PDF Oxu

MİA

  • 2 934

İnsanlar və insanlıq əleyhinə cinayət olan soyqırımı: erməni faşizminin iddialarının puçluğu və tarixi həqiqət

image

Erməni faşizmi insanlara və insanlıq əleyhinə cinayətlər törətdiyi halda, tarixi saxtalaşdıraraq, heç bir hüquqi əsası olmayan "erməni genosidi"ndən siyasi məqsədlər üçün istifadə edir. Məlumdur ki, yunan dilində genos - "nəsil, kök, soy" sözü ilə latın dilində caedo - "öldürürəm" sözlərinin birləşməsindən "genosid" termini belə yarandı. İndiyə qədər dünyanın bir çox ölkələri "genosid" terminini tərcümə etmədən orijinalda işlədirlər. Azərbaycanın siyasi və hüquqi leksikonuna isə 1990-cı illərdə "soyqırımı" kimi daxil olan bu termin insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir. Hansı dildə işlənməsindən asılı olmayaraq, cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqi və ya dini qrupun soyunun-kökünün kəsilməsini əks etdirir.

Tarixi faktlar və sənədlər sübut edir ki, 1915-ci il hadisələri soyqırımı terminindən nə qədər uzaq olsa da, ermənilərin azərbaycanlılara qarşı törətdikləri məlum "münasibəti" də bir millət olaraq, kökümüzün kəsilməsinə yönəlmiş hərəkətdir.

Professor Nuru Məmmədovun fikrincə, Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni daşnakları və millətçiləri hiyləgər siyasət yeridərək, monoetnik və "türksüz Ermənistan" uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmış, "dənizdən-dənizə" böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər. Onlar özlərinin məkrli və avantürist niyyətlərini həyata keçirmək məqsədilə tarixdə görünməmiş cinayət və vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə etmişlər. Şovinist ruhlu erməni millətçiləri tərəfindən yeridilən bu mənfur siyasət tarixin bütün zamanlarında türk xalqlarına qarşı ölüm, işgəncə, məşəqqət və məhrumiyyətlərlə müşayiət olunan faciə dolu qaçqınlıq, didərgin həyatı, torpaq və yurd həsrəti gətirmişdir. Bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal edən erməni təcavüzkarları xalqımıza ağır məşəqqətlər gətirmiş, 1 milyondan çox azərbaycanlını qaçqına, didərginə və məcburi köçkünə çevirmişdir.

Tədqiqatlarda göstərilmişdir ki, erməni millətçiləri özlərinin sərsəm və xəyali planı olan "böyük Ermənistan" imperiyasını yaratmaq üçün ən çirkin üsullara belə əl atmaqdan çəkinməmişlər. Belə ki, ermənilər ayrı-ayrı zamanlarda tarixi faktları saxtalaşdıraraq özlərini guya soyqırımına məruz qalan tərəf kimi göstərmişlər. Lakin faktlar göstərir ki, ermənilər bütün zamanlarda azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui-qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.

Z.Əliyev yazır: "Aparılan araşdırmalardan aydın olur ki, ermənilərin ərazi iddiaları və etnik-təmizləmə siyasəti çar Rusiyası və Sovet İttifaqının Türkiyəyə qarşı ərazi tələbləri ilə sıx vəhdət təşkil etmişdir və bu məsələlər, əslində, Türkiyə ilə Azərbaycan torpaqlarının parçalanmasına, bölünməsinə və işğal edilməsinə istiqamətlənən məkrli və avantürist bir siyasət olmuşdur ki, bu da zaman-zaman özünü göstərmişdir. Erməni millətçilərinin hiyləgər siyasətinin reallaşmasında Moskvanın xüsusi maraqları olmuşdur. Tarixin müxtəlif zamanlarında - istər çar hakimiyyətinin və istərsə də totalitar sovet rejiminin rəsmi dairələri Cənub sərhədlərinin genişləndirilməsində və möhkəmləndirilməsində erməni sindromundan istifadə etməyə və Cənubi Qafqazda imperiya sərhədlərini Türkiyə torpaqları hesabına şişirtməyə, beləliklə, öz geosiyasi maraqlarını həyata keçirməyə ciddi səy göstərir, fürsət düşən kimi praktik tədbirlərə əl atırdı. Nəticədə, "erməni məsələsi"ndən istifadəyə görə azərbaycanlıların soyqırımı və deportasiyası təşkil edildi. Azərbaycan və türk xalqlarının tarixi taleyi məkrli siyasətə qurban verildi.

Araşdırmalardan aydın olur ki, erməni millətçilərinin həyasızlığı, terror və təxribatçı fəaliyyətləri iyirminci yüzilliyin 80-ci illərinin sonlarında daha təhlükəli şəkildə tüğyan etməyə başlayır. Ermənilər açıq şəkildə Qarabağı və Naxçıvanı işğal etmək siyasətinə başlayırlar, nəticədə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ müharibəsi başlayır. Etnik təmizləmə siyasəti aparan erməni ekstremistləri silahlı yolla Azərbaycan torpaqlarını işğal edir, müharibə şiddətlənir, ermənilər monoetnik dövlət yaradırlar, Ermənistan ərazisində yaşayan yerli əhali olan azərbaycanlılar doğma yurdlarından tamamilə qovulurlar.

Dünya ictimaiyyəti bilməlidir ki, vaxtilə paytaxtı belə olmayan ermənilər İrəvan şəhərini 1918-ci il mayın 29-da ələ keçirib, özlərinə "paytaxt" etdilər. 1918-ci il Batum Müqaviləsinin şərtlərinə görə 9 min kvadrat kilometr əraziyə malik olan ermənilər hazırda 45 min kvadratkilometr əraziyə malikdir ki, oraya da işğal edilmiş Azərbaycan torpaqları daxildir.

Müəllif qeyd edir ki, bəşər tarixində çox soyqırımlar törədilmiş, yüz minlərlə adam günahsız yerə qanına qəltan edilmişdir. Lakin heç bir xalq erməni cəlladları qədər qəddar olmamış, vəhşiliklər və vandalizm aktları törətməmişlər. Erməni daşnaklarının vəhşiliyi bütün zamanlarda özünü qabarıq tərzdə göstərmiş və insanların nifrətinə səbəb olmuşdur. XX yüzillik boyu erməni cəlladları tərəfindən dəfələrlə törədilən qanlı qırğınlar, bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə gətiriləsi mümkün olmayan bir faciədir və türk xalqlarına qarşı əsl genosid və soyqırımı siyasətidir. Xüsusilə, XIX-XX əsrlərdə türk və azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız adam məhv edilmişdir.

Zaman-zaman gerçəkləşdirilən və planlı şəkildə həyata keçirilən erməni niyyətləri, əslində, dənizdən-dənizə, sonra isə dünya okeanlarına çıxmaq üçün "böyük Ermənistan" dövləti yaratmaq siyasətinin bir hissəsidir. Həm də bu yolda erməni millətçiləri ən iyrənc metodlardan istifadə etməkdən belə çəkinməmişlər. Erməni terrorçu dəstələri hələ XIX yüzilliyin ikinci yarısında Türkiyənin Zeytun (1862, 1878 və 1884-cü illərdə), Sasun (1880-ci ildə), Van (1884-cü ildə) vilayətlərində qanlı qırğınlar törətmiş və bu qırğınlar nəticəsində 2 milyondan çox Anadolu türkü öldürülmüşdür. XX yüzilliyin əvvəllərində isə Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə azərbaycanlıları kütləvi şəkildə amansızcasına məhv etmişlər. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1993-cü illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər, əslində, genosid və soyqırımı siyasətidir. Beləliklə, XX yüzillikdə Azərbaycan xalqı 4 dəfə soyqırımına məruz qalmış və nəticədə, 2 milyondan çox azərbaycanlı bu məkrli siyasətin günahsız qurbanı olmuşdur.

Tarixi keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik dövr alimlərinin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü "məzlum xalq" kimi tanıtmağa çalışan erməni başkəsənləri hər yerdə geniş təbliğat apararaq, uydurma "erməni soyqırımı"nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.

Türkiyənin tanınmış tədqiqatçı-alimi, professor İsmail Ürçelik "Ermeni iddiaları ve gerçekler" adlı kitabında göstərir ki, Birinci Dünya müharibəsi ərəfəsində və müharibə illərində ermənilər öz istəklərini gerçəkləşdirmək üçün Rusiyadan dəstək alırdılar. Rusiya vəd etdi ki, yeni bir Ermənistan qurulmağa kömək edəcək. Bundan sonra Türkiyə ərazisində yeni-yeni erməni hərbi alaylarının təşkili prosesi sürətlənirdi. Bu alaylara erməni liderləri başçılıq edirdilər. Hətta bu erməni hərbi birləşmələrinin fəaliyyətini əlaqələndirmək üçün Tiflisdə Erməni Uluslararası Bürosu yaradıldı. Bir çox xarici ölkələrdən gələn ermənilər hesabına könüllü hərbi birləşmələrin sayı getdikcə çoxalırdı. Qısa zamanda Rusiyadan, İrandan, Amerikadan, İngiltərədən, Fransadan, Bolqarıstandan, Rumıniyadan və hətta Buxaradan gələn ermənilər təşkil edilən könüllü erməni alaylarına daxil olurdular. Onlara xüsusi təlimat keçirdilər. Təqribən 180 minə qədər erməni belə təlim keçmişdi. Təlim keçən erməni casuslarına təxribat işləri ilə məşğul olmaq, adam öldürmək, türk ordusuna arxadan zərbə vurmaq tapşırığı verilmişdi.

Qəribədir ki, həmin casus erməni silahlıları gecələr evlərə basqın edir, dinc əhalini öldürür, səhərə qədər vəhşiliklər edir, gündüzlər isə özlərinin hərbi alaylarına çəkilirdilər. Bu gizli taktiki əməliyyatları müəyyənləşdirmək isə Osmanlı dövləti üçün xeyli çətinliklər yaradırdı.

Əslində, Osmanlı hökuməti ermənilərin bu təxribatçı fəaliyyəti barədə xəbərdar idi və buna görə də Ənvər paşa erməni patriarxını çağıraraq ona: "...ermənilərə sədaqət bəslənildiyi bir durumda, onların (ermənilərin) müsəlmanlara və Osmanlı dövlətinə zərər verdiklərini, patriarxın onlara nəsihət verməsini, əks-halda və nəticə çıxarmayacağı təqdirdə, ən ciddi əsgəri tədbirlərin alınacağını və qəti addımın atılacağını söyləmişdir". Ancaq ermənilər çox öncədən nə şəkildə hərəkət edəcəklərini qərarlaşdırmış olduqlarından bunların heç bir faydası olmamışdır.

Z.Əliyev yazır: "Nəticədə, 1914-cü il avqustun əvvəllərində Osmanlı hökuməti səfərbərlik haqqında qərar verdi. Hökumətin bu zəruri tədbirinə adekvat olaraq, erməni liderləri öz murdar əməllərini həyata keçirmək üçün erməni alaylarına şifrəli təlimatlar göndərdilər və əks-hücuma başlamaq tapşırığı aldılar. Bu vaxt Eçmiədzin katalikosu Kevork Rusiyanın Qafqazda baş valisi Voronsov-Daşkova müraciətlə ermənilərin Rusiya tərəfindən himayəsini istəyərək, Osmanlı dövlətinə qarşı savaşacaqlarını söyləmişdir. Voronsov-Daşkov isə, işğal ediləcək Osmanlı torpaqlarında (altı vilayət) bir erməni dövlətinin Rusiya tərəfindən tanınacağını elan etmişdi. Rusiya çarı II Nikolay da eyni vədi vermiş və ermənilərin ruslarla birlikdə türklərə qarşı vuruşması barədə bəyannamə elan etmişdi. "Daşnaksütyun" partiyası erməniləri silahlanmağa, yeni bir Ermənistanın yaradılması vaxtının çatmasına, bu yolda Rusiyanın köməyinə bel bağlamağa, Türkiyə əleyhinə silaha sarılmağa dair şüarlarla çıxışlara başladı və ədavəti qızışdırdı.

Erməni silahlı dəstələrinin ilk çıxışları Zeytunda başlandı (17 avqust 1914-cü il) və getdikcə genişləndi. Erməni hərbçiləri Anadoluda və Qafqazda türklərə qarşı görünməmiş vəhşiliklərə başladılar. Yüz minlərlə müsəlmanı, qoca, uşaq, qadın, qız, xəstə və əlil olanları sistemli şəkildə qətlə yetirdilər. Cəbhədən dönən yaralı türk əsgərlərini amansızcasına öldürdülər. Osmanlı ordusunu arxadan vuraraq, köməyə gələn bütün ehtiyat yollarını bağlamışdılar. Rəsmi dövlət dairələrinə hücum edərək, ictimai binalara erməni mühafizə dəstələri düzənləmişdilər. Ermənilərin bu vəhşi əməllərinə qatılmayan kimsəni, hətta erməni də olsa, belə öldürürdülər. Zeytun, Kayseri, Bitlis, Sivas, Trabzon, Ankara, Adana, Urfa, İzmir, Bursa və daha bir çox yerlərdə ermənilər ağıla gəlməyəcək vəhşiliklər törətmişdilər. Osmanlı dövləti çox ağır günlərini yaşayırdı".

Müəllif yekun olaraq göstərir: "Beləliklə, türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı dövlətini çıxış yolu axtarmağa, ciddi və qəti hərəkət edərək, əks-tədbirlər görməyə məcbur etdi. Onu da unutmaq olmazdı ki, Türkiyənin başı bu zaman dünya müharibəsinə qarışmışdı, cəbhədə ağır itkilər verirdi. Bu zaman 180 min erməni yaraqlısı rus qoşunu tərkibində Türkiyənin dinc əhalisini amansızcasına qırır və onları məhv edirdi.

Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhv edilməsi, habelə, ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi. Buna görə də, 1915-ci il aprelin 24-də Türkiyənin daxili işlər naziri Tələt paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi və 600 nəfər həbs edildi. Bundan sonra 1915-ci il mayın 30-da döyüş bölgəsində yerləşən ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsi barədə çox ədalətli və humanist bir fərman da verildi. Fərman 14 valiyə göndərildi və qısa müddətdə həyata keçirilməsi tapşırıldı. Fərmana əsasən, köçürülən ermənilər üçün hər cür şərait yaradılmışdı. Hətta əmlakını aparmaq istəməyənlər onu pulla sata bilərdilər. Mənbələrdən məlum olur ki, köçürülən ermənilərin çoxu könüllü olaraq sonradan xarici ölkələrə mühacirət etmişdir.

Hadisələrin, faktların və mövcud tarixi şəraitin araşdırılması belə bir nəticə çıxarmağa əsas verir ki, köçürülmə ilə əlaqədar Türkiyə hökumətinin verdiyi qərar düzgün idi. Hətta Türkiyə hökumətinin köçürülmələrin və onların əmlakının təhlükəsizliyinin təmin edilməsi barədə göstərişləri, onun nə qədər ədalətli olduğunu bir daha göstərir. Çünki türk xalqı heç kəslə düşmənçilik etməmiş, tarix boyu qonşu xalqlarla həmişə dost və mehriban qonşuluq münasibətində olmuşdur. Fəqət, xain çıxan ermənilər, nankor olan erməni millətçiləri və hərbi ədavəti qızışdıran keşişlər, qırğınları qızışdıran daşnaklar olmuşlar.

Erməni quldurları 1916-cı il mayın 11-də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22-də isə Van şəhərində 15 min adamı məhv etmiş, 1000 nəfər körpəni boğmuşdular. 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq yandırmışlar. Martın 17-də Urmiyada 10 min dinc sakini öldürmüşlər. J. və K.Makkartilərin tədqiqatına görə, XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər