Siyasət

  • 1 422

"Təxribatların əsas səbəbi beynəlxalq təşkilatları..." - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

image

"Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan son iki il ərzində bir sıra təxribatlar törədib". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.Onun sözlərinə görə, bu təxribatların əsas səbəbi Azərbaycanı hərbi əməliyyatlara cəlb etmək və beynəlxalq təşkilatları Azərbaycana qarşı təzyiqə vadar etməkdir: "Bu birmənalıdır. Düşünürəm ki, Ermənistanın bu kimi addımları heç bir nəticə verməyəcək. Ermənistan öz istəyinə nail olmayacaq. Çünki Azərbaycan bu prosesdə haqlı tərəfdir. Bu tərxibatların nə zaman bitəcəyi isə əslində çox sadədir. Nə zaman ki, Qarabağda yerləşən Ermənistan ordusunun hərbi birləşmələri, qanunsuz erməni silahlı dəstələri çıxacaq, nə zaman ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcək, ya da oranı tərk edəcək o zaman da bu təxribatların sonu olacaq. Ermənistan da sülh müqaviləsinə imza atacaq. Əks təqdirdə proses hərbi ritorika ilə davam edəcək. Azərbaycan ordusu məcburiyyət qarşısında qalıb həmin bölgəyə hərbi əməliyyatlar keçirəcək".

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər