PDF Oxu

Müxalifət

  • 9

Müxalifət üçün ən böyük ittiham xalqın ittihamıdır

Müxalifət üçün ən böyük ittiham xalqın ittihamıdır
Xalq heç zaman ona qarşı olanları sevmir. Azərbaycan müxalifəti də ölkə vətəndaşlarına düşmən kəsilən şəxslərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində, AXC-Müsavat hakimiyyəti dövründə Ermənistan Azərbaycanla müharibə etdiyi zamanlarda neftimiz işğalçı ölkəyə gizli yollarla daşınırdı. Bunu, hətta o zamankı dövlət başçısı Əbülfəz Elçibəy də etiraf edirdi. Bu da onların hakimiyyəti dövründə xalqa "xidmət"lərinin bir nümunəsidir. Onu da qeyd edək ki, radikal müxalifət partiyaları arasında neçə illərdir ki, qalmaqallar baş verməkdədir. Onlar müxtəlif məsələlərdə biri-birilərini ittiham edirlər. Əslində, radikal "bəy"ləri bu və ya digər məsələlərə, günahlarına görə xalq ittiham edir. Təbii ki, xalqın ittihamı ən böyük ittihamdır. Azərbaycanda müxalifət daxilində partiyadaxili qrupların savaşı indi də partiyalar arasındakı savaşla əvəzlənib. Əslində, bu savaş çoxdandır ki, davam etməkdədir. Yəni özlərini "siyasi qüvvə" kimi qələmə verən qüvvələr bütün gücləri ilə biri-birlərinə qarşı mübarizə aparmaqla məşğuldurlar. Radikal "bəy"lərin məşğuliyyəti yalnız bundan ibarətdir. Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i)-ni viran qoyan partiya sədri Əli Kərimov, "Ümid" sədri İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip "siyasilər" yalnız xalq, dövlətçilik əleyhinə fəaliyyət göstərirlər. Diqqəti çəkən məqamlardan biri də budur ki, partiya sədri olduqları dövrdə heç bir fəaliyyət göstərmədikləri təqdirdə, indi də özlərini partiya və ya hansısa hərəkat lideri elan ediblər. "ACP" adlı partiyanın lideri R.Quliyevin hansı səviyyədə siyasətçi olduğunu hamı bilir. Bundan əlavə, E.Məmmədov özünü siyasi aləmdə məğlub olduğunu görərək, AMİP sədri postundan istefa verdi. İndi isə özünü adıçəkilən partiyanın lideri adlandırır. Həm E.Məmmədov partiya ilə maraqlanmaması səbəbindən, həm də sosial bazanın olmaması səbəbindən adıçəkilən AMİP öz sədrini seçə bilməyib. Bəzi məlumatlara görə, əslində, partiyanın qurultayının keçirilməməsi və sədrin seçilməməsi E.Məmmədovun istəyindən irəli gəlir. L.Hacıyeva da "MBH" adlı qurum yaradaraq, özünü bu təşkilatın lideri elan edib. Onun bir zamanlar sədri olduğu ALP ilə əlaqələri, demək olar ki, yoxdur.

Digər xəbərlər