Bu günlərdə Facebook-da Əli Kərimlinin trollarından birinin kompüter qrafikasından istifadə edərək, “liderini” necə mədh etməsi və həmin mədhiyyə fotosundan doğan izafi yaltaqlığın şahidi oldum. Demək, Əli Kərimli oturub kresloda, ətrafında da “vəzir-vəkilləri”. Troll da “gözünədöndüyüm”, götürüb AXCP sədrinin başına qızıldan “tac” qoyub, “əsasını” da verib, türkün sözü, solda oturanın əlinə, şəkilin üstündən də nə yazsa yaxşıdır? “Oturuşunda belə, əsalət var”... Gerçəklikdə, bu “əsalətin” rəzalət olması isə, elə sözügedən mənzərədə kifayət qədər öz əksini tapıb.
Qaragüruhçular çetesinin maddi və s. maraqlarının teatral tamaşası – şəhidlər üzərində murdar siyasət
Əslində, cəmiyyətdən bu tipli idiotların çıxması inanıram ki, heç kimi, eləcə də məni sevindirmir, əksinə, kədərləndirir və düşündürür. Kədərləndirir ona görə ki, əsrlər boyu tarixlər yazmış böyük bir millətin içindən kimlərinsə güdazına gedən, nəticədə idiotlaşan belələri çıxmalı deyil, hətta çıxırsa, onlar aşılanmalı və normal cəmiyyət sırasına daxil edilməlidirlər. Hətta qədər gec olsa belə, necə deyərlər, ziyanın yarısından geri dönmək də xeyrin bir hissəsidir.Düşdündürür isə ona görə ki, axı nəyə görə birilərinin şəxsi mənfəətlərinə görə mənəvi korluğa düçar edilənlər, xüsusilə gənc nəsil hələ də dar çərçivələrinən – İDİOTİZM xəstəliyindən xilas olub, ətraflarındakı müsbət mənzərələrdən nəticə çıxarıb, normal həyat tərzinə qayıtmaq istəmirlər..? Sonda isə biz, məhz qeyd edilən bu kimi halların şahidlərinə çevrilirik!Müxalifətin mitinqinə icazə verilmədi və bu, çox doğru, eləcə də yerində atılmış qərar idi. Fəqət biz, bu qərarın verilməsindən sonra daha nələri müşahidə etmiş olduq? Hələ 19 yanvar mitinqindən sonra, hər zamankı kimi eyforiyaya qapılan radikal zümrə və onların “liderləri” yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərkən, bunu özlərinə məxsus hay-həşirlə ictimailəşdirməyə cəhdlər göstərdilər. Baxın, insanlarımız şəhidlərinin əziz xatirələrini yad elədikləri zaman, bunlar milli-mənəvi, əxlaqi və s. mühüm dəyərləri ayaqlar altına ataraq, xaricdəki misterlərinin, ser və müsyölərinin maraqlarına nökərçilik etməklə məşğul olublar. Xüsusilə, 19 yanvar mitinqini, yəni “birləşmiş müxalifət” aksiyasını öz adına çıxan Əli Kərimli 20 yanvar günündə ictimaiyyətin təhlükəsizliyini qoruyan hüquq-mühafizə orqanlarına qarşı aşkar təxribat törətməyə çalışdı. Bunun sonradan nə ilə nəticələndiyini isə, artıq ictimaiyyət yaxşı bilir və xatırlayır. İctimaiyyət bilir ki, bütün bunların arxasında heç də “şəhidlərimizi ziyarət etməyə qoymurlar” tipli ifadələr Kərimlinin boğazından yuxarı çıxardığı səsindən başqa heç nə deyil.O cümlədən, “gənclərimizi tutub polisə apardılar” fikirləri də qeyd olunanların bir hissəsidir ki, bütün bunlar bütövlükdə hakimiyyət iddiasında olan qaragüruhçular çetesinin maddi və s. maraqlarının teatral tamaşasıdır.Növbəti mitinqə icazənin verilməməsinin də bəlli səbəbləri var. Çünki yanvarın 19-da məhsuldarsız və uğursuz mitinqin ardınca, polisin “damarını” yoxlamaq məqsədi ilə metro stansiyasının qarşısında çıxarılan hoqqabazlıqlar, insanların ictimai nəqliyyatdan zorla düşürülməsi tələbləri, “Mehmanı xilas etməyə gedirik” kimi çağırışlar məhz və məhz (!) yanvarın 20-də törədilmək istənilən təxribatın ilkin cücərtiləri idi. Bu, şəhidlər üzərində murdar siyasətin göstəricisi idi. Amma alınmadı!
Kənardan baxarkən, bu cəhdlərin nə qədər ucuz, idbar, saxta eyforik və ürəkbulandırıcı olduğu açıq-aydın hiss edilirdi
Bu arada, bloqer Mehman Hüseynovun Prezidentə müraciəti və dövlət başçımızın onun bu müraciətinə reaksiya verərək, üzərində olan ikinci ittihamının aradan qaldırılması ilə bağlı verdiyi tapşırığı da siyasi oyunbazlığa çevrilərək, “qələbə” (?!) kimi qələmə verildi. Ancaq bunlar hansı qələbədən danışdılarsa, bunu heç özləri də bilmədi. Ölkə rəhbərinin humanizm prinsipləri sayəsində Mehmanın üzərindən cinayət işinin götürülməsini belə, Əli Kərimli öz ucuz “namına” yazmağa çalışdı. Həqiqətən də kənardan baxarkən, bu cəhdlərin nə qədər ucuz, idbar, saxta eyforik və ürəkbulandırıcı olduğu açıq-aydın hiss edilirdi. Onların 2003-cü ilin küçələrində ilişib qalmış küçə təfəkkürləri, 90-lardakı meydanbazlıq küyçülükləri isə baş tutmayacaq.Bu arada, xaricdəki anti-milli ünsürlər də iş başındadırlar. Məsələn, Məhəmməd Mirzəli mitinqin icazə verilməməsinə təəssüfləndiyini (“təhsüf” (?!) edirmiş) ciddi, eləcə də hər zamankı kimi orfoqrafik səhvlə ifadə edib. Onu da qeyd edim ki, bunlar üçün Azərbaycan dövləti heç zaman maraqlı olmadığı üçün, Azərbaycan dili də maraqlı deyil. Təki, daxillərindəki şeytançılıqlarını, xislətlərini Facebook səhifələrinə püskürtsünlər. Dilimizə belə, hörmət qoymayan həmin tiplər əslində, yalnız siyasi savad və bilgilərinin olmadığını deyil, həmçinin ictimai həyatdakı səbatsızlıqlarını da üzə çıxarmış olurlar. Əli Kərimlinin trollarının onu bu və ya digər şəkildə mədhiyyə etmələrindən də görünənlər məhz budur. Hətta birinin AXCP sədrini Gürcüstanın sabiq prezidenti, eləcə də Ukrayna siyasətində elektorat toplamağı bacarmış Mixail Saakaşvilindən komponentlərinə (“kamponentlərinə” (?!)) görə üstün olduğunu iddia etməsi, yazının lap əvvəlində qeyd elədiyim İDİOTİZM göstəricilərinin tərkib hissəsi olaraq qiymətləndirilə bilər. Çox yəqin ki, AXCP sədri Əli Kərimli istər orfoqrafik, istərsə də həyati səhvlərlə bol olan bu mədhiyyələrdən zövq qalır.
Siyasi eyforiyaya qapılmadan, siyasi qapanmaya qədər...
Ümumiyyətlə, ona maraqlı deyil ki, gəncliklərini zəhərləyərək, onların həyatlarını öz təhlükəli maraqlarına qurban kimi daxil etdiyi həmin cavan uşaqlar ana dillərində doğru-dürüst yazıb-poza bilmirlər, ona maraqlı olan budur ki, nə cızma-qara edirlərsə-etsinlər, təki siyasi dividenti ən azından hazırkı mövqeyində qalsın. Hazırkı mövqeyi isə siyasi şkalanın ən aşağı hissəsində dayanmaqdadır. Sabah həmin şkala ümumiyyətlə, heç bir dərəcəni göstərməyə də bilər və buna doğru da gedir. Nəticə isə budur ki, Əli Kərimli hələ də aşırı eyforiyasına qapılıb. Bu qapılmaların siyasi cəhətdən qısa qapanma verərək, bütövlükdə müxalifətin çırağını söndürməsi reallığı göz önündədir. Ümumiyyətlə, müşahidə etdiklərimiz bu faktlar həm də siyasi düşüklük və “Məhsul” darlığıdır. Ona görə ki, Əli Kərimli siyasi məhsuldarlıq iddiasında kifayət qədər dar çərçivəyə düşüb, bu çərçivədə boğulmağa, siyasi ölümə məhkumdur. Faktlar, göz önündədir...
sia.az.