiəsinə təminat məqsədilə sosial-iqtisadi, mədəni və s. sahələrdə xüsusi və konkret tədbirlər qəbul etməlidirlər ki, onlara insan hüquqları və əsas azadlıqlarından tam və bərabər istifadəyə təminat versinlər". Dil yuxarıda göstərilən konvensiyada müdafiə olunan etnikliyin müəyyənləşdirici meyarı olduğundan azlıqların dilində danışan qrupların da belə "xüsusi və konkret tədbirlərdən" istifadə etmək hüququ vardır.

Kopenhagen Sənədinin 31-ci bəndi Avropa səviyyəsində müəyyənləşdirir ki, "dövlət lazım olan yerdə milli azlıqlara mənsub şəxslərə insan hüquqları və əsas azadlıqlarının tətbiqində başqa vətəndaşlarla tam bərabərlik təmin etmək üçün xüsusi tədbirlər görəcəkdir". Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 4-cü maddəsi iştirakçı dövlətlərin boynuna öhdəlik qoyur ki, "iqtisadi-sosial, siyasi və mədəni həyatın bütün sahələrində milli azlıqlara mənsub şəxslərlə əhalinin əsas qrupuna mənsub şəxslər arasında tam və həqiqi bərabərliyi təşviq etmək üçün zəruri halda, lazımlı tədbirlər görsünlər"; həmin maddənin 3-cü bəndi daha sonra dəqiqləşdirir ki, "2-ci bəndə uyğun şəkildə qəbul olunmuş tədbirlər diskriminasiya aktı kimi nəzərdən keçirilmir". Bundan başqa, bölgə dilləri və azlıqların dilləri üzrə Avropa Xartiyasının 7(2)-ci maddəsi müəyyənləşdirir ki, "bu dilləri işlədənlərlə yerdə qalan əhali arasında bərabərliyi gerçəkləşdirməyə yönəlmiş və ya onların xüsusi vəziyyətini nəzərə alan və bölgə dillərinin və azlıqlarının dillərinin rifahı naminə qəbul edilmiş xüsusi tədbirlər daha geniş yayılmış dillərdən istifadə edənlərə qarşı diskriminasiya aktı kimi nəzərdən keçirilmir". Bununla əlaqədar dövlət hakimiyyəti milli azlıqlara mənsub şəxslərin fəaliyyətini, həm də sosial-mədəni və idman sahələrində fəaliyyətini dəstəkləmək üçün dövlət büdcəsindən ədələtli pay resursu ayırmaladır. Belə dəstək maddi yardım, dövlət müavinəti və vergi güzəştləri şəkilində ola bilər.

Fikir demək və ifadə etmək hüququna təminat verən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi demokratik cəmiyyətlərdə informasiya vasitələrinin yeri və rolu haqqında fundamental çıxış nöqtəsidir. Bununla belə, 19(1)-cu maddədə göstərilir ki, "hər bir insanın maneəsiz öz fikrində qalmaq hüququ vardır". 19(2)-cu maddə daha sonra hər bir şəxsin "dövlət sərhədlərindən asılı olmayaraq, şifahi, yazılı, yaxud mətbuat və ya bədii ifadə ilə, seçiminə uyğun digər vasitələrlə hər cür informasiya və ideya axtarmaq, almaq və yazmaq" azadlığına təminat verir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığına da beləcə təminat verir. Avropa Şurasının iştirakçı dövlətləri ifadə və informasiya azadlığı haqqında Bəyənnamənin 1-ci maddəsində "demokratik, plüralist cəmiyyətin əsas elementi kimi ifadə və informasiya azadlığına qəti bağlılıqlarını" təkrarladılar. Bu əsasda dövlətlər həmin alətdə bəyan etdilər ki, "informasiya və kütləvi informasiya vasitələri sahəsində onlar nail olmağa cəhd göstərirlər... Müxtəlif ideya və fikirləri əks etdirməyə imkan verən müxtəlif geniş, müstəqil və avtonom informasiya vasitələrinin mövcudluğuna".

Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 9(1)-cu maddəsi açıq göstərir ki, milli azlıqlara mənsub şəxslərin "açıq hakimiyyətin müdaxiləsindən və sərhədlərdən asılı olmayaraq, hansısa fikri müdafiə etmək, azlıqların dilində informasiya və ya ideya olmaq və mübadilə aparmaq hüququ vardır. Daha sonra həmin bənd tələb edir ki, dövlət "öz hüquqi sistemi daxilində milli azlıqlara mənsub şəxslərin informasiya vasitələrinə imkan baxımından diskriminasiyaya məruz qalmamasını təmin etsin". Çərçivə Konvensiyasının 9(3)-cu maddəsi göstərir ki, dövlət "milli azlıqlara mənsub şəxslərin informasiya vasitələrini yaratmalarına və istifadə etmələrinə maneəçilik törətmir". Həmin maddə müəyyənləşdirir ki, "radioverilişləri və televiziya verilişlərinin qanuni əsasları çərçivəsində onlar imkan dərəcəsində milli azlıqlara mənsub şəxsləri özlərinin şəxsi informasiya vasitələrini yaratmaq və istifadə etmək imkanı ilə təmin edirlər". Onu da qeyd etmək lazımdır ki, başqa sənədlərlə yanaşı, Kopenhagen Sənədinin 32.2. bəndində nəzərdə tutulan elə tip orqan ola bilər ki, milli azlıqlara mənsub şəxslərin "özlərinin şəxsi təhsil, mədəni və dini təşkilatlarını, idarələrini və assosiasiyalarını... yaratmaq və dəstəkləmək" hüququnu özündə əks etdirsin. İnformasiya vasitəsinin burada birbaşa xatırlanmamasına baxmayaraq, bunlar çox vaxt dilin, mədəniyyətin və identikliyin dəstəklənməsində və saxlanılmasında fundamental rol oynayırlar.

Milli azlıqlara mənsub şəxslərin özəl informasiya vasitələri yaratmaq və dəstəkləmək hüququnun olduğu şübhə doğurmadığı kimi, o da düzgündür ki, bu hüquqlar həm beynəlxalq hüquqa görə, həm də informasiya vasitələrini tənzimləməyə münasibətdə dövlətin qanuni tələbləri ilə əlaqədar müəyyənləşdirilən məhdudiyyətlərə məruz qalmalıdır. Çərçivə Konvensiyasının 9(2)-ci maddəsi konvensiyanın 9(1)-ci maddəsində danışılan ifadə azadlığının "tərəflərə hər hansı diskriminasiya yol vermədən və obyektiv meyarlar əsasında radio verilişləri idarələrinin, televiziya verilişlərinin və ya kinematoqrafın lisenziyalaşdırılmasına maneəçilik törətmədiyini" vurğulamaqla buna işarə edir. Lazım olan və özünü doğruldan yerdə tənzimləyici tədbirlər bu hüquqdan istifadə imkanını sarsıtmaq üçün istifadə oluna bilməz.

Açıq mənbələrdən maliyyələşdirilən informasiya vasitələrinə imkan məsələsi ifadə azadlığı anlayışı ilə sıx bağlıdır. Çərçivə Konvensiyasının 9(1)-cu maddəsi müəyyənləşdirir ki, milli azlıqlara mənsub şəxslərin ifadə azadlığı özündə açıq hakimiyyət tərəfindən müdaxilə edilmədən azlıqların dillərində informasiya və ideya vermək azadlığını ifadə edir və davam edir ki, "milli azlıqlara mənsub şəxslər informasiya vasitələrinə münasibətdə diskriminasiyaya məruz qalmamalıdırlar". Çərçivə Konvensiyasının 9(4)-cü maddəsi müəyyənləşdirir ki, "tərəflər milli azlıqlara mənsub şəxslərin informasiya vasitələrinə imkanlarını təmin etmək üçün lazımi tədbirlər görürlər". Bu, üzvlərin böyük əksəriyyətini təşkil edən milli azlıqlara İctimai Televiziya və radioda ədalətli veriliş vaxtına imkan yaradılmasını nəzərdə tutur və veriliş vaxtının müəyyənləşdirilməsində uyğun azlıqların sayı nəzərə alınmalıdır.

Amma say və konsentrasiya müəyyən milli azlıqlara ayırılması veriliş vaxtının müəyyənləşdirilməsində yeganə meyar kimi nəzərdən keçirilməlidir. Kiçik qruplar olduğu halda, çox da böyük olmayan azlığın informasiya vasitəsindən ağıllı şəkildə istifadə edə biləcəyi qədər minimum vaxt və resurslar verilməsinə baxılmalıdır.

Bundan başqa, azlıqlar üçün proqramlara verilən vaxtın keyfiyyətinə də ağılla, qeyri-diskriminasiya əsasında yanaşmaq lazımdır. Azlıqların dilində proqramlara ayrılmış vaxt proqramda elə bölünməlidir ki, milli azlıqlara mənsub şəxslərin öz dillərindəki proqramlardan özlərinə əhəmiyyətli şəkildə istifadə etmələrinə imkan yaradılsın. Buna görə də dövlət hakimiyyəti proqramların gün ərzində rahat vaxtda yayımlanmasını təmin etməlidir.

10) Açıq və demokratik cəmiyyətdə informasiya proqramının məzmunu dövlət hakimiyyəti tərəfindən lazımsız senzuraya məruz qalmamalıdır. Bu baxımdan, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19(1) maddəsində və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10(l)-cu maddəsində təminat verilən ifadə azadlığı mühümdür. Dövlət hakimiyyəti tərəfindən məruz qalan istənilən məhdudiyyətlər paktın 19(3) maddəsinə uyğun gəlməlidir. 19(3)-cü maddə müəyyənləşdirir ki, bu məhdudiyyətlər "qanunun müəyyənləşdirdiyi kimi və zəruri olmalıdır: a) başqa şəxslərin hüquq və nüfuzuna hörmət üçün; v) dövlət təhlükəsizliyini, ictimai asayişi, əhalinin sağlamlığının və əxlaqının qorunması üçün". İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10(2)-ci maddəsi ifadə azadlığından istifadədə dövlət hakimiyyətinin istənilən müdaxiləsinə təxminən identik məhdudiyyət müəyyənləşdirir.

Elə mexanizm yaradılmalıdır ki, milli azlıqlara mənsub şəxslər adından və ya kənardan dövlət informasiya vasitələrində proqramların işlənib-hazırlanması birliyin üzvlərinin maraq və arzularını əks etdirsin və bu kontekstdə milli azlıqlara mənsub şəxslərin (fərdi şəxs qismində) redaktə prosesində iştirakı informasiya vasitələrinin müstəqil təbiətinin qorunması üçün əhəmiyyətli olardı və xidmət göstərilən birliyin tələblərinə cavab verərdi. Bərabərlik və diskriminasiyaya yol verməmək prinsipi ilə əlaqədar dövlət təşkilatlarının tərkibi xidmət göstərdiyi əhalini əks etdirməlidir. Bu, həm də ictimai informasiya vasitələrinə aiddir. Çərçivə Konvensiyasının 15-ci maddəsi dövlətlərdən "milli azlıqlara mənsub şəxslərin mədəni, ictimai və iqtisadi həyatda, eyni zamanda dövlət, xüsusən də onlarla əlaqədar işlərin aparılmasında fəal iştirakı üçün zəruri şərait yaratmağı" tələb edir. Məşğulluğa və peşəyə münasibətdə diskriminasiya haqqında Beynəlxalq Əmək Təşkilatının 111 №-li Konvensiyasının 2-ci maddəsi dövlətlərdən "imkanlar və peşəyə münasibətdə müraciət (sonuncu ilə əlaqədar istənilən diskriminasiyanı ləğv etmək məqsədilə) bərabərliyinə yönəlmiş milli siyasət yürütməyi" daha aydın şəkildə tələb edir. Milli azlıqlara mənsub şəxslərin informasiya vasitələrində diskriminasiyaya yol vermədən işə qəbulu informasiya vasitələrinin nümayəndəliliyinə və obyektivliyinə töhfə verir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər