PDF Oxu

MİA

  • 3 455

MİLLİ AZLIQLARIN DİL HÜQUQLARI ÜZRƏ OSLO TÖVSİYƏLƏRİNƏ İZAHEDİCİ QEYDLƏR

image

İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 1-ci maddəsində bütün insanların anadangəlmə ləyaqətindən insan hüquqları üzrə bütün standartların əsasında duran fundamental anlayış kimi danışılır. Bəyənnamənin 1-ci maddəsində deyilir: "Öz ləyaqət və hüquqları ilə bütün insanlar azad və bərabər doğulurlar..." Bu maddənin əhəmiyyətini qiymətləndirməmək olmaz. Bu, yalnız ümumiyyətlə, birbaşa insan hüquqlarına aid deyil, həm də milli azlıqlara mənsub şəxslərin dil hüquqlarının ən əsaslarından birini ifadə edir. Ləyaqət və hüquq bərabərliyi fərdin insan identlikliyinə hörməti ifadə edir. İnsan identikliyinin əsas komponentlərindən biri dildir. Buna görə də insan ləyaqətinə hörmət insan indentikliyinə, deməli, həm də onun dilinə hörmətlə sıx bağlıdır.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bu kontekstdə mühüm əhəmiyyəti vardır. Paktın 2-ci maddəsi dövlətdən ərazisindəki bütün şəxslərin insan hüquqlarının "dilə münasibətdə... fərqləndirmədən" təmin və hörmət olunmasını tələb edir. Paktın 19-cu maddəsi paktda ifadəsini tapdığı kimi, öz fikrini azad bildirməyə zəmanət verir, dövlət sərhədindən asılı olmayaraq, nəinki hər cür informasiya və ideya almaq və yazmaq hüququna, eyni zamanda, bütün bunları öz seçiminə uyğun vasitənin və ya dilin köməkliyi ilə etməyə zəmanət verir. İnformasiya almaq və yaymaq, eyni zamanda, insanların birgə hərəkət etdiyini göstərir. Bu kontekstdə paktın dinc yığıncaq və assosiasiya azadlığına zəmanət verən 21-ci və 22-ci maddələri yerinə düşəndir.

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsində bəyan edilmiş fikir azadlığı Avropada bu konvensiyanın 14-cü maddəsinə əsasən, "dil... kimi əsaslara görə hər cür diskriminasiyadan uzaq şəkildə təmin edilməlidir". Həm insan hüquqlarının Ümumi Bəyannaməsinə, həm də İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına dəqiq istinadla Avropa Şurasının qəbul etdiyi fikri İfadə və İnformasiya Azadlığı haqqında Bəyannamədə təsdiq olunur ki, fikri ifadə və informasiya azadlığı hər bir insanın ictimai, iqtisadi, mədəni və siyasi inkişafı üçün zəruridir və sosial-mədəni qrupların, millətlərin və beynəlxalq birliyin harmonik imkanları üçün şəraiti ifadə edir". Bununla əlaqədar, insan hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində zəmanət verilmiş dinc yığıncaq və assosiasiya azadlığı əhəmiyyətlidir.

ATƏT kontekstində fikri ifadə, yığıncaq və assosiasiya azadlığı kimi fundamental ideyalar ATƏM-in İnsan Ölçüsü üzrə Kopenhagen Müşavirəsi Konfransının Sənədlərinin 9.1-9.3 bəndlərində sadalanıbdır.

Yeni Avropanın Paris Xartiyasında ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət başçıları təsdiq edirlər ki, hər bir insanın diskriminasiyaya məruz qalmadan "fikri azadlığı, assosiasiya və dinc yığıncaq azadlığı hüququ vardır".

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsi milli azlıqların dil hüquqlarına birbaşa dəxli olan başqa əsas maddədir. Bu maddə təsdiq edir ki, "milli azlıqlara mənsub şəxslərə həmin qrupun başqa üzvləri ilə birlikdə... doğma dildən istifadə etmək hüququna rədd cavabı verilməməlidir".

Milli, yaxud etnik, dini azlıqlara və dil azlıqlarına mənsub şəxslərin hüquqları üzrə BMT-nin Bəyənnaməsinin 2 (1)-ci maddəsində də milli azlıqlara mənsub şəxslərin "şəxsi həyatda və ictimai yerlərdə öz dilindən azad və maneəsiz və diskriminasiyaya məruz qalmadan istifadə etmək" hüququnu beləcə bəyan edir. Milli azlıqların müdafiəsi üzrə Avropa Şurasının Çərçivə Konvensiyasının 10 (1)-cu maddəsi qeyd edir ki, dövlətlər milli azlıqlara mənsub şəxslərin "öz azlıqlarının dilindən şəxsi həyatda və ictimai yerlərdə azad və maneəsiz istifadə etmək" hüququnu tanıyacaqlar.

Doğrudur, alətlər azlıqların dilindən şəxsi həyatda və ictimai yerlərdə istifadəyə istinad edirlər, amma həmin alətlər "şəxsi" sferaya münasibətdə "ictimai" sferanın dəqiq sərhədlərini müəyyənləşdirmirlər. Əslində, bu sferalar kəsişə bilərlər. Məsələn, təklikdə və ya başqaları ilə birlikdə hərəkət edən şəxslər özlərinin şəxsi informasiya vasitələrini və ya məktəblərini yaratmağa çalışırlar. Şəxsi təşəbbüsün qanuni ictimai marağın predmeti ola bilməsi mümkündür. Belə maraq hansısa ictimai tənzimləmənin yaranmasına səbəb ola bilər.

Milli azlıqlara mənsub şəxslərin azlıqların dilindən "şəxsi həyatda və ictimai yerlərdə" istifadəsini təhsilə münasibətdən kənarda nəzərdən keçirmək olmaz. Təhsil məsələləri milli azlıqların dillərinə aid dərəcədə Milli Azlıqların Təhsil Hüquqları üzrə Haaqa tövsiyələrində təfsilatı ilə nəzərdən keçirilir. Bu tövsiyələr ATƏT-in Milli Azlıqlarla İş üzrə Ali Komissarının xahişi ilə Etniklərarası Münasibətlər Fondunun həm beynəlxalq insan hüquqları sferası, həm də təhsil sferası üzrə beynəlxalq səviyyəli ekspertləri ilə əməkdaşlıq etməklə işlənib-hazırlanmışdır. Haaqa tövsiyələri milli azlıqlara mənsub şəxslərin hüquqlarına, milli azlıqlara mənsub insanların identikliyinin dəstəklənməsi və inkişafı kimi həyati əhəmiyyət kəsb edən sahələrə aid beynəlxalq alətlərin daha aydın dərkini asanlaşdırmaq üçün hazırlanmışdır.

İnsan hüquqları üzrə beynəlxalq vasitələr bəyan edir ki, insan hüquqları ümumidir və ondan eyni dərəcədə və ayrı-seçkiliyə yol verilmədən istifadə olunmalıdır. Amma insan hüquqlarının əksəriyyəti mütləq deyil. Alətlər dövlətin müəyyən hüquqların məhdudlaşdırılmasına haqq qazandıran məhdudlaşdırılmış situasiyalar dəstini görə bilir. İnsan hüquqları üzrə beynəlxalq qanunvericiliyin mümkün məhdudlaşdırmaları həyat üçün təhlükəli fövqalədə vəziyyətlərdə və ya başqalarının hüquq və azadlıqları üçün yaranan vəziyyətlərdə, yaxud da demokratik cəmiyyətdə ictimai əxlaqa, ictimai sağlamlığa, milli təhlükəsizliyə və ictimai təhlükə törədən vəziyyətlərdə yarana bilər.

Milli azlıqlara mənsub şəxslərin Oslo tövsiyyələrində ifadə olunan və işlənən hüquqlar halında öz dillərindən ictimai yerlərdə və şəxsi həyatda istifadə hüququnu geniş ictimaiyyətdə iştirakın asanlaşdırılmış kontekstində görmək lazımdır. Tövsiyələr təcrid yanaşmanı nəzərdə tutmur, daha çox milli azlıqlara mənsub şəxslərin öz identikliyini, mədəniyyət və dillərini dəstəkləmək və inkişaf etdirmək hüquqları ilə tam və bərabər üzvlər kimi daha geniş cəmiyyətdə inteqrasiya olunmaq bacarığını təmin etmək zərurəti arasında balans yaratmağı təşviq edən yanaşmanı nəzərdə tutur. Bu perspektivdə belə inteqrasiya dövlətin rəsmi dilini (dillərini) yaxşı bilmədən çətin ki, mümkün olsun. Təhsilə aid belə qeydlər İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində və təhsil hüququnu nəzərdə tutan və onu dövlətin məcburi etməsi əksini tapan Uşaq Hüquqları haqqında Konvensiyanın 29-cu maddəsində vardır. Eyni zamanda, milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 14(3)-cü maddəsi təminat verir ki, azlıqların dilinin öyrənilməsi "rəsmi dili öyrənməyə və ya bu dildə tədrisə ziyan vurmadan həyata keçirilir".

Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası müəyyənləşdirir ki, milli azlıqlara mənsub şəxslərin öz soyadından, adından və atasının adından doğma dilində istifadə etmək hüququ vardır. İstifadəsi şəxsi identiklik üçün fundamental olan bu hüquq hər bir dövlət üçün spesifik şərait işığında tətbiq edilməlidir. Məsələn, dövlət hakimiyyəti milli azlıqlara mənsub şəxslərin adının, soyadının və atasının adının onların fonetik formasında yazılışında rəsmi dilin və ya dillərin yazılı əlifbasından istifadə edə bilər. Amma bu uyğun milli azlıqların dil sisteminə və ənənəsinə uyğun aparılmalıdır. Bununla əlaqədar, dövlət hakimiyyəti tərəfindən özünün ilkin adından (adlarından) məcburi imtinaya vadar edilmiş, yaxud da iradələrinin əleyhinə əcdadlarının adı (adları) dəyişdirilmiş şəxslərin, bilavasitə dilinə, həm də fərdlərin identikliyinə aid əsas hüququ - onları məsrəfsiz bərpa etmək hüququ olmalıdır.

Ad və yer adları, xüsusən milli azlıqlara mənsub və "birgə" hərəkət edən şəxslərə münasibətdə qrup identikliyinin əsas hissəsidir. Milli, yaxud Etnik, Dini Azlıqlara və Dil Azlıqlarına Mənsub Şəxslərin Hüquqları haqqında BMT-nin Bəyannaməsinin 2(1)-ci maddəsi milli azlıqlara mənsub şəxslərin "öz dilindən şəxsi həyatda və ictimai yerlərdə azad, maneəsiz və diskriminasiyaya məruz qalmadan istifadə etmək" hüququnu bəyan edir. Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının 10 (1)-cu maddəsi qeyd edir ki, dövlət milli azlıqlara mənsub şəxslərin "öz azlığının dilindən şifahi və yazılı, şəxsi həyatda və ictimai yerlərdə azad və maneəsiz istifadə etmək" hüququnu tanıyacaqdır. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsi bəyan edir ki, "...azlıqlara mənsub şəxslərə həmin qrupun başqa üzvləri ilə birlikdə... doğma dildən istifadə etmək hüququna rədd cavabı verilə bilməz". Şəxsin başqaları ilə birlikdə ictimai yerlərdə öz dilindən maneəsiz və heç bir diskriminasiyaya məruz qalmadan istifadə etmək hüququ ciddi bir göstərişdir ki, milli azlıqlara mənsub şəxslər tərəfindən yaradılan və idarə olunan idarə, assosiasiya, təşkilat və ya müəssisə kimi hüquqi şəxslərin seçimlərinə uyğun və azlıqların doğma dilində ad qəbul etmək hüququ vardır. Belə korporativ ad dövlət hakimiyyəti tərəfindən tanınmalıdır və həmin qrupun dil sisteminə və ənənəsinə uyğun işlədilməlidir.

Çərçivə Konvensiyasının 11 (3)-ci maddəsində deyilir ki, "milli azlıqlara mənsub şəxslərin ənənəvi şəkildə çoxluqla yaşadıqları rayonlarda Tərəflər... əhali üçün ənənəvi adların, küçə adlarının və başqa topoqrafiq məlumatların göstəricilərinin belə məlumata ehtiyac kifayət qədərdirsə, həm də milli azlıqların dillərində qoyulmasını təmin edirlər". Göstərilən tarixi adların dəyərini tanımaqdan imtina azlıqların tarixini təftiş və assimilasiyası demək olardı və bununla da, azlıqlara mənsub şəxslərin identikliyi üçün təhlükəyə çevrilərdi.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsi təsdiq edir ki, "etnik, dini azlıqlar və dil azlıqları mövcud olan ölkələrdə belə azlıqlara mənsub şəxslərə həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən istifadə etmək, öz dininə etiqad etmək... eyni zamanda doğma dilindən istifadə etmək hüququna maneəçilik törədilməməlidir". Milli, yaxud da Etnik, Dini Azlıqlara və Dil Azlıqlarına Mənsub Şəxslərin Hüquqları haqqında BMT Bəyannaməsinin 3(1) maddəsi müəyyənləşdirir ki, "azlıqlara mənsub şəxslər diskriminasiyaya məruz qalmadan öz qrupunun digər üzvləri ilə birlikdə və fərdi qaydada öz hüquqlarından... istifadə edə bilərlər".

Dini inam və "birgə" dini mərasimlərin keçirilməsi milli azlıqlara mənsub şəxslərin əksəriyyəti üçün böyük əhəmiyyəti olan sahədir. Bu kontekstdə qeyd etmək faydalıdır ki, öz dilinə malik olmaq hüququ məhdudiyyətsizdir və buna Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18(1 )-ci maddəsində və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 9(1)-cu maddəsində təminat verilir. Amma rəsmi ibadət də daxil olmaqla, doğma dininə və inamına etiqad bu maddənin sonrakı bəndlərində sadalanan bir sıra məhdudiyyətlərə məruz qalır. Bu məhdudiyyətlər qanuni qüvvəyə minə və ictimai təhlükəsizliyin, qaydaların, əxlaqın və başqa şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsinə aid ola bilər. Onlar ağıllı və son məqsədə proporsional olmalıdır və dövlət milli azlıqlara mənsub şəxslərin qanuni ruhi, dil və mədəni istəklərini boğmağa cəhd göstərməməlidir.

Azlıqlara gəlincə, dini mərasimlərin yerinə yetirilməsi mədəni və dil identikliyinin saxlanılması ilə sıx bağlıdır. Açıq ibadətdə azlıqların dilindən istifadə olunması dini qurumların təsis edilməsi hüququ və açıq ibadət hüququ qədər ayrılmaz hüquqdur. Deməli, dövlət hakimiyyəti nə açıq ibadətə, nə də açıq ibadətdə istənilən dildən - ya uyğun milli azlığın dilindən, yaxud da həmin qrupun istifadə etdiyi liturgiya dilindən istifadəyə qeyri-qanuni məhdudiyyətlər qoymamalıdırlar.

Toy və yas mərasimi kimi dini aktlar müəyyən dövlətlərdə mülki vəziyyəti müəyyənləşdirən qanuni mülki aktları ifadə edir. Belə hallarda ictimai maraq nəzərə alınmalıdır. "İnzibati təsəvvürün insan hüququndan istifadənin qabağını almamalıdır" prinsipini nəzərdə tutmaqla, dövlət hakimiyyəti dini qruplara heç bir dil məhdudiyyəti qoymamalıdır. Bu, eyni dərəcədə dini qrupların öhdələrinə götürdükləri və mülki qanunlarla kəsişə bilən istənilən inzibati funksiyalara da aiddir.

Amma dövlət dini icmalardan qanuni mülki aktları, eyni zamanda, dövlət dilində və dillərində yazmalarını özünün qanuni tənzimləyici və inzibati müəssisələrini gerçəkləşdirmək üçün tələb edə bilər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər