Vurğulamaq istərdik ki, bəşəri və ictimai münasibətlərin fundamental meyarlarından biri kimi çıxış edən insan hüquqları problemini yalnız bir dövlət siyasəti və ya hüquq məsələsi qismində anlamaq doğru olmazdı. İnsan hüquqları kifayət qədər mürəkkəb bir fenomen olaraq, bütövlükdə, sivilizasion inkişafı səciyyələndirir, mədəni davranış və fəaliyyətin çox mühüm xassəsi kimi, insanın pozitiv istiqamətdə sosiallaşmasına təminat verən universal prinsip kimi özünü göstərir.
Ə.Abbasov yazır: "İdeya kökləri qədim tarixə, müxtəlif dini-mədəni ənənələrə, təsərrüfat sistemlərinin ilkin qərarlaşma dövrünə gedib çıxan, özünəməxsus təkamül yolu keçən insan hüquqları bu gün elə bir səviyyə və universallıq kəsb etmişdir ki, kimsə onların təkzibinə açıq-aşkar səy göstərə bilmir. Bu hüquqların ümumən etiraf olunması artıq real faktdır. Qeyd etmək lazımdır ki, insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq müqavilələr fərdlərə, bilavasitə hüquqlar vermir. Bu müqavilələr, məhz dövləti orada "möhkəmlənmiş" insan hüquq və azadlıqlarına hörmət etmək və onların təmin edilməsi üçün bütün lazımı tədbirləri görmək öhdəliyi müəyyən edir. Təsadüfi deyildir ki, 1948-ci ildə qəbul edilmiş "İnsan hüquqları haqqında Ümumi Bəyannamə" bütün xalqların və dövlətlərin görməli olduqları bir vəzifə kimi elan edir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların xalqlar arasında səmərəli tanınmasının və həyata keçirilməsinin təmin olunmasına səy göstərsinlər.
Problemlə bağlı təhlil göstərir ki, müasir dövrdə insan hüquqlarının qorunması qaneedici vəziyyətdə deyildir. Belə ki, müxtəlif mədəniyyətləri təmsil edən dünya ölkələrinin çoxunda insan hüquqlarının təməlini müəyyənləşdirən bir çox prinsiplər pozulur, hiiquq və azadlıqlar yetərincə qorunmur, insanın şərəf və ləyaqətinə qarşı əməllər törədilir, onun fiziki və mənəvi aləmi təcavüzə məruz qalır, necə deyərlər, məhvedici zərbələrlə üzləşməli olur. Aydıdır ki, belə vəziyyətdə "vətəndaş-dövlət" münasibətləri sistemi daxilində qəbahətlər, anormallıqlar artmaqda davam edir. Bir sıra faktlar göstərir ki, bəzən maraqlı tərəflər belə qəbahətlərin səbəblərini irqi, etnik, dini və mədəni xüsusiyyətlərdə axtarır, demokratik norma və prinsiplərin pozulmasını bilavasitə milli-mədəni, dini özünəməxsusluğun səciyyəvi elementləri ilə izah etməyə çalışırlar. Belə yanaşma, əslində, problemi daha da mürəkkəbləşdirir, düzgün çıxış yollarının tapılmasma mane olur.
Tarixi təcrübə, cəmiyyətlərin təkamülü göstərir ki, insan varlığına qarşı əməllər, laqeyd və sayğısız münasibət iri miqyas alaraq kütləviləşirsə, bütövlükdə, cəmiyyət zəifləyir və dövlətlə qarşılıqlı münasibətlərdə passivlik göstərir - gücsüz, aciz tərəf rolunda çıxış edir və hakimiyyət qollarının öz səlahiyyətlərinin aşması üçün növbəti zəmin yaratmış olur. Ona görə də, insan hüquqları ideyası dövlət hakimiyyətinin məhdudlaşdırılması məsələsi ilə sıx bağlıdır; bu, bir sıra müddəalarda öz əksini tapır, bütün etnik, diini və mədəni müxtəlifliyə baxmayaraq, insan hüquqlarının gözlənilməsi ictimai inkişafın və əmin-amanlığın çox mühüm meyarıdır; müxtəlif mədəniyyətlər müstəvisində insan hüquqları öz praktik reallaşma səciyyəsi ilə fərqlənir; doğulduğu andan hər bir insan təkrarolunmaz və qiymətli varlıqdır, onun öz muxtariyyəti və ləyaqəti var; insanın ləyaqətinə toxunmağa, onun muxtariyyətinə müdaxilə etməyə dövlətin ixtiyarı yoxdur; hər bir hakimiyyətin öz həddi-hüdudu var; hər bir kəs öz hüquqlarını qoruyaraq, dövlət qarşısında müəyyən tələblər irəli sürə bilər; fərdin azadlığı cəmiyyətin digər üzvlərinin azadlıqlarının məhdudlaşdırılması hesabına reallaşdırıla bilməz və s. Deməli, "vətəndaş-dövlət", "cəmiyyət-dövlət" münasibətləri optimal təşkil olunub tənzimlənməlidir ki, insanın hüquqları etibarlı surətdə təmin edilsin. Bu münasibətlər sisteminin keyfiyyət xassələri, məzmunu həm obyektiv, həm də subyektiv amillərdən, o cümlədən, milli-mədəni ənənələrdən, mənəvi irsdən, cəmiyyətdə dinin rolundan və onun səciyyəvi xüsusiyyətlərindən, bəşəri dəyərlərə həssaslıqdan və s. asılıdır. Bu halda, kompleks sistemli təhlilə ehtiyac yaranır, beləliklə də, fəlsəfənin üzərinə məsuliyyətli bir vəzifə düşür: aktuallıq kəsb edən bir sıra sualları cavablandırmaq, zəruri ümumiləşdirmələr aparmaq. Təbiidir ki, dövr dəyişir, ictimai mühit yeniləşir, qarşıya yeni problemlər çıxır. Bu problemlər kompleksinin tədqiqat və müzakirə obyektinə çevrilməsi, insan hüquqlarının daha etibarlı təmin olunmasına münasib şərait yaratmaq imkanlarının axtarılması çox vacibdir.
Müəllifin fikrincə, qloballaşma və müxtəlif mədəniyyətlərə mənsub olan cəmiyyətlərə inteqrasiya zamanı insan hüquqlarnın bəzi istisnalara məruz qalması şübhəsizdir. Qeyd etmək lazımdır ki, insan haqlarının universallığı və mədəni müxtəlifliyin mövcudluğu, ümumən, hamı tərəfindən qəbul edilir. Bu isə universal insan haqlarının müxtəlifliklərlə zəngin dünyada necə mövcud olması sualını doğurur. Bu məsələnin aktuallığı nəzərə alınaraq, hələ 17 dekabr 1999-cu ildə BMT Baş Məclisi "İnsan hüquqları və mədəni müxtəliflik" adlı 54/160 nömrəli Qətnamə qəbul etmişdir. Həmin Qətnaməyə müvafiq olaraq, BMT-nin Baş katibi tərəfindən hazırlanmış hesabatda müxtəlif mədəniyyətlərə mənsub olan dövlətlərin insan hüquqlarına hörmət göstərmək prinsipinin təmin edilməsində həmrəyliyinin vacibliyi vurğulansa da, bir sıra dövlətlərdə dini və mədəni dəyər və elementlərin nəzərə alınmasının zəruriliyi də qeyd edilmişdir. Eyni zamanda, insan hüquqları sahəsində əsas beynəlxalq müqavilələrin, o cümlədən, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt"ın, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın, "İrqi ayrı-seçkiliyin bütün formalarnın ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya"nın, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya"nın və "Uşaq hüquqları haqqında Konvensiya"nın mədəni müxtəlifliyin qorunması üçün normativ çərçivə yaratdığı vurğulanmışdır.
Yuxarıda toxunduğum məqamlar aydın göstərir ki, müxtəlif politoloji, sosial-siyasi, sosioloji, tarixi tədqiqatların predmetinə, qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər dövlətlərin konstitusiyasının ana xəttinə, habelə, beynəlxalq sazişlərin başlıca ideyasına çevrilmiş insan haqlarının müxtəlif kontekstlərdən, məhz fəlsəfənin xüsusi tədqiqat obyekti kimi öyrənilməsinə böyük ehtiyac vardır. Yalnız bu zəmində ortada olan bir çox nəzəri və praktiki problemlərin qaneedici həlli mümkündür.
Ə.Abbasov yazır: "İctimai və bəşəri inkişaf prosesini mənalandıran insan hüquq və azadlıqları məfhumu fərqlii mənbələrdə müxtəlif terminlərlə ifadə edilir, bəzən hətta əsas anlayışların mənası təhrif olunur. Məsələn, bəzən insan hüquqları qrup, xalq, etnik toplum, siyasi partiya, millət kimi fenomenlərə məxsus hüquqlarla eyniləşdirilir. Belə hallar nəzəri refleksiyada, şüurda qeyri-müəyyənlik yaratmaqla yanaşı, praktiki siyasətə, əməli işlərə də mənfi təsir göstərir. Bəzən də, heç bir fərq qoyulmadan "şəxsi azadlıqlar" və ya "şəxsi hüquqlar, "insan hüquqları", "əsas hüquqlar", "vətəndaş hüquqları", "insan hüquqları" kimi anlayışlardan eyni mənada, istifadə edir, onların arasındakı məna fərqlərinə diqqət yetirilmir. Belə problemli situasiyanın aradan qaldırılmasında, fikrimizcə, fəlsəfənin, onun instrumental-kateqorial aparatının, qnoseoloji-metodoloji imkanlarının əhəmiyyətli rolu ola bilər.
Bu, bir həqiqətdir ki, insan hüquqları ideyası ümumi mədəniyyət sisteminaə, fərdi və ictimai şüurda özünə layiqli mövqe qazandıqca, insanlarda həmin hüquqlara münasibət daha məsuliyyətli olur. Dövlət strukturları ictimai rəyin təzyiqi ilə hesablaşmaq məcburiyyətini hiss etdikdə, insan hüquqlarının müdafiəsinin ictimai rəy müstəvisində təşkili mümkün olur və dövlətləri insan hüquqları ilə əlaqədar daha pozitiv addımlar atmağa sövq edir. Belə olduqda, şübhəsiz ki, konkret determinantlarla səciyyələnən ictimai rəyin insan hüquqlarının reallaşmasında rolu məsələsi xüsusi əhəmiyyət kəsb edir və mühitin bir problem kimi fəlsəfənin tədqiqat obyektinə çevrilir".
Hüquq və azadlıqların təmin olunmasına və müdafiəsinə dair bir sıra mühüm döviəti əhəmiyyətə malik olan fərman və sərəncamları qeyd etmək istərdim. Azərbaycan Respubiikasının Prezidenti Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, 4 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbiriər haqqında" Fərmanı, 1998-ci iidə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı bu qəbildən olan normativ-hüquqi sənədlərdir. 28 dekabr 2001-ci ildə "Azərbaycan Respubiikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul ediimişdir. 2001-ci iidən etibarən Azərbaycan Respubiikası Konstitusiya Məhkəməsinin "İnsan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş qərarların toplusu" dərc olunur.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru