Siyasət

  • 1 582

Suveren, demokratik və hüquqi dövlət TƏHLİL

image

Şərq dünyasında Azərbaycan demokratik, hüquqsevər, humanist bir dövlət olaraq öz möhrünü vurmuşdur. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərildi, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirildi, eləcə də, dövlətin əsas prinsipləri öz əksini tapmış oldu. "İstiqlal Bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.

AZƏRBAYCAN TARİXİNƏ VERİLƏN DƏYƏR

Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda ilk demokratik respublika idi. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu təsdiqləyir ki, Azərbaycan qədim dövlətçilik və idarəçilik tarixinə, ənənələrinə malikdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır". Ümummilli Liderin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü milli bayram kimi qeyd edir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyini Qalib Azərbaycan xalqı qürürla qeyd qeyd edir. Belə bir gün ərəfisində dünya ölkələrinin prezidentlərindən, siyasi xadimlərindən təbrik məktubları davam etməkdədir.

DAVAMLI SÜLH, TƏHLÜKƏSİZLİK VƏ SABİTLİK XÜSUSİ ÖNƏM KƏSB EDİR

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenin ünvanladığı təbrikində "Bütün dövlətlərin və xalqların rifahı, habelə Cənubi Qafqaz regionunun insan və iqtisadi potensialının inkişafı üçün davamlı sülh, təhlükəsizlik və sabitlik xüsusi önəm kəsb edir. Mən əminəm ki, Azərbaycan buna əhəmiyyətli dərəcədə töhfə verə bilər. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, Sizə əmin-amanlıq, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram", - deyə bildirib. Əlbəttə ki, bu təbriklər Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri ilə qurduğu qarşılıqlı əməkdaşlıqdan irəli gəlir. Bütün sahələrdə dövlətlərarası qurulan əlaqələr Azərbaycanı müstəqil bir dövlət olaraq dünya arenasında sülhsevər, qlobal təşəbbüslərin müəllif olaraq tanıdıb. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bariz nümunəsidir.
Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Filippin xalqı və hökuməti adından səmimi təbriklərini ifadə edib: "Son üç onillikdə Filippin ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. İnanıram ki, dövlətlərimiz dostluq əlaqələrini gələcək illərdə də davam etdirəcək. Filippin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və pandemiyadan sonrakı bərpa kimi ümumi narahatlıq doğuran qlobal çağırışların həllində Azərbaycanla işləməyə hazırdır". Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmaqla yanaşı, otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətlərini mövcud olduğunu bildirib: "Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir".
Hər bir təbrik məktubunda ölkələr arasında dostluq münasibətləri və bu münasibətlərdə yaranan hərtərəfli əlaqələrin inkşafı diqqətdən yayınmır. Azərbaycan müstəqillik dövründə qazandığı nüfuz nəticəsində ölkəmiz dünya dövlətləri ilə yüksək əməkdaşlıq əlaqəri qura bilmişdir. Çex Respublikasının Prezidenti Petr Pavel, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi və başqaları tərəfindən ünvanlanan təbriklərdə ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğu və birgə səylərin nəticəsində səmərəli münasibətlərin intensiv inkişafı öz töhfəsini verir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mükəmməl ikitərəfli münasibətlər ölkələrarası dinamik inkişafa müsğət təsirini göstərir.

AZƏRBAYCANIN BÜTÜN VƏTƏNDAŞLARINA XOŞBƏXTLİK VƏ FİRAVANLIQ ARZUSU

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrikində deyilir: "Ölkəniz sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır. Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm".
İkitərəfli münasibətlər ölkələrin, həm də xalqların rifahı naminə ümumi maraq kəsb edən sahələrdə daha da böyük irəliləyişlərə səbəb olacaqdır. Azərbaycanın müsbət beynəlxalq imici, ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər