PDF Oxu

MİA

  • 8 417

Universal Dövri İcmal prosesində iştirak

image

İnsan Hüquqlarının səmərəli müdafiəsində həyata keçirilən təsirli mexanizmlərdən biri də Universal Dövri İcmaldır (UDİ). "İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq" kitabında göstərilir: "UDİ prosesi aşağıda göstərilən mənbələrdən alınan məlumatlar əsasında həyata keçirilir:

* Dövlət tərəfindən təqdim olunan hesabat;

* BMT-nin saziş qurumlarının sənədləri əsasında BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış ümumiləşdirici məlumat;

* BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış Milli İnsan Hüquqları İnstitutlarının, Qeyri-Hökumət Təşkilatlarının və akademik institutların təmin etdikləri məlumatların xülasəsi.

Azərbaycan da, İnsan Hüquqları Şurasına üzv olmaqla, UDİ prosesində iştirak etmək öhdəliyini öz üzərinə götürmüş oldu. Beləliklə, UDİ prosesinin əsas iştirakçılarından biri olaraq, Azərbaycan Ombudsman İnstitutu tərəfindən İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli 5/1 saylı qətnaməsinə əsasən, UDİ mexanizmi üzrə müvafiq məruzə hazırlandı və aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərildi. Həmin sessiyada Azərbaycanın İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabat, bütövlükdə uğurlu hesab edildi. Sessiyada iştirak edən dövlətlərdən 40-dan çoxu öz çıxışlarında Azərbaycan Ombudsman Təsisatının yaranması və fəaliyyətini, həmçinin, İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP-nin) qəbul olunmasını müsbət təcrübə kimi qeyd etdi.

UDİ üzrə dövlətin hesabatının yüksək səviyyədə hazırlanması, həm dövlət qurumlarmın, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin İcmal haqqında dolğun informasiyaya malik olmalarının təmin edilməsi, ən əsası isə, hesabatın tərtib olunması qaydaları və hazırlanması üsulları ilə tanış etmək məqsədilə Müvəkkil tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələrinin və bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə ardıcıl tədbirlər keçirilmişdir.

İnsan Hüquqları Şurasının UDİ üzrə növbəti iclası 4-6 fevral 2009-cu ildə keçirilmişdir. Həmin iclasda UDİ üzrə Azərbaycanla bağlı hesabatın dinlənilməsi prosesində Azərbaycan Ombudsman İnstitutu İnsan Hüquqları üzrə Milli Təsisat qismində təmsil olunmuşdu. Orada səsləndirilən tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Müvəkkil 10-11 noyabr 2010-cu il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa, Mərkəzi Asiya və Amerika bölməsinin rəhbəri Cianni Maqazzeni, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri insan hüquqları üzrə müşavirinin vəzifəsini icra edən Draqan Laloşeviçin iştirakı ilə müzakirələr təşkil etmişdi".

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal Mexanizmi çərçivəsində Azərbaycan Respublikasının 4 fevral 2009-cu ildə təqdim etdiyi məruzəsinə dair tövsiyələrin icrası ilə bağlı Miivəkkil tərəfindən əlavə məruzə hazırlanmış və aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərilmişdir.

UDİ üzrə, ümumilikdə, Azərbaycana münasibətdə 32 bənddən ibarət tövsiyələr bildirilmişdir. Tövsiyələrə Azərbaycan Respublikasının cavablarında onlardan 25-nə müsbət münasibət bildirilmiş, 2-si qəbul edilməmiş, 5-i isə qismən qəbul edilmişdir.

UDİ prosesi üzrə müstəqil monitorinq mexanizmi qismində çıxış edən Müvəkkil tövsiyələrin müzakirəsi məqsədilə göstərilən çatışmazlıqların hər birinin araşdırılaraq, birgə səylərlə qısa müddət ərzində aradan qaldırılması üçün görüləcək tədbirləri müəyyənləşdirmək üçün hesabatın tərtib olunmasında iştirak etmiş dövlət qurumlarının, həmçinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə, müntəzəm olaraq, birgə məsləhətləşmələr keçirmiş və nəticədə, tövsiyələrin əksəriyyətinin uğurlu icrasına nail olunmuşdur.

Tövsiyələrin icrası sahəsində Müvəkkil fəaliyyətini müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti ilə, xüsusilə də, QHT və icmalarla qarşılıqlı əməkdaşlıq əsasında şəbəkə şəklində həyata keçirmişdir.

Adıçəkilən kitabda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti 30 aprel 2013-cü ildə keçirilmiş ikinci UDİ zamanı isə, ümumilikdə, 162 tövsiyə qəbul etmiş və məhz baxış müddətində təqdim edilmiş bütün tövsiyələr, xüsusilə, nəzərə alınmışdır. Azərbaycan hökuməti bəzi tövsiyələr istisna olmaqla, bütün digər tövsiyələri tam və ya qismən qəbul etmişdir.

Müvəkkil UDİ prosesinin daha yaxından öyrənilməsi məqsədilə vətəndaş cəmiyyətinin nümayəndələrinin də iştirak toplantılar və təlim görüşləri təşkil edir. Çünki sözügedən mexanizmlə bağlı lazımi bilik və təcrübəyə malik olmama bundan irəli gələn işin səmərəli qurulmasında bir sıra çətinliklər törədir. Bu səbəbdən həm BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının ölkədəki nümayəndəliyi ilə, həm də UDİ prosesi üzrə ixtisaslaşmış ekspertlərin iştirakı ilə təlim iclasları təşkil olunur, həmin iclaslara vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və aidiyyəti dövlət qurumlarının nümayəndələri dəvət olunur. Müvəkkilin UDİ prosesində aktiv iştirakı və eyni zamanda, onun bu sahədə apardığı maarilləndirici tədbirlər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan Hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov tərəflndən də yüksək qiymətləndirilmişdir.

V.Şkolnikov adıçəkilən Paktın Əlavə Protokol üzrə Ombudsman Təsisatı tərəfindən paralel hesabatın hazırlanaraq, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinə göndərilməsini təqdir etmiş və həmin hesabatın artıq komitənin rəsmi saytında yerləşdirildiyi bildirilmişdir.

UDİ prosesi nəticəsində, irəli sürülən tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Müvəkkil onların səmərəli icrasının təmini məqsədilə müvafiq dövlət qurumlarının və QHT-lərin iştirakı ilə müzakirələr təşkil etmişdir. İnsan hüquqları sahəsində yeni mexanizm olan UDİ prosesi davamlı bir proses olduğundan Müvəkkil, müntəzəm olaraq, bu tövsiyələrin icrası vəziyyətinin monitorinqini aparır. Onu da qeyd etmək lazımdır ki, Müvəkkil UDİ üzrə aralıq hesabatının hazırlanmasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə iş aparmışdır.

2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında BMT-nin Universal Dövri İcmal (UDİ) prosesi çərçivəsində QHT, vətəndaş cəmiyyəti üzvləri və media tərəfindən Azərbaycanda insan hüquqlarının icrasının ümumi vəziyyətinə dair alternativ hesabatının hazırlanmasına həsr edilmiş ikigünlük təlim Müvəkkilin sözügedən prosesə nə qədər önəm verdiyinin bir göstəricisi idi. QHT nümayəndələrinin qatıldığı tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və Ümidli Gələcək Gənclər Təşkilatı ilə birgə təşkil olunmuşdu.

Müvəkkil tədbiri açaraq bildirmişdi ki, insan hüquqları sahəsində yaranan yeni institut və mexanizmlər sırasında BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın BMT qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən biri də UDİ mexanizmi ilə bağlıdır.

Xarici İşlər Nazirliyinin bu sahədə əsas nəzarət orqanı olduğu, müstəqil monitorinq mexanizminin isə Müvəkkil tərəfindən aparıldığı bildirilmişdir. UDİ üzrə dövlətin hesabatının yüksək səviyyədə hazırlanması məqsədilə, eyni zamanda, həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin İcmal haqqında dolğun informasiyaya malik olması üçün Ombudsman beynəlxalq ekspertlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirmişdir.

UDİ prosesi ilə bağlı verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqi aparılmış, vətəndaş cəmiyyəti təsisatlarının bu prosesdə iştirak etdiyi, insan hüquqları sahəsində QHT-lərin alternativ hesabatlar hazırladığı diqqətə çatdırılmışdır.

Müvəkkil İHŞ-in sessiyasında UDİ üzrə Azərbaycanla bağlı hesabatın dinlənilməsi prosesində iştirak etdiyini, sessiyanın işinə, həmçinin, hökumət nümayəndə heyəti ilə yanaşı, Azərbaycandan olan bir sıra QHT-lərin nümayəndələrinin də qatıldığını və bu qurumların öz alternativ məruzələrini təqdim etdiklərini vurğulamışdır. Ombudsman QHT-lərin öz fəaliyyətlərini könüllülük əsasında qurulmasının vacibliyini, könüllülük mədəniyyətinin daha da təkmilləşdirilməsinin zəruriliyini qeyd etmişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər