Obyektivlik, tərəfsizlik və qərəzsizlik KİV-in başlıca idealıdir. Qərəsizlik amili jurnalistlərin şüuruna faktların şərhi zaman, obyektilik prinsipinin qorunması tələbinə uzun illər əməl olunması nəticəsində daxil olub. Bir vaxtlar informasiya sahasində çalışan rəhbər işçilərin əksəriyyəti obyektivliyi çox dar mənada başa düşürdü: "Məşhur şəxslərin nə dediyi, nə etdiyi haqda, sadəcə olaraq, xalqa dəqiq məlumat vermək lazımdır. Onların hərəkətlərinə heç bir izah verilməməli, davranışlarının motivləri bəradə sual qoyulmamalıdır. Bütün bunlar auditoriyanın öz işidir".
Digər tərəfdən isə, jurnalistikada obyektivlik tələbatını tənqid edənlər bu fikirdədirlər ki, hadisələrin işıqlandırılmasına belə yanaşma tərzi həddən artıq yumuşaqlığa, materialların primitivliyinə səbəb olur. Bütün faktlara və baxışlara eyni diqqət yetirilməsi, onlara eyni əhəmiyyət verilməsi nəticəsində hadisələr oxuculara təhrif olunmuş şəkildə çatdırılır. Buna qarşı çıxanlar tamamilə əmindirlər ki, müasir dünyamızın mürəkkəb reallıqları heç də neytral müşahidəçilər tələb etmir. Əksinə, indi cəmiyyətə bilikli və səriştəli, təsvir etdiyi hadisədən və ya faktdan baş çıxaran, onların izahını verə bilən jurnalistlər lazımdır. Amerikan jurnalist Robert Şirin təbirincə söyləmiş olsaq, "mənim üçün başlıca məsələ jurnalistin neytrallığında deyil, onun öz işini nə dərəcədə vicdanlı görməsində, obyektiv olmasındadır".
Müəllifin fikrincə, cəmiyyətdə baş verən hadisələrin işıqlandırılmasında qərərsizlik və obyektivlik mövqeyi tutan KİV, həmçinin, heç də həmişə nəzərə çarpmayan aşağıdakı funksiyaları da yerinə yetirməli olur:
- reportyorluq - hakimiyyətin işi haqqında əhaliyə dəqiq və ətraflı informasiya verir;
- nəzarətçi - rəsmi şəxslərin vəzifəsindən sui-isifadə etməsi hallarını, səhvlərini, səriştəsizliyini üzə çıxarır;
- tənqidçi- müxtəlif müəssisələrin və rəsmi şəxslərin fəaliyyətinə müstəqil qiymət verir;
- kommunikativ - cəmiyyəti maraqlandıran məsələlər üzrə müxtəlif rəyləri yayır, diskussiyalar təşkil edir;
- müdafiəçi (ombudsman funksiyası) - vətəndaşların rəylərıni hakimiyyətin diqqəlinə çatdırmağa kömək edir;
- KİV-qamçı vuran rolunda çıxış edir, vətəndaşları ictimai rifahın yüksəldilməsinə xidmət edən bu və ya digər məqsədi həyata keçirməyə sövq edir.
Qamçı vuran" ifadəsi heç də həmişə birmənalı qarşılanmadığından, bu sözü "ictimai təşkilatçı" və ya "məsul vətəndaş" terminləri ilə əvəz etməyi məsləhət bilirlər. Amma necə adlandırılmasından asılı olmayaraq, məsələnin mahiyyəti dəyişməz qalır: KİV cəmiyyətlə həmrəylik nümayiş etdirir, onun çiçəklənməsinə calışır, çünki KİV-in özünün gələcəyi cəmiyyətin tərəqqisindən asılıdır."
Cəmiyyətin tərəqqisinə xidmət etməli olan KİV ictimaiyyətlə hakimiyyət arasında həlqə rolunu oynamaqla yanaşı, ictimai rəyin formalaşmasında iştirak edir. KİV bu sahadəki fəallığını hakimiyyət orqanlarına seçkilər zamanı, xüsusi olaraq, nümayiş etdirır. KİV nümayəndələri seçkilər zamanı hakimiyyətlə daha sıx əməkdaşlıq edir, onların nəticələri barədə əhaliyə mümkün qədər operativ və obyektiv məlumat verməyə çalışırlar. Çox vaxt mass-medianı tələskənlikdə, hələ səsvermə başa çatmamış onun nəticələrini dərc etməkdə günahlandırırlar. Bu tənqid daha çox seçicilər arasında ekspress sorğular keçirməklə səsvermənin nə ilə bitəcəyini proqnozlaşdırmağı xoşlayan televiziyaya ünvanlanır. Siyasətçilərin bir çoxunun fikrincə, belə proqnozlar seçkinin nəticələrinə təsir göstərir, buna görə də elektorata təzyiq üsulu kimi qiymətləndirmək lazımdır. Məsələn, namizədinin əsas rəqibini xeyli qabaqladığını, yaxud ondan qat-qat geri qaldığını eşidən seçici, artıq öz səsindən heç nə asılı olmadığını düşünüb, səsvermə məntəqəsinə gəlmək fikrindən daşına bilər. Bununla əlaqədar ABŞ-ın bir çox ştatlarında yenicə səs vermiş seçicilərdən seçki məntəqələrinin qarşısında müsahibə götürmək reportyorlara qadağan edilib. Lakin belə müsahibələri jurnalist etikasının pozulması kimi qiymətləndirmək, yəqin ki, düzgün olmazdı. Axı bu yolla jurnalist seçicilərin mövqelərinin necə bölüşdüyünü müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən informasiya toplayır. Seçkilərin yekunları elan olunana qədər keçirilən ekspress-sorğuların nəticələrinin televiziya və yayımlanmasına qarşı isə xüsusi tədbirlər keçirmək məqsədyönlü olardı.
Seçkilər dövründə, ictimai rəyin formalaşmasına daha çox təsir göstərən KİV tətbiq etdikləri informasiya texnologiyalarına görə də məsuliyyət daşımalıdırlar. Rusiya Federasiyasında keçirilmiş son parlament seçkilərinə nəzarət edən Avropa Kütləvi İnformasiya Vasitələri İnstitutunun fikrincə, cari texnologiyalar ən çirkin texnologiyalar olmuşdur. "Təmiz seçkilər" devizinə sadiq qalan Altay vilayəti elektron və yazılı KİV sahibkarları, jurnalistlər, redaktorlar özlərinin Xartiyasını imzalayırlar. Bu Xartiyanın şərtlərinə əsasən, KİV nümayəndələri təmiz və vicdanlı seçki kampaniyasının keçirilməsinə söz verir, çirkin, qərəzli seçkiqabağı materialları çap etməməyə qərarlı olduqlarını bəyan ediriər. Jurnalistlər heç bir maddi mükafatlandırma, pul müqabilində bunu etməməyə söz verirlər. Altaylı KİV nümayəndələri verdikləri vədi yerinə yetirdikləri halda, onların moskvalı, peterburqlu və digər regionlardakı həmkarları bu tələblərin heç birinə riayət etmədilər. Sözsüz ki, müvafiq şəraitdə KİV ictimai tərəqqiyə yox, cəmiyyətdə pozitiv ictimai rəyin formalaşmasına deyil, ayrı-ayrı dövlət məmurlarının maraqlarına xidmət etmişdir. Bu isə, bütövlükdə insanların seçki hüquqlarının, özünü ifadə hüquqlarının pozulması deməkdir.
Z.Musayeva yazır: "Cəmiyyətin informasiya almaq hüququnu təmin edən KİV və onun nümayəndələrinin əsas işi əhalini hakimiyyətin işi ilə tanış etməkdən ibarətdir. Peşə vəzifəsini yerinə yetirərkən mətbuat işçisi, bir çox tanınmış və nüfuzlu adamlarla görüşür. Elə jurnalist tapmaq olmaz ki, belə adamların diqqətindən və mehriban rəftarından xoşhal olmasın. Hər addımbaşı KİV əməkdaşlarına qarşı belə diqqətin şahidi oluruq. Çox zaman başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir. Mənafeyi naminə işi başlamış tələbdən imtina etdikdə məhkəmə işi üzrə icraata xitam verir.
Qanunda nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxarılanadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə, dövlət və ictimai mənafelərin müdafiəsi məqsədilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.
Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin realları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə, düzgün ifadə verməyə, hakimlərin və prosesin digər iştirakçılarının suallarına cavab verməyə borcludur.
Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.
Qanunda nəzərdə tutulmuş hallarda xüsusi biliyə malik olan, rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüququna malikdir. Ekspert qəsdən yalan rəy verməyə görə və ya rəy verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır.
Baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və qanunda nəzərdə tutulmuş hallarda mahkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. Tərcüməçi prosesə iştirakçılar tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər. Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər. Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə borcludur. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün iştirakçılara suallar verməkdə haqlıdır. Tərcüməçi bilə-bilə səhv tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.
Müəllifin fikrincə, Azərbaycan Respublikasının ərazisində mülki, cinayət proseslərində, inzibati xəta törədilməsində qanunla müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Vəkillər Azərbaycan Respublikası "Vəkillər və vəkillik fəaliyyəti haqqında" 28 dekabr 1999-cu il tarixli Qanun əsasında fəaliyyət göstərir. Bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasını və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətini tənzimləyir. Vəkillər peşə vəzifələrini həyata keçirərkən, müstəqildirlər və yalnız qanuna tabedirlər. Vəkillər aşağıdakı hüquqlara malikdirlər.
- hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istiınıtaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək;
- öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək;
- peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüququ yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq;
- xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün mütəxəssislərdən rəy almaq;
- qanunvcriciliklə nəzərdə tutulmıış qaydada texniki vasitələrdən istifadə etmək;
- qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq;
- vəkil işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir.
Kassasiya instansiya məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında şikayət verildikdə, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmədə yalnız vəkillə iştirak edirlər.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru