“Üstündən illər keçəndən sonra bəlli oldu ki, məhz həmin illərdə Qərb təşkilatları “Azadlıq” qəzetinə yüz minlərlə dollarlıq qrantlar ayırırmış”
Əli Kərimlinin manipulyasiyaları bir deyil, iki deyil...Onlarla, yüzlədir. Ümumiyyətlə, onun özünəpərəstişlik üzərində qurduğu “siyasətinin” əsas qayəsi də budur ki, “lider”, yaxud “siyasi rəhbər” olaraq, tükənmiş AXCP sədri hətta bir neçə illər öncə hər hansı bir məsələ üzərində oynadığı oyunbazlığını bir müddət sonra təkrarlayır. Misal üçün, bugünlərdə bəlli olub ki, sosial şəbəkələrdəki trolları elə özünün tapşırığı ilə onun bir neçə ol əvvəl çıxış etdiyi videosunu paylaşıblar. Daha dəqiq desək, Rusiya telekanallarına istinadən yayılan həmin süjetdə aparıcı Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sərt davranacağından söz açır. Qeyd olunur ki, ABŞ Konressinin Helsinki Komissiyasının rəyi ilə rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək, yüksək ranqlı məmurların ölkəyə girişi qadağan olunacaq.Lakin apardılan araşdırma nəticəsində məlum olub ki, “Milli Şura” və AXCP üzvləri tərəfindən "böyük şövqlə" yayılan həmin video 3 il əvvəl (!) efirə gedib və ötən müddətdə orada əks olunan iddialar özünü doğrultmayıb. Bu isə, sadəcə gündəmdə qalmaq üçün növbəti manipulyasiyalardan biridir.Ancaq bu da son deyil. Hələ də 19 yanvar mitinqi üzərində belflər edən Kərimli hələd ə öz köhnə küçə təfəkküründən çıxışlar edərək, bütövlükdə Azərbaycan dövlətinin yürütdüyü siyasətə qarşı ən murdar iftiralarını atır, bununla “mən də varam” deyib, siyasi arenada var-gəl edir. Hələ də özünü “birləşmiş müxalifətin lideri” kimi ictimai rəyə zorla sırıyan Ə.Kərimli elə sanır ki, o həqiqətən də düşərgədə “bir nömrədir” və s. Fəqət, gəlin görək, hər hansı müsavatçı, ADP-çi, AXP-çi, KXCP-çi, REAL-çı və s. onu özünə “lider” hesab edirmi? Ümumiyyətlə, pul gücünə mitinq keçirib, bunu “ümumxalq narazılığı” kimi təqdim edən Kərimli bütövlükdə 2500-3000 nəfəri “Azərbaycan xalqının etirazı” kimi qiymətləndirirsə, buna onun haqqı çatırmı? Əlbəttə ki, yox!O da sirr deyil ki, hətta bütün müxalifət partiyalarını bir araya sığışdırsaq belə, onların öz tərəfdarları ilə bir yerdə aksiyalara qatılacaqları halda, “Məhsul”u doldura bilməyəcəkləri bəri başdan görünür. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Ə.Kərimli və başına topladığı bitmiş siyasətçilərin ardınca elə ən yaxşı halda bu qədər adamın getməsi normaldır.
Beləliklə, 19 yanvar mitinqinin görüntüləri ilə bağlı manipulyasiya cəhdləri də gözümüzdən qaçmadı. Əli Kərimlinin “təbliğat aparatı” görüntüləri elə çəkib təqdim etməyə çalışdı ki, guya stadionda basabasdır, boş yer yoxdur. Amma indiki alternativ imkanlar şəraitində bunun əks effekt verəcəyini, görünür, hesablaya bilməyiblər. Onu da qeyd etmək yerinə düşərdi ki, Ə.Kərimlinin yanında olub onun yolunda başından belə keçməyə hazır olan, amma sonra ondan uzaqlaşmağa məcbur qalanlar yaxşı bilirlər ki, bu ünsür ən yaxın ətrafına, yumşaq desək, həmişə arxa çevirib. Onun yolunda baş qoymağa hazır olan, bunu əməllərində dəfələrlə sübut edən insanları ən çətin günlərində ortalıqda buraxaraq yalnız öz mənafeyini düşünüb. Ona görə də Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-də böyük yarpaq tökümü, ardından da ümumiyyətlə ağlı başında olanların oradan uzaqlaşması prosesi başlamışdı.
Onu tanıyan hər kəs bilir ki, yalnız öz xisləti üzündən bu günə düşüb
Bir zamanlar sıralarında dünyaca məşhur alimlərin, siyasət adamlarının, fəal media təmsilçilərinin, perspektivli gənclərin toplaşdığı Əli Kərimli AXCP-si bu gün suyu qurumuş dəyirman kimidir. Ona görə də özünün var olduğunu, hələ də ayaqda dura bildiyini göstərmək, görüntü yaratmaqdan ötrü hətta ideoloji düşməni sayılan İran uzantılarıyla birlikdə Qərbin demokratiya dəyərləri uğrunda “mübarizə” aparır.Niyə bu günə düşdü bu adam? Onu tanıyan hər kəs bilir ki, yalnız öz xisləti üzündən.
Azər Həsrət: “Əi Kərimlinin cibində 4 min dollar pul ola-ola, 200 dollar dərmanpulu istəyən cəbhədaşına “cibimdə bir qəpiyim də yoxdur” deyib”
Bu arada, vaxtilə əks düşərgədə təmsil olunan Azər Həsrətin bir xatırlatmasını yada salmaq yerinə düşərdi. “1990-cı illərin əhvalatıdır. Adlar bəlli olsa da heç birini qeyd etmək istəmirəm. Yəni bu məsələdə adı keçə biləcək şəxslər yetərincə ləyaqətli siyasi fəallardır və onların bunu arzu etməyəcəyini düşündüyüm üçün adsız yazıram”, xatrladan A.Həsrət əlavə edib: “Əli Kərimli Xaqani 33-dəki otağındaykən onun yaxın ətrafındakı adamlardan biri də otaqdaymış. Bu zaman başqa birisi içəri daxil olub Kərimliyə düz 4 min dollar pul verir. O dövrlər üçün böyük pul sayılan məbləği Əli Kərimli alıb sakitcə cibinə qoyur. Pulu gətirən otaqdan çıxdıqdan sonra partiya rəhbərliyində təmsil olunan başqa bir şəxs içəri daxil olur. Adamın uşağı xəstəymiş, ehtiyacı varmış. Kərimlidən 200 dollar pul istəyir. Aldığı cavaba inanıb otaqdan çıxır. Kərimli deyir ki, cibimdə bir qəpik də pul yoxdur. Bayaqdan olanları seyr edən digər partiya yoldaşı sözün həqiqi mənasında şok olur. Çünki az öncə məhz onun gözü qarşısında Kərimliyə 4 min dollar verilmişdi. İki yüz dollar istəyən də təsadüfi adam deyildi, Əli Kərimlinin ən yaxın dava arxadaşı idi…Bir də mənim “Azadlıq” qəzetində işlədiyim dönəmlərin (1998-2005) gerçəkləri var. Hər keçən gün qəzetdə durum gərginləşirdi. İşçilərə maaş, qonorar vermək problemə dönmüşdü. Aylarla pul ala bilməyən jurnalistlər sözün həqiqi mənasında dözülməz vəziyyətdə idilər. Pul istəyəndə deyilirdi ki, yoxdur. Səbəb kimi də hakimiyyətin “Azadlıq”ı sıxışdırması üzündən qazanc əldə edə bilməmələri göstərilirdi. Biz də inanırdıq. Çünki ürəkdən bağlı olduğumuz siyasi cəbhədə bizi kiminsə aldadacağını, bizdən belə istifadə edəcəyini ağlımıza belə gətirə bilmirdik. Amma üstündən illər keçəndən sonra bəlli oldu ki, məhz həmin illərdə Qərb təşkilatları “Azadlıq” qəzetinə yüz minlərlə dollarlıq qrantlar ayırırmış. Ki, o pullardan bizim heç xəbərimiz belə olmayıb…Üçüncü bir olaysa birbaşa özümlə bağlıdır. 2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokunun vahid namizədi kimi 56 saylı Xaçmaz kənd seçki dairəsində çox səs gətirən bir kampaniya aparmışdım. Varlı adam olmasam da əlimdəki bütün pullarımı xərcləmişdim. Seçki bitmiş, bizim cəhdlərimiz əbəs olmuşdu. Çünki güvəndiyimiz siyasi qüvvələr mənim kimi neçə-neçə insanın ümidlərini bəlkə də hakimiyyətlə hansısa özlərinə bəlli olan sövdələşmənin güdazına vermişdilər. Lakin sözüm bunda deyil. Sözüm ondadır ki, Əli Kərimlinin dəstəsi həmin ilin dekabrında “Azadlıq” qəzetindəki otağımı iki günün içində əlimdən aldı. Özü də ultimativ şəkildə mənə dedilər ki, təcili otağı boşalt. Açığı, əvvəl bunun bir zarafat olduğunu sandım. Amma sonra gerçək olanda barmağımı dişlədim. Əli Kərimli ən pis günümdə mənim üçün o günlərdə qaranlıq qalan səbəblərdən arxadan zərbə vurmuşdu. Sonrakı illərdə bunun səbəbini öyrənməyə çalışdım. Hətta onun yaxın ətrafındakı adamlardan söz salıb bunun niyə baş verdiyini öyrənməyi də xahiş etdim. Cavab gəldi ki, “Azər Həsrət icarə haqqını ödəyə bilmədiyi üçün otaqdan çıxarılıb”. Gülüş doğuracaq bir cavabdı. Çünki məni “Azadlıq” qəzetinə, elə Əli Kərimlinin özünə də hansısa “icarə haqqı” bağlamırdı. Biz bir siyasi cəbhədə idik və mən o dönəmlərdə bu adamı özümə lider kimi qəbul edirdim, onun yolunda sözün bütün anlamlarında canımı belə fəda edəcək qədər ürəkliydim. Bu adamsa hələ də özünə bəlli olan səbəblərdən bir çoxları kimi məni də yelə verdi o günlərdə…Buna baxmayaraq uzun illər susdum, Əli Kərimli və partiyasına qarşı heç bir fikir söyləmədim. Heç indi də söyləmirəm. Sadəcə bu olanları ona görə yazıram ki, bir zamanlar biz aldandığımız, güvəndiyimiz kimi indi də bəzi gənclər bu adamın arxasınca gedə bilər. Gedərlər və özlərini heç nəyin uğrunda xərcləmiş olarlar. Aldanmasınlar deyə yazdım bu yazını.Siyasətdə tükənmiş Əli Kərimlinin “mitinq kontoru”nda rol alan digər şəxslər – Cəmil Həsənli və Gültəkin Hacıbəyli haqqında isə bilərəkdən heç nə yazmıram. Zatən o dərəcədə tükənmişlər ki, son sığınacaq yeri kimi Əli Kərimlinin yan-yörəsini seçmişlər. O yan-yörənin də nə halda olduğu gün kimi aydındır…”
Beləliklə faktlar ortadadır və AXCP sədrinin simasızlığının ifşasını biz deyil, onunla illərdir bir yerdə addımlamış insanlar edirlər. Yəqin ki, biz belə ifşaların hələ çox şahidi olacağıq…
sia.az