PDF Oxu

MİA

  • 6 960

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

image

Razılığa gəlmiş Yüksək Tərəflər bu Konvensiya və ona əlavə edilən Protokol ilə üzərlərinə götürdükləri öhdəliklərə əməl edilməsinin təmin olunması məqsədilə insan hüquqları üzrə sonradan "məhkəmə" adlandırılan Avropa Məhkəməsi təsis edirlər. O, daimi əsaslarla fəaliyyət göstərir.

Məhkəməyə daxil olan hakimlərin sayı razılığa gəlmiş Yüksək Tərəflərin sayına bərabərdir.

Hakimlər yüksək əxlaqi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifəsinə təyin edilən zaman verilən tələbləri təmin etməli, yaxud əksəriyyət tərəfindən qəbul edilmiş nüfuza malik hüquqşünaslar olmalıdırlar.

Hakimlər məhkəmənin işində şəxsən iştirak edirlər.

Hakim vəzifəsində olduqları bütün müddət ərzində onların müstəqilliyi və qərəzsizliyi ilə, yaxud tam iş günü ərzində onların işlərinin xarakterindən irəli gələn tələblər ilə bir araya sığmayan heç bir fəaliyyəti həyata keçirmirlər. Bu bənddəki müddəaların tətbiqi ilə bağlı yaranan bütün məsələlər məhkəmə tərəfindən həll edilir.

Razılığa gəlmiş Yüksək Tərəflərin hər birindən hakimi Razılığa gəlmiş Yüksək Tərəflərin verdiyi üç namizədin daxil olduğu siyahıdan səs çoxluğu ilə Parlament Assambleyası seçir.

Məhkəmənin seçkiyəqədərki tərkibi yeni Razılığa gəlmiş Tərəflərin qoşulduğu, eləcə də açılmış vakansiyaların doldurulduğu hallarda oxşar proseduara fəaliyyət göstərir.

Hakimlər altı illik müddətə seçilirlər. Onlar yenidən seçilə bilərlər. Ancaq birinci tərkibdəki hakimlərin yarısının səlahiyyət müddəti seçildikləri andan 3 il keçdikdən sonra qurtarır.

Birinci üç illik müddətdən sonra səlahiyyətləri qurtaran hakimlər onların seçilməsindən dərhal sonra Avropa Şurasının Baş Katibi tərəfindən püşk yolu ilə müəyyənləşdirilir.

Məhkəmə tərkibinin yarısının hər üç ildən bir mümkün dərəcədə yeniləşməsini təmin etmək üçün Parlament Assambleyası istənilən sonrakı seçkilərin keçirilməsinədək belə bir qərar qəbul edə bilər ki, bir və ya bir neçə seçilməli hakimin müddətləri, yaxud səlahiyyət müddətləri altı il deyil, başqa cür, istənilən halda 9 ildən artıq və 3 ildən az olmayacaq.

Bir səlahiyyət müddətindən artıq müddətdən söhbət getdiyi və Parlament Assambleyası əvvəlki bəndin müddəalarını tətbiq etdiyi hallarda səlahiyyət müddətləri seçkilərdən dərhal sonra Avropa Şurasının baş katibi tərəfindən püşk yolu ilə müəyyənləşdirilir.

Hələ səlahiyyət müddəti bitməyən başqa hakimi əvəzləmək üçün seçilən hakim bu postu əvvəlki hakimin səlahiyyətlərindən qalan müddət ərzində tutur.

Hakimlərin səlahiyyət müddəti onların 70 yaşına çatması ilə qurtarır.

Hakimlər öz postlarını dəyişdirilənədək tuturlar. Bununla belə, dəyişdirildikdən sonra da artıq icraatlarında olan işlərə baxmaqda davam edirlər.

Hakim vəzifəsindən yalnız digər hakimlərin üçdə iki səs çoxluğu ilə onun verilən tələblərə artıq uyğun gəlmədiyinə dair qərar qəbul etdikləri halda, azad edilə bilər.

Hakimin hüququ, vəzifəsi və təşkilatı Məhkəmə Reqlamenti ilə müəyyənləşdirilən Məhkəmə Katibliyi var. Məhkəmə hüquq referentlərinin xidmətindən istifadə edir.

Məhkəmə plenar iclaslarda:

- üç il müddətinə öz sədrini və sədrin bir, yaxud iki müavinini seçir. Onlar yenidən seçilə bilərlər;

- müəyyən müddət üçün yaradılan Palatalar təşkil edir;

- Məhkəmə Palataları sədrini seçir. Onlar yenidən seçilə bilərlər;

- Məhkəmə reqlamentini qəbul edir;

Məhkəmənin Katib-kanslerini və onun bir, yaxud bir neçə müavinini seçir.

Məhkəmə ona verilən işə baxmaq üçün hər birinin tərkibi üç hakimdən ibarət olan komitələri, tərkibi yeddi hakimdən ibarət olan Böyük Palatanı təşkil edir. Məhkəmə Palataları müəyyən müddətə komitələr yaradır.

İşdə tərəf olan, dövlətin seçdiyi hakim, Palataların və Böyük Palatanın exofficio üzvüdür; belə bir hakim olmayanda,

yaxud o, iclasda iştirak edə bilmədiyi halda, həmin dövlət hakim qismində çıxış edən bir şəxsi təyin edir.

Böyük Palatanın tərkibinə Məhkəmə Reqlamentinə uyğun olaraq təyin edilmiş Məhkəmə sədri, Məhkəmə sədrinin müavinləri, Palata sədrləri və Məhkəmənin digər üzvləri daxildir. 43-cü maddənin müddəalarına uyğun olaraq iş Böyük Palataya verilərkən, işdə tərəf olan, müvafiq dövləti təmsil edən Palata sədri və hakimlər istisna olmaqla, hökm çıxarmış Palata hakimlərindən heç biri onun iclaslarında iştirak etməməlidir.

Komitə 34-cü maddəyə uyğun verilən fərdi şikayəti bir səslə qəbul olunan yekdil qərarla qəbuledilməz elan edə, şikayət əlavə öyrənilmədən qərar qəbul edildikdə, onu baxılmalı işlərin siyahısından çıxara bilər. Bu qərar qətidir.

28-ci maddədə nəzərdə tutulan qərarların heç biri qəbul edilmədikdə Palata 34-cü maddəyə uyğun olaraq, verilən fərdi şikayətin qəbul oluna bilməsi və işin məğzi haqqında qərar çıxarır.

Palata 33-cü maddəyə uyğun olaraq verilən dövlət şikayətinin qəbul oluna bilməsi və işin məğzi haqqında qərar çıxarır.

Məhkəmə, istisna kimi əks-qərar qəbul etmədikdə, şikayətin qəbul oluna bilməsi haqqında ayrıca qərar çıxarır.

Palatanın baxışındakı iş Konvensiyanın və ya ona əlavə edilmiş Protokolların müddəalarının təfsiri ilə bağlı ciddi məsələlərə toxunursa, yaxud məsələlərin həllinin Məhkəmənin əvvəllər çıxardığı qərarla ziddiyyət təşkil edərsə, o zaman tərəflərin heç birinin etirazı olmadığı halda, Palata öz qərarını çıxarana qədər yurisdiksiyasını Böyük Palatanın xeyrinə güzəştə gedə bilər.

Böyük Palata:

İstənilən palatalardan biri 30-cu maddənin müddəaları əsasında yurisdiksiyasını güzəştə getdikdə, yaxud 43-cü maddənin müddəalarına uyğun olaraq, iş ona göndərildikdə 33-cü və ya yaxud 34-cü maddənin müddəalarına əsasən, verilən şikayət üzrə qərar çıxarır.

Məsləhətverici qərarlar çıxarmaq haqqında 47-ci maddənin müddəaları əsasında göndərilən sorğulara baxır.

Konvensiyanın və ona əlavə Protokolların müddəalarının təfsir və tətbiqinə aid və 33, 34 və 47-ci maddələrin müddəalarında nəzərdə tutulan hallarda Məhkəməyə verilən bütün məsələlər Məhkəmənin sərəncamındadır.

Konkret bir iş üzrə məhkəmənin səlahiyyəti haqqında mübahisə olduqda, məsələni Məhkəmənin özü həll edir.

Razılığa gəlmiş Yüksək Tərəfin hər biri Konvensiyanın və ona əlavə edilən Protokolların müddəalarının digər Razılığa gəlmiş Yüksək Tərəfin güman edilən hər bir pozuntusu haqqında Məhəkəmədə məsələ qaldıra bilər.

Məhkəmə bu Konvensiyada, yaxud ona əlavə Protokollarda qəbul edilmiş hüquqların Razılığa gəlmiş Yüksək Tərəflərin biri tərəfindən pozulmasının qurbanı olduğunu təsdiq edən hər bir fiziki şəxsdən, hər bir qeyri-hökumət təşkilatından, yaxud fərdi şəxslər qrupundan şikayət qəbul edə bilər. Razılığa gəlmiş Yüksək Tərəflər bu hüquqların səmərəli şəkildə həyata keçirilməsinə heç bir vəchlə mane olmamağı öhdələrinə götürürlər.

Məhkəmə işə baxılması üçün onu ancaq beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarında nəzərdə tutulmuş müdafiənin bütün daxili vasitələri tükəndikdən sonra və milli orqanlar tərəfindən işə dair qəti qərar çıxarıldığı tarixdən altı ay ərzində qəbul edə bilər.

Məhkəmə 34-cü maddəyə əsasən, verilən aşağıdakı fərdi şikayətin heç birini baxılmaq üçün qəbul etmir, əgər bu şikayət:

anonimdirsə;

Mahiyyətcə məhkəmədə artıq baxılmış şikayətin oxşarıdırsa, yaxud beynəlxalq araşdırmanın və ya tənzimlənmənin başqa prosedurasının predmetidirsə və işə dair yeni faktlar yoxdursa.

Məhkəmə 34-cü maddəyə uyğun verilən, ancaq bu Konvensiyanın, yaxud ona əlavə Protokolların müddəalarına uyğun gəlməyən, açıq-aşkar əsaslandırılmamış və ya şikayətlərin verilmə hüquqlarından sui-istifadə hesab etdiyi hər bir fərdi şikayəti qəbulolunmaz elan edir.

Məhkəmə mövcud maddəyə uyğun qəbul olunmaz hesab etdiyi verilən hər bir şikayəti rədd edir. O, bunu araşdırmanın istənilən mərhələsində edə bilər.

Palataların hər hansı birinin və ya Böyük Palatanın baxışında olan istənilən işə münasibətdə barəsində, vətəndaşı ərizəçi olan hər bir Razılığa gəlmiş Yüksək Tərəf yazılı rəylər verməkdə və Məhkəmə dinləmələrində iştirak etməkdə haqlıdır.

Ədalət məhkəməsinin lazımi icrasının xeyrinə Məhkəmə Sədri işdə tərəf olmayan hər bir Razılığa gəlmiş Yüksək Tərəfi, yaxud ərizəçi olmayan, ancaq işdə maraqlı hər bir şəxsi yazılı rəylər vermək, yaxud məhkəmə dinləmələrində iştirak üçün dəvət edə bilər.

Məhkəmə şikayəti məqbul elan etdikdə:

Məhkəmə maraqlı tərəflərin təmsilçilərinin iştirakı ilə işə baxışı davam etdirir, zəruri olduqda işin vəziyyətinin araşdırılmasını həyata keçirir və bunun da səmərəli şəkildə yerinə yetirilməsi üçün maraqlı dövlətlər bütün zəruri şəraiti yaradırlar.

Məhkəmə bu Konvensiyada və ona əlavə Protokollarda qəbul olunmuş insan hüquqlarına əməl etmə əsasında işə dair dinc saziş bağlamaq məqsədilə özünü marağı olan tərəflərin sərəncamına verir.

I bəndin "b" yarımbəndində nəzərdə tutulan iş qaydası məxfi xarakter daşıyır.

Vəziyyət aşağıdakı nəticələri çıxarmaq imkanı verdikdə, araşdırmanın istənilən mərhələsində Məhkəmə işin icrasının dayandırılmasına dair qərar qəbul edə bilər:

- ərizəçi artıq öz şikayətinin baxılmasına nail olmaq fikrində deyil;

- mübahisə yoluna qoyulmuşdur;

- Məhkəmənin müəyyən etdiyi istənilən digər səbəbə görə, şikayətə sonrakı baxış əsassızdır.

Bununla belə, bu Konvensiya və ona əlavə Protokollar ilə təmin olunmuş insan hüquqlarına əməl etmə bunu tələb etdikdə, Məhkəmə şikayətə baxılmasını davam etdirir.

Məhkəmə bu addımı şəraitin doğurduğunu hesab edərsə, şikayəti baxılmalı işlərin siyahısına bərpa etmək haqqında qərar qəbul edə bilər.

Dinc saziş bağlandıqda, Məhkəmə faktların və əldə edilmiş nəticələrin yalnız xülasəsi verilən qərarlar çıxarmaq yolu ilə işi öz siyahısından çıxarır.

Məhkəmə müstəsna hallarla bağlı başqa qərar qəbul etmədikdə, onun iclasları açıqdır.

Saxlanmaq üçün Katibliyə verilmiş sənədlər Məhkəmə sədri başqa qərar qəbul etmədikdə, ictimaiyyət üçün açıqdır.

Əgər Məhkəmə Konvensiyanın və ya ona əlavə Protokolların pozuntusunun baş verdiyini, Razılığa gəlmiş Yüksək Tərəflərin daxili hüququnun isə bu pozuntunun nəticələrini ancaq qismən aradan qaldırılmasına imkan verdiyini elan edərsə, zəruri halda zərər çəkmiş tərəfə ədalətli ödənc verir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər