PDF Oxu

MİA

  • 3 268

MÜLKİ, SİYASİ, SOSİAL, İQTİSADİ, MƏDƏNİ HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKTLARDA VƏ KONVENSİYALARDA AYRI-SEÇKİLİYƏ YOL VERİLMƏMƏSİ

image

23 mart 1966-cı il tarixində Baş Məclisin 2200 A (XXI) saylı qətnaməsi ilə qəbul edilmiş, imzalanmaq və təsdiq edilmək üçün açıqdır. 23 mart 1976-cı ildə qüvvəyə minmiş Paktda iştirak edən hər bir dövlət onun ərazisinin hüdudları daxilində yurisdiksiyasında olan bütün şəxslərin bu Paktda etiraf olunan hüquqlarına heç bir fərq qoyulmadan, yəni irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli, yaxud sosial mənşəyi, mülki vəziyyəti, doğuluşu, yaxud başqa hallar baxımından fərq qoyulmadan hörmət etməyi və onların təmin olunmasını öhdəsinə götürür.

Əgər hələlik, mövcud qanunvericilik tədbirlərində və ya digər tədbirlərdə nəzərdə tutulmamışsa, bu Paktda iştirak edən dövlətlər öz ölkələrinin konstitusiya qaydalarına və bu Paktın müddəalarına əsasən, bu Paktda etiraf olunmuş hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərinin və digər tədbirlərin qəbul edilməsi üçün lazımi ölçü görməyi öhdələrinə götürürlər.

Bu Paktda iştirak edən hər bir dövlət öz üzərinə aşağıdakı öhdəlikləri götürür:

bu Paktda etiraf olunan hüquq və azadlıqları pozulmuş şəxsi həmin pozuntu, hətta rəsmi şəxslər tərəfindən törədilmiş olsa belə, təsirli hüquqi-müdafiə vasitələri ilə təmin etmək;

belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi-müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə müdafiəsinin imkanlarını inkişaf etdirmək;

hüquqi-müdafiə vasitələri verildikdə, səlahiyyətli hakimiyyət tərəfindən onların tətbiqini təmin etmək.

Dövlətdə millətin həyatını təhlükədə qoyan və mövcudluğu barədə rəsmi elan edilmiş fövqəladə vəziyyət yarandıqda, bu Paktda iştirak edən dövlətlər Pakt üzrə öhdəliklərindən geriçəkilmə tədbirlərini vəziyyətin kəskinliyinin tələb etdiyi dərəcədə görə bilərlər, bir şərtlə ki, belə tədbirlər onların beynəlxalq hüquqa dair digər öhdəlikləri ilə ziddiyyət təşkil etməsin və yalnız irq, dərinin rəngi, cins, dil, din, yaxud sosial mənşə əsasında ayrı-seçkiliyə gətirib çıxarmasın.

Bu müddəa 6, 7, 8 (I və II bəndlər), 11, 15, 16 və 18-ci maddələrdən hər hansı bir geriçəkilmə üçün əsas ola bilməz.

Paktda iştirak edən dövlətlərdən istənilən biri hüququndan istifadə etdikdə, dərhal geri çəkildiyi müddəalar və onu belə geri çəkilməyə vadar edən səbəblər haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vasitəsilə həmin Paktda iştirak edən digər dövlətlərə məlumat verməlidir. Eləcə də, həmin vasitəçi ilə onun bu geriçəkilməni dayandırdığı tarix bildirilməlidir.

Hər kəsin ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, tam bərabərlik əsasıııda ən azı aşağıdakılarla təminat hüququ var:

- ona qarşı irəli sürülən ittihamın xarakteri və əsası haqqında onun başa düşdüyü dildə təcili qaydada və ətraflı xəbərdar edilmək;

- məhkəmədə istifadə olunan dili başa düşmürsə, yaxud bu dildə danışmırsa, tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

- hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var. Bu hüquqa özünün seçdiyi dini və ya əqidəni daşımaq, yaxud qəbul etmək, ibadəti icra edərkən, dini ayin və mərasimləri, onlara aid adət və təlimləri yerinə yetirərkən, öz dininə və əqidəsinə istər təkbaşına, istərsə də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada etiqad etmək azadlığı daxildir.

Heç kəs onun özünün seçdiyi dini və ya əqidəni daşımaq, yaxud qəbul etmək azadlığını azaldan məcburiyyətə məruz qalmamalıdır.

Dinə, yaxud əqidəyə etiqad azadlığı yalnız qanunla müəyyənləşdirilən və ictimai təhlükəsizliyin, asayişin, sağlamlıq və əxlaqın, həmçinin, başqa şəxslərin əsas hüquq və azadlıqlarının qorunması üçün zəruri olan qədər məhdudlaşdırılmalıdır.

Milli, irqi və dini nifrətin xeyrinə edilən ayrı-seçkiliyə, düşmənçiliyə, yaxud zorakılığa təhrikçiliklə bağlı hər bir çıxış qanunla qadağan edilməlidir.

Hər bir uşağın irq, dərisinin rəngi, cins, din, dil, milli, yaxud sosial mənşə, əmlak vəziyyəti və doğuluş əlamətlərinə görə heç bir ayrı-seçkiliyə məruz qalmadan ailəsi, cəmiyyət və dövlət tərəfindən azyaşlı vəziyyətinin tələb etdiyi müdafiə tədbirləri görülməsinə hüququ var.

- dövlət işlərinin aparılmasında həm, bilavasitə, həm də azad seçilmiş nümayəndələrin vasitəsilə iştirak etmək;

- ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin öz iradələrini azad bildirməsini təmin edən həqiqi, vaxtaşırı seçkilərdə səs vermək və seçilmək;

- öz ölkəsində ümumi və bərabərlik şəraitində dövlət qulluğuna buraxılmaq.

Etnik, dil və din azlıqlarının mövcud olduğu ölkələrdə belə azlıqlara mənsub şəxslərin həmin qrupun digər üzvləri ilə birgə öz mədəniyyətindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz.

Bu Paktda iştirak edən dövlətlər Paktda elan edilmiş hüquqların irq, dərisinin rəngi, cins, din, dil, siyasi, yaxud digər əqidələr, milli və sosial mənşə, əmlak vəziyyəti, doğuluş və ya digər hallar ilə bağlı heç bir ayrı-seçkiliyə yol vermədən həyata keçiriləcəyinə təminat verirlər.

Bu Paktda iştirak edən dövlətlər hər bir insanın təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin inkişafına və onun ləyaqətinin dərk edilməsinə yönəldilməli insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hər kəsin azad cəmiyyətin yararlı iştirakçısı olmasına imkan yaratmalı, bütün irqi, etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa kömək etməli, Birləşmiş Millətlər Təşkilatının sülhü müdafiəsinə yardım göstərməlidir.

BMT-nin 10 dekabr 1985-ci ildə qəbul edilmiş "Pekin qaydaları"nda göstərilir: "Yetkinlik yaşına çatmayanların işləri üzrə ədalət məhkəməsi orqanlarının işçilər heyəti yetkinlik yaşına çatmayanların işləri üzrə ədalət məhkəməsi sistemi ilə ünsiyyətə girən yetkinlik yaşına çatmayanların müxtəlif kateqoriyaları nəzərə alınmaqla seçilməlidir. Yetkinlik yaşına çatmayanların işləri üzrə ədalət məhkəməsi orqanlarında qadınların və milli azlıqların ədalətli təmsil olunmasını təmin etməyə çalışmaq lazımdır".

Baş Məclisin 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş, imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır. 49-cu maddəyə əsasən, 2 sentyabr 1990-cı il tarixində qüvvəyə minmiş "Uşaq Hüquqları haqqında Konvensiya"da göstərilir: "İştirakçı dövlətlər onların yurisdiksiyası daxilində olan hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara uşağın və onun valideynlərinin, yaxud qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi, yaxud digər əqidələrindən, milli, etnik və sosial mənşəyindən, əmlak vəziyyətindən, uşağın sağlamlıq, doğuluş durumundan və hər hansı digər hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən hörmət göstərir və onları təmin edir.

İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara yönəldilməlidir:

uşağın azad cəmiyyətdə anlaşma, sülh, dözümlülük, kişi və qadınların hüquq bərabərliyi və bütün xalqlar, etnik milli və dini qruplar, eləcə də yerli əhalidən olan şəxslər arasında dostluq ruhunda şüurlu həyata hazırlanmasına".

Beynəlxalq Konvensiya Baş Məclisin 45/178 saylı qətnaməsi ilə 18 dekabr 1990-cı il tarixində qəbul edilmiş və qüvvəyə minməmiş "Bütün Mühacir Zəhmətkeşlərin və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" Konvensiyanın "Hüquqlar barəsində ayrı-seçkiliyə yol verməmə" adlı II hissəsində göstərilir:

İştirakçı dövlətlər insan hüquqları üzrə beynəlxalq sənədlərə əsasən, onların ərazisində, yaxud yurisdiksiyasında olan bütün mühacir zəhmətkeşlərin bu Konvensiyada nəzərdə tutulan hüquqlarına cins, irq, dərisinin rəngi, dil, din, yaxud əqidə, siyasi, eləcə də digər baxışlar, milli, etnik, sosial mənşə, vətəndaşlıq, yaş, iqtisadi, əmlak, ailə və silk vəziyyəti və istənilən başqa bir əlamətlə bağlı heç bir fərq qoymadan hörmət bəsləməyi və həmin hüquqları bərpa etməyi öhdəsinə götürürlər.

Bu Konvensiyada təsdiqlənmiş hüquq və azadlıqlardan istifadə hər hansı bir bir şəxsin cinsinə, irqinə, dərisinin rənginə, dilinə, dininə, siyasi, yaxud digər əqidələrinə, milli, sosial mənşəyinə, milli azlığa mənsubiyyətinə, əmlak vəziyyətinə, doğuluşuna və ya hər hansı başqa əlamətə görə ayrı-seçkiliyə yol verilmədən təmin edilməlidir.

Müharibə, yaxud millətin həyatını təhlükə altına alan digər fövqəladə şəraitdə razılığa gəlmiş yüksək tərəflərdən hər hansı biri bu Konvensiya üzrə öz öhdəliklərindən ancaq şəraitin fövqəladəliyi yol verdiyi dərəcədə və onun beynəlxalq hüquq üzrə digər öhdəliklərinə zidd olmaması şərtilə geri çəkilmə tədbirlərini qəbul edə bilər.

Bu müddəa qanuna uyğun hərbi əməliyyatlar nəticəsində insanların ölüm halları istisna olmaqla 2-ci maddənin və ya 3-cü maddənin, 4-cü maddənin 1-ci bəndinin və 7-ci maddənin müddəalarından hər hansı biri geriçəkilmə üçün əsas ola bilməz.

Geriçəkilmənin bu hüququndan istifadə edən razılığa gəlmiş yüksək tərəflərdən hər hansı biri həyata keçirdiyi tədbirlər və onların qəbulunun səbəbləri haqqında Avropa Şurasının Baş Katibinə ətraflı şəkildə məlumat verir. O, Avropa Şurasının Baş Katibini, həm də belə tədbirlərin fəaliyyətinin dayandırılması tarixi və Konvensiyanın müddəalarının tam həcmdə həyata keçirilməsinə yenidən başlanılması haqqında məlumatlandırır.

Yüksək tərəflərin əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməsi üçün maneə kimi baxıla bilməz.

Mövcud Konvensiyada heç nə hər hansı bir dövlətin, şəxslər qrupunun, yaxud hər hansı bir şəxsin bu Konvensiyada qəbul edilmiş hüquq və azadlıqların ləğvinə, yaxud onların Konvensiyada nəzərdə tutulduğundan artıq məhdudlaşdırılmasına yönəldilmiş hər hansı bir fəaliyyətlə məşğul olmaq, yaxud hər hansı bir hərəkəti etmək hüququ olduğu kimi yozula bilməz.

Göstərilən hüquq və azadlıqlara münasibətdə bu Konvensiyada yol verilən məhdudiyyətlər nəzərdə tutulan məqsədlərdən başqa heç bir məqsədlə tətbiq edilmir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər