Xəbərlər

  • 615

Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

image

Azərbaycanın Tehrandakı səfirliyində 20 Yanvar hadisələri ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları qanlı yanvar gecəsi ilə əlaqədar ətraflı məlumatlandırılıb.

Tədbir çərçivəsində 20 Yanvarla əlaqədar fotosərgi nümayiş etdirilib.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar hadisələri hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Bu faciənin İran ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Azərbaycanın İrandakı səfirliyi bir sıra tədbirlər həyata keçirir.

Digər xəbərlər