Hüquq və əxlaqın tamamlanması (qarşılıqlı tamamlanma) onların potensialının cəmiyyətin həyatı üçün vacib olan dəyərlərin təmin edilməsi, müdafiə olunması məqsədilə yığılması və toplanması prosesidir. Qarşılıqlı tamamlanma əxlaq və hüququn ümumi xususiyyətlərinin aşkara çıxması, sosial məqsədlərə çatmaq üçün (sosial münasibətlər bu məqsədlər üçün tənzimlənir (normaya salınır) onların müəyyən istiqamət götürməsinin təzahürüdür.
"İnsan hüquqları" kitabında yazılır: "Əxlaq və hüququn qarşılıqlı tamamlanması onların qarşılıqlı təsirinin istənilən sferasında özünü göstərə bilər. Hüquqi və əxlaqi qiymətləndirmə təhlükəli cinayətin bəyənilməməsi və ya qanuni davranışının təqdir edilməsində və s. biri-birinə uyğun gəlir. Amma bu hallarda da hüquq və əxlaqın qarşılıqlı tamamlanması bir çox konkret şərait, cinayətin törədilmə motivlərindən və s. asılıdır. Hüquqa əks olan hərəkətin müəyyən dərəcədə əxlaqi düşüncə ilə bəraət qazana bilməsi şəraiti mümkündür (mətbuatda ata tərəfindən onun azyaşlı qızını zorlayanların birbaşa məhkəmə salonunda qətlə yetirilməsi hadisəsinin kütlə tərəfindən ədalətli hərəkəti kimi qiymətləndirilməsi təsvir edilmişdir). Belə hallarda bizim hüquqi və əxlaqi qiymətləndirmənin uyğun gəlməsi ilə əlaqəmiz olur. Hər halda, söhbət insan hüquqlarından getdikdə hüqüqu və əxlaqın konflikti, praktiki olaraq yaranmır."
İnsan hüquqlarında hüquq və əxlaqın qarşılıqlı tamamlanması sivil fəaliyyətin və insan ünsiyyətinin ümuməhəmiyyətli (müəyyən mənada şərtsiz və qəti) dəyərlərinin yenidən yaradılması və müdafiəsi səbəbindən yaranır. Hələ Aristotel, məhz "hamı üçün ümumi olan, xalqlar arasında heç bir əlaqə və həmrəylik olmadıqda da tanınan" belə əhəmiyyət haqqtında yazmışdır. "Hamı üçün ümumi" dəyərlərin çox mühüm olması bu dəyərlərin təmin edilməsinə yönəldilmiş yüksək əhəmiyyətin sosial normalar kompleksini formalaşdırır. Bu kompleks həm hüquq, həm də əxlaqi sistem üçün normativ qiymət təyinedici əhəmiyyəti olan insan hüquqlarında da tamamlanmışdır.
Buna görə də insan hüquqlarını bəzən (burada hüquq və etika elementlərin olmasını nəzərə çarpdıraraq) etik-hüquqi konstitusiya adlandırırlar.
Başqa sözə, insan hüquqlarında hüquqi və əxlaqi dəyərlər biri-birinə qarışır. Bu birləşmə bütün konstruksiyanın mənasını zənginləşdirir. Belə ki, insan hüquqlarının ümumi bəyənnaməsinin 1-ci bəndində belə xülasə vardır: "Bütün insanlar öz ləyaqət və hüquqlarında azad və bərabər doğulurlar. Onlara şüur və vicdan verilmişdir, onlar biri-birilərinə münasibətdə qardaşlıq ruhunda hərəkət etməlidirlər". Bu müddəaya həm əxlaq postulatları (qardaşlıq, vicdan), həm hüquqi prinsiplər (bərabərlik), həm də əxlaq hüquq qanunlarına aid kateqoriyalar (azadlıq, ləyaqət) daxil edilmişdir. Əxlaq və hüquq kateqoriyalarının bir yerdə bu cür mövcud olmasını insan hüquqlarının digər normalarında da görmək olar. Bu, bir daha təsdiq edir ki, onlarda "bütün ən mühüm sosial norma və prinsiplər (təkcə hüquqi deyil, həm də əxlaqi, siyasi, dini, fəlsəfi prinsiplər) cəmlənmişdir."
Adıçəkilən kitabda göstərilir ki, bununla bərabər, insan hüquqları məhz əxlaqi normalara yaxındır. Dini normalara gəldikdə isə, burada münasibət birmənalı deyil, çünki insan hüquqları vicdan azadlığı və əxlaqı seçimi nəzərdə tutur. Bu mənada, Amerika Müstəqillik Deklarasiyasının insanlara "Yaradan tərəfindən ayrılmaz hüquqlar bəxş edilmişdir" müddəasının bu gün dini yox, mənəvi məqsədi vardır: insan hüquqları insanın öz mənşəyinin Allah və ya təbiətdən olmasına inanmasından asılı olmayaraq, bəxş edilə, yaxud göndərilə bilməz.
Hüquq sistemi, bütövlükdə, böyük əxlaqi potensial daşıyır. Hüquqi normalar sarsılmaz əxlaqi prinsiplərə çox əsaslanmışdır: "Başqasına elə münasibət göstər ki, onun da sənə belə münasibət göstərməyini istəmiş olasan", "Şəxsiyyət ol və digər şəxslərə hörmət et" və s. Lakin insan hüquqları institutunda bəşəri birgəyaşayışın hüquq və ya etik normalar kimi göstərilməsi mümkün olmayan ən mühüm prinsiplər bir yerdə təcəssüm edilmişdir. Buna görə də, insan hüquqları institutu, bütövlükdə, vətəndaş cəmiyyətinin dəyəri kimi əhəmiyyət kəsb edir.
Hüquq və əxlaqın insan hüquqları sahəsində qarşılıqlı təsirinin spesifik xüsusiyyəti onunla əlaqədardır ki, bu zaman qarşılıqlı təsir obyekti ictimai həyatın əsasını təşkil edən xüsusi əhəmiyyətli prinsip olur. Bu prinsiplər insan hüquqlarında, birincisi: deklarasiya edilirlər, yəni cəmiyyətin əxlaqı-siyasi məqsədləri kimi elan edilirlər, ikincisi: hüquqi institutların köməyilə müdafiə olunurlar. İkinci funksiya birincisiz həyata keçirilə bilməz, birinci isə çoxsaylı tarixi faktların göstərdiyi kimi, elan olunmuş dəyərlərin öz hüquqi mexanizmilərinin əmələ gəlməsi üçün zəruri mərhələdir. Böyük azadlıq xartiyası, Hüquqlar Haqqında Bill və Habeas Korpus Aktın müddəaları - bu sənədlər qəbul edilən vaxtlar. sözün əsl mənasında, ümumi yuridik hüquqlar deyildilər. Bununla belə, bu sənədlər insan hüquqlarının gözlənilməsini dövlət hakimiyyətinin öhdəsinə qoyan prosessual hüquqi mexanizmlərin sonrakı inkişafı üçün şərait yaratdı.
İnsan hüquqları konsepsiyalarının tarixi inkişafı göstərir ki, onların bərqərar olmasının hüquqi və mənəvi amilləri ümumi dəyərlər qismində əvvəlcə ümumi inkişafa, yəni qarşılıqlı tamamlanmaya təkan verib, onun üçün şərait yaradaraq, birgə "işləyirlər." Belə ki, XVII-XVIII əsrlərdə cəmiyyətin mənəvi düşüncəsindəki kardinal dəyişikliklər hüquqi dünyagörüşə səbəb oldu. Bunun ayrılmaz elementi hər bir fərdə anadangəlmə məxsus olan ayrılmaz hüquq və azadlıqların kataloqu oldu. Öz növbəsində, huquqi dünyagörüşün genişləndirilməsinin böyük rolu onda idi ki, insanın təbii hüquqları cəmiyyət tərəfindən sarsılmaz əxlaq prinsiplərinin yüksəkliyinə qaldırılmışdır.
"İnsan hüquqları" kitabında yazılır: "İnsan hüquqlarında hüquq və əxlaqın biri-birini qarşılıqlı tamamlaması bu sistemlərin bölünmzliyinin təzahürü deyildir. Onların qarşılıqlı təsirlərindəki sinkretiklik inkişafın ilkin mərhələsində hüquq və əxlaqın müəyyən qarışıq funksiyaları ilə də səciyyələnirdi. Qarışılıqlı tamamlama isə kifayət qədər düşünülmüş müstəqil sistemlər arasında əlaqə kimi meydana çıxır, bu sistemlər bir normativ dəyərlər sisteminin tələblərinin digər sistemin məqsədləri ilə əlavə möhkəmlənməsinin lazım olduğuna görə birgə fəaliyyət göstərir; bu zaman həm hüquq, həm də əxlaq biri- birinin işini təkrarlamadan öz spesifik vasitələrinin köməyi ilə təsir göstərir. Buna görə də insan hüquqlarının əxlaqi-hüquqi məzmunu qeyri-kafi fərqləndirilmə təzahürü deyil, məna kəsb edən və sabit əlamətdir. O, insan hüquqlarının bütün inkişaf mərhələlərində - antik dövrdən yaşadığımız günədək müxtəlif şəkildə mövcud olur.
İnsan hüquqlarında sivil cəmiyyətin əsas dəyərlrinin (o cümlədən, əxlaqi dəyərlərin) pozitivləşməsi baş verir. Bu dəyərlər insan hüquqlarının beynəlxalq sistemi vasitəsilə milli hüquqda yayılır və kök salır, burada onun əxlaqi məzmunu saxlanılır, subyektiv konstitusiya hüquqları kimi hüquqi forma ilə möhkəmləndirilir. Anadangəlmə təbii hüquqlar öz mənəvi əhəmiyyətini dəyişmədən yuridik mənada hüquqlar olur.
Demək olar ki, insan hüquqları hüquq və əxlaq arasında özünəməxsus əlaqələndiricı halqadır. Şəxsiyyət və cəmiyyətin qarşılıqlı əlaqəsinin əsaslı prinsipiərinin elan edilməsı və təmin olunmasının hüquqi üsulları əxlaq subyektlərinin azadlıq və muxtariyyatını təsdiq edən əxlaq normalarını tamamlayır. Ən mühüm dəyərlər həm əxlaq, həm də hüquqi sistem mənasını ifadə edən sosial normalarda bir növ "ikiqat möhkəmlənmə" qazanır. İnsan hüquqlarının normativ-əxlaqi təminat mexanizmləri spesifik əxlaqi mexanizmləri möhkəmləndirir, həm də, əksinə olaraq, əxlaq normaları siyasi ünsiyyətin insan hüquqlarında qeyd olunmuş ümumi prinsiplərinə sözsüz əməletmə göstərişini verir. Bu, həmçinin, qarşılıqlı tamamlama "rejimində" əxlaq və hüququn qarşılıqlı təsirini göstərir."
Sidney Universitetinin professoru A.Sun-Tayin insan hüquqlarının bütün normalarının əxlaqi və pozitiv normalara təsnif olunması təklifini hüquq və əxlaqın mövcud olmaq və qaışılıqlı tamamlamasının tanınması faktı kimi qiymətləndirmək olar. Bu zaman pozitiv hüquqlar dedikdə, empirik yolla yoxlanıla bilən bütün hüquqlar başa düşülür, halbuki əxlaqi hüquqlar zəruriliyi ifadə edir. Belə təsnifat kifayəl qədər mübahisəli görünür, ona görə ki, onun əsasını insan hüquqlarının əxlaq-deklarativ və pozitiv-hüquqa bölünməsi meyarı təşkil edir. Lakin insan hüquqlarını təşkil edən bütün normalar müştərək əxlaq-hüquq məzmunu daşıyır və onlardan hər birinə qarşılıqlı tanmamlama prinsipi nöqteyi-nəzərindən baxıla bilər.
Məsələn, insanın layiqli həyat səviyyəsi hüququ "bəşəri ləyaqət"in əxlaq-fəlsəfi kateqoriyasına əsaslanır. Əxlaqi sahədə bu kateqoriya insan mənəviyyatı, həm də "hamıya xas olan" mənəviyyatın fərdi təzahfürü ilə əlaqəsi var, bu barədə artıq İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin preambulasının birinci sətrində danışılmışdır. Məhz bu "hamıya xas olma" da bəşəri ləyaqət hissini hüquqi bərabərliyin mənalı əlamətlərindən biri edir. Beləliklə, mənəvi ləyaqətin şəxsi hissi özünə hörmət kimi müxtəlif ola bilər, lakin ləyaqət, insanın əhəmiyyəti qanun qarşısında budur. Hüquqi sənədin mətnində də bu termin əxlaqi-hüquqi dəyər, şəxsi subyektiv hüquq kimi təsbit edilir. Məntiqi olaraq bundan bəşəri ləyaqətin (ikinci nəslin insan hüquqları sırasından) təmin edilməsinin aşağıdakı hüquqi halqası inkişaf edir - cəmiyyətin hüquqi və iqtisadi vəzifəsi insanın lazımi yaşayışını təmin edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru