PDF Oxu

MİA

  • 2 726

Milli azlıqların hüquqları ilə bağlı beynəlxalq aktlar

image

Avropa Şurasının 1949-cu ildə mayın 5-də Londonda qəbul edilmiş Nizamnaməsində milli azlıqların hüquqları ilə bağlı göstərilir ki, Belçika Krallığı, Danimarka Krallığı, Fransa Respublikası, İrlandiya Respublikası, İtaliya Respublikası, Luküsemburq Böyük Hersoqluğu, Niderlandiya Krallığı, Norveç Krallığı, İsveç Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri,

ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanan sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın saxlanılması üçün həyati zəruriliyinə uyğun gəldiyinə inanaraq, xalqların ümumi sərvəti, istənilən həqiqi demokratiyanın əsasını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və hüququn aliliyi prinsiplərinin əsl qaynağı olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək, bu idealları qoruyub-saxlamaq üçün və sosial və iqtisadi tərəqqinin mənafeyi baxımından bu görüşlərə şərik olan bütün Avropa ölkələrinin daha sıx birliyinə tələbatın olduğuna əmin olaraq, öz xalqlarının aydın ifadə olunmuş niyyətlərinə cavab olaraq, Avropa dövlətlərini daha sıx birliyə yaxınlaşdıra biləcək bir təşkilatın təxirə salınmadan yaradılmasını vacib hesab edərək, bunun əsasında, hökumət nümayəndələri Komitəsindən və Məsləhətçi Məclisdən ibarət olan Avropa Şurasını təsis etməyi qərara aldılar və bu məqsədlə hazırkı Nizamnaməni qəbul etdilər.

Avropa Şurasının məqsədi ümumi sərvətləri olan idealların və prinsiplərin qorunması və həyata keçirilməsi naminə üzvləri arasında böyük birliyə nail olmaq, onların iqtisadi və sosial tərəqqisinə kömək etməkdir.

Avropa Şurası orqanlarının səyləri nəticəsində ümumi maraq doğuran məsələləri müzakirə etməklə, sazişlər bağlamaqla və iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati sahələrdə birlikdə hərəkət etməklə, həmçinin, insan hüquqlarının və əsas azadlıqları müdafiə etmək və sonra da həyata keçirmək yolu ilə bu məqsədə nail olunacaqdır.

Üzv dövlətlərin Avropa Şurasının işində iştirakı Birləşmiş Millətlər Təşkilatının və daxil olduqları digər beynəlxalq təşkilat və birliklərin fəaliyyətinə verdikləri töhfəyə mənfi təsir göstərməməlidir.

Milli müdafiə ilə bağlı məsələlər Avropa Şurasının səlahiyyətlərinə daxil deyildir.

18 oktyabr 1961-ci il Avropa Şurası tərəfəndən Turində qəbul edilmiş 26 fevral 1965-ci il tarixdə qüvvəyə minmiş "Avropa Sosial Xartiyası"nda göstərilir: "1 yanvar 1989-cu il tarixli vəziyyətə görə 15 iştirakçı sosial hüquqların həyata keçirilməsi, irqi, dərinin rəngi, cinsi əlamətlərə, dini-siyasi görüşlərə, milli mənsubiyyətə, yaxud da sosial mənşəyə görə heç bir ayrı-seçkiliyə yol vermədən təmin edilməli olduğunu hesab edərək, müvafiq idarələrin və fəaliyyətin köməkliyi ilə həm şəhər, həm də kənd əhalisinin həyat səviyyəsini yüksəltmək və sosial rifahını təmin etmək üçün birlikdə hər cür səy göstərmək qərarına gələcəklər."

Bölgə dilləri və azlıqların dilləri haqqında, Avropa Xartiyasında (1992-ci il, noyabrın 5-də Straqburqda təqdim edilmişdir) göstərilir:

Bu Xartiyanı imzalayan dövlətlər - Avropa Şurasının üzvləri Avropa Şurasının əsas məqsədinin üzv dövlətlər arasında, xüsusən, onların ümumi sərvəti olan idealların və prinsiplərin qorunması və inkişafı naminə daha sıx birliyin yaradılması olduğunu nəzərə alaraq;

bölgə və azlıqların zaman keçdikcə itə biləcək dillərinin qorunmasının Avropa mədəni ənənəsinin və mədəni sərvətinin mühafizəsinə və inkişafına kömək etdiyini nəzərə alaraq;

şəxsi və ictimai həyatda bölgə və azlıqların dillərini işlətmək hüququnun mülki və siyasi hüquqlar haqqında BMT-nin Beynəlxalq Paktındakı prinsiplərə, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Şurası Konvensiyasının ruhuna uyğun ayrılmaz hüquq olduğunu nəzərə alaraq;

ATƏM çərçivəsində görülmüş işləri, xüsusilə, 1975-ci il Helsinki Müşavirəsinin Yekun Aktını və 1990-cı il Kopenhagen Görüşünün sənədini nəzərə alaraq;

çoxdilliliyin və mədəniyyətlər arasında qarşılıqlı təsirin əhəmiyyətini qeyd edərək, həmçinin, bölgə və azlıqların dillərinin qorunması və inkişaf etdirilməsinin rəsmi dillərin və onları öyrənmə zərurətinin zərərinə həyata keçirilməməli olduğunu nəzərə alaraq;

Avropanın müxtəlif ölkələrində və bölgələrində bölgə dillərinin qorunması və inkişaf etdirilməsinin milli suverenlik və ərazi bütövlüyü çərçivəsində demokratiya və mədəniyyət müxtəlifliyi prinsiplərinə əsaslanan yeni Avropa quruculuğuna mühüm töhfə olduğunu dərk edərək;

Avropa ölkələrində hər bir rayona xas olan səciyyəvi xüsusiyyətləri və tarixi ənənələri nəzərə alaraq, aşağıdakılar haqqında razılığa gəlmişlər:

Bu Xartiyanın kontekstində:

"Bölgə dilləri, yaxud azlıqların dilləri" termini aşağıdakı dillərə münasibətdə işlədilir:

dövlətin əsas əhalisindən sayca az qrup təşkil edən vətəndaşları tərəfindən həmin dövlətin ərazisində ənənəvi olaraq işlədilir və bu dövlətin rəsmi dilindən (dillərindən) fərqlənir; bu termin əsas dilin (dillərin) dialektlərinə və mühacirlərin dilinə aid edilmir;

"bölgə dilinin, yaxud azlıqlar dilinin işləndiyi ərazi" termini altında elə coğrafı məkan başa düşülür ki, həmin dil bu Xartiyada dilin qorunması və inkişaf etdirilməsi nəzərdə tutulan müxtəlif tədbirlərin görülməsinə haqq qazandıracaq sayda şəxslərin ünsiyyət vasitəsinə çevrilsin;

"ərazisi olmayan dillər" terminiylə dövlətin vətəndaşları tərəfindən işlədilən və əhalinin qalan hissəsinin işlətdiyi dildən (dillərdən) fərqli olan dillər başa düşülür, ancaq bu dillər ənənəvi olaraq dövlətin ərazisində işlənsə də bu ərazidə konkret bir coğrafi məkana, bilavasitə bağlana bilməz.

Tərəflərin hər biri II hissənin müddəalarını 1-ci maddənin təriflərinə uyğun olan, ərazisindəki bütün bölgə, yaxud azlıqların dillərinə tətbiq etməyi öhdəsinə götürür.

3-cü maddəyə uyğun olaraq, təsdiq, qəbul, yaxud bəyənilmə anında göstərilən hər hansı bir dil barəsində tərəflərin hər biri bu Xartiyanın III hissəsindən azı otuz beş paraqraf, yaxud abzas, o cümlədən, 8-ci və 12-ci maddələrin hər birindən azı üç, 9-cu, 10-cu, 11-ci və 13-cü maddələrin isə hər birindən bir paraqraf, yaxud abzas tətbiq etməyi öhdəsinə götürür.

Razılığa gəlmiş dövlətlərdən hər biri 2-ci maddənin 2-ci paraqrafına uyğun olaraq seçilmiş müddəaların tətbiq ediləcəyi hər bir bölgə, yaxud azlığın dilini və ya onun bütün ərazisinə daha az yayılmış hər bir dili, yaxud onun rəsmi dilinin hissəsini Xartiyanın təsdiqi, qəbulu, yaxud bəyənilməsi haqqında sənəddə göstərməlidir.

Bundan sonra tərəflərin hər biri Xartiyanın təsdiqnaməsində, yaxud qəbulu və ya bəyənilməsi haqqında sənəddə göstərilməyən istənilən digər paraqrafın müddəalarından irəli gələn öhdəlikləri qəbul etdiyini və ya bu maddənin 1-ci paraqrafına hər hansı digər bölgə dilinə, yaxud azlığın dilinə və ya onun bütün ərazisinə daha az yayılmış dilə, yaxud onun rəsmi dilinin hissəsinə tətbiq edəcəyini istənilən vaxt baş katibə xəbər verə bilər.

Əvvəlki paraqrafda nəzərdə tutulan öhdəliklər təsdiqin, qəbulun, yaxud bəyənilmənin tərkib hissəsi sayılacaq və bildiriş anından eyni hüquqi nəticələrə malik olacaqdır.

Bu Xartiyanın heç bir müddəası İnsan Huquqları haqqında Avropa Konvensiyası tərəfindən təminat verilən hüquqların məhdudlaşdırılması, yaxud istisna edilməsi (ondan geri çəkilmə) kimi yozula bilməz.

Bu Xartiyanın müddəaları artıq tərəflərin birində qüvvədə olan, yaxud müvafiq ikitərəfli və ya çoxtərəfli beynəlxalq sazişlərdə nəzərdə tutulan və bölgə dillərinin, yaxud azlıqlarının dilinin statusunu və ya azlığa mənsub olan şəxslərin hüquqi statusunu qaydaya salan daha əlverişli müddəalara zərər yetirmir.

Bu Xartiyanın heç bir müddəası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsədlərinə, yaxud dövlətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri də daxil olmaqla, beynəlxalq hüquq üzrə digər öhdəliklərə zidd fəaliyyətlə məşğul olmaq və hər hansı bir hərəkəti etmək hüququnu nəzərdə tutduğu kimi yozula bilməz.

Tərəflər bu Xartiyada təsdiq edilən hüquq və vəzifələr haqqında müvafiq orqanların, təşkilatların və şəxslərin məlumat almasını nəzarətdə saxlamağı öhdələrinə götürürlər.

Ərazilərində işlədilən bölgə, yaxud azlıqların dillərinə münasibətdə və hər bir dilin statusuna müvafiq olaraq tərəflər öz siyasətini, qanunvericiliyini və öz əməli fəaliyyətini aşağıdakı məqsəd və prinsiplərə uyğun olaraq qurmalıdırlar:

bölgə dillərinin, yaxud azlıqların dillərinin mədəni sərvətin ifadə vasitəsi olduğunun etiraf edilməsi;

mövcud, yaxud gələcəkdə ola biləcək inzibati bölgünün bölgə və ya azlıqların dilinin inkişafına maneələr yaratmamasına diqqət yetirməklə, hər bir bölgə və ya azlıqların dilinin coğrafi məkanına riayət edilməsi;

bölgə dillərinin, yaxud azlıqların dillərinin qorunub- saxlanması məqsədilə bu dillərin inkişaf etdirilməsi üçün qəti əməllərin zəruriliyi;

ictimai və şəxsi həyatda bölgə dillərinin və ya azlıqların dillərinin şifahi və ya yazılı şəkildə işlədilməsinə yardım və yaxud bu işlədilməyə təşviq etmə;

bu Xartiyanın tətbiq dairəsinə daxil olan sahələrdə bölgə, yaxud azlıqların dilini işlədən qruplar, həmin dövlətin eyni dildə, yaxud yaxın dildə danışan digər qrupları arasında əlaqələrin dəstəklənməsi və inkişaf etdirilməsi, eləcə də, dövlət daxilində başqa dilləri işlədən digər qruplar ilə mədəni əlaqələrin qurulması;

bütün təhsil mərhələlərində bölgə dillərinin, yaxud azlıqların dillərinin tədrisinin və öyrənilməsinin müvafiq forma və vasitələrinin verilməsi;

bölgə, yaxud azlıqların dilinin işləndiyi yerdə yaşayan, ancaq bu dildə danışmayanlara, onu öyrənmək istədikləri halda onlara vəsaitlərin ayrılması;

universitetlərdə və ya analoji təhsil müəssisələrində bölgə dillərinin, yaxud azlıqların dillərinin öyrənilməsi və araşdırılmasının inkişafına yardım göstərilməsi;

iki və ya daha çox dövlətdə eyni, yaxud yaxın formada işlənilən bölgə dilləri, yaxud azlıqların dilləri üzrə bu Xartiyanın tətbiq dairəsinə daxil olan sahələrdə millətlərarası mübadilənin müvafiq formalarının inkişaf etdirilməsi;

Tərəflər bölgə dilinin, yaxud azlıqların dilinin işlədilməsilə bağlı özünü doğrultmayan fərqlərin, istisnaların, məhdudlaşdırmaların və ya üstün tutulmanın dilin qorunub- saxlanılmasının və ya inkişaf etdirilməsinin təşviqinə qarşı, yaxud şübhə altına qoyulması istiqamətində istənilən formalarını aradan qaldırılmayıbsa, aradan qaldıracaqlarını öhdələrinə götürürlər. Bölgə dillərində, yaxud azlıqların dillərində danışanlar ilə əhalinin qalan hissəsi arasında böyük bərabərliyə nail olmaq üçün və ya bölgə, yaxud azlıqların dillərində danışanların xüsusi statusu nəzərə alınmaqla bu dillərin xeyrinə xüsusi tədbirlərin görülməsi daha geniş yayılmış dillərin daşıyıcılarına qarşı ayrı-seçkilik hərəkəti sayılmır.

Tərəflər, xüsusilə bölgə dilləri, yaxud azlıqların dilləri barəsində hörmət, anlaşma və dözümlülüyü dövlətin təhsil və peşə hazırlığının məqsədlərindən biri kimi qəbul edərək, ölkənin bütün dil qrupları arasında böyük qarşılıqlı anlaşmaya müvafiq tədbirlərin köməyilə yardım etməyi, eləcə də, bu məqsəd üçün kütləvi kommunikasiya vasitələrinin inkişafını təşviq etməyi öhdələrinə götürürlər.

Bölgə dilləri, yaxud azlıqların dilləri sahəsində öz siyasətlərini müəyyənləşdirərkən, tərəflər bu dilləri işlədən qrupların ehtiyac və istəklərini nəzərə almağı öhdələrinə götürürlər. Lazım gələrsə, tərəflərin bölgə dillərinə, yaxud azlıqların dillərinə aid bütün məsələlər üzrə hakimiyyət orqanlarına məsləhətlər verə bilən orqanlar yaratması alqışlanır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər